İrəvan şəhərindən bir görünüş. XX-ci əsrin əvvəlləri

"Artıq İrəvanı geri almaq zamanıdır"

646
Azərbaycanda yeni hərəkat yaradılıb. Qurumun məqsədi tarixi Azərbaycan torpağı olan İrəvanın gələcəyi ilə bağlı müzakirələrin aparılacağı bir ictimai foruma çevrilmək və Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdır.

BAKI, 16 may — Sputnik. "İrəvan-2018" Hərəkatı təsis edilib. Sputnik xəbər verir ki, bu barədə Hərəkatın təsisçisi, "Beynəlxalq İnformasiya və Tədqiqatlar İnstitutu"nun (BİTİ) sədri Zaur Qəriboğlu məlumat verib. 

O bildirib ki, bu hərəkat tarixi Azərbaycan torpağı olan İrəvanın gələcəyi ilə bağlı müzakirələrin aparılacağı bir ictimai foruma çevrilmək niyyətindədir: "Məlum olduğu kimi Cənubi Qafqazda Seym buraxıldıqdan sonra yeni yaranmış dövlətlərin sərhədlərini müəyyən etmək zərurəti yaranmışdı. İlk günlərdə erməni nümayəndələri İrəvan şəhərinin Ermənistanın paytaxtı edilməsi barədə Azərbaycan hökumətinə müraciət etdi. Batumi şəhərində 1918-ci il mayın 29-da keçirilən danışıqlarda Azərbaycan tərəfi İrəvan şəhərinin, eləcə də Eçmiədzin qəzasının Ermənistana verilməsi qərarı ilə razılaşdı".

"Tarixdə məlumdur ki, bütün beynəlxalq müqavilələr 100 illiyinə bağlanır və 100 ildən sonra başa çatmış hesab olunur. Biz də "İrəvan — 2018" Hərəkatı olaraq tarixi Azərbaycan torpağı olan İrəvanın geri qaytarılma prosesində üzərimizə düşən işləri həyata keçirmək üçün fəaliyyətə başlayırıq. Fəaliyyətimizi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səsləndirdiyi "İrəvanı icarəyə vermişdik, indi vaxt tamam olan zaman geri istəyəcəyik" fikrinə uyğun istiqamətdə quracaq, İrəvanla bağlı müxtəlif elmi — kütləvi, praktik tədbirlər həyata keçirəcəyik", — deyə təsisçi bildirib.

Onun sözlərinə görə, ölkə daxilində və xaricində baş tutacaq tədbirlərdə dünyanın ən məşhur elm xadimləri, araşdırmaçıları, sahə üzrə mütəxəssislər və ekspertlər iştirak edəcəklər: "Fəaliyyətimiz dövründə İrəvanda ermənilər tərəfindən dağıdılan maddi mədəniyyət abidələrinin tədqiqini: bizə aid olan bu əzəli, əbədi Türk yurdu ilə bağlı filmlərin bir neçə dildə hazırlanmasını, təqdimat mərasimlərininin keçirilməsini, İrəvanla bağlı virtual muzeyin yaradılmasını, həmçinin dünyanın müxtəlif ölkələrində təqdim olunmaq məqsədi ilə, üzərində qədim İrəvan şəhərinin təsvirləri olan açıqcaların çapını və həmin açıqçaların dünyanın 4 böyük şəhərində (Nyu York, Strasburq, İstanbul, Roma) paylanmasını, İrəvanla bağlı Türkiyə sənətçilərinin iştirakı ilə reklam çarxının hazırlanmasını, 1948, 1953,1988 — ci illərdə ermənilər tərəfindən həyata keçirilən deportasiyaların canlı şahidləri ilə dünyanın bir sıra ölkələrində görüşlərin təşkilini nəzərdə tuturuq".

“İrəvan-2018” Hərəkatının loqotipi
© Photo : “İrəvan-2018” Hərəkatı
“İrəvan-2018” Hərəkatının loqotipi

Z. Qəriboğlu ermənilərin iç üzünü ifşa edib bütün dünyaya göstərmək üçün bütün gücləri ilə mübarizə aparacaqlarını deyib: "Onlar nəinki, Qarabağa iddia edə bilməzlər, hətta onların monoetnik respublikalarının paytaxtı belə, bizim tarixi torpağımızdır. Hərəkata qoşulmaq isə tam könüllülük prinsipləri əsasında həyata keçirilir və istənilən təşkilat bu hərəkata qoşula bilər. Qeyd edim ki, hətəkatın idarəetməsi sonradan formalaşacaq, idarə heyəti tərəfindən həyata keçiriləcək".

Artıq hərəkatın rəsmi Facebook (https://www.facebook.com/iravan2018/) və Twitter (https://twitter.com/iravan2018) hesabları da açılıb. Hərəkata qoşulmaq istəyən könüllülər və təşkilatlar özləri haqqında məlumatı iravan2018@iirins.org e-mail ünvanına göndərməklə qoşula bilərlər.

646
Teqlər:
Azərbaycan, Ermənistan, Zaur Qəriboğlu, Hərəkat, "İrəvan-2018"
Əlaqədar
İrəvanda referendum saxtakarlıqları əleyhinə yürüş başlayıb
Su-25 hücum təyyarələri İrəvanın "Erebuni" aerodromuna gətirilib
Politoloq: İrəvan Qarabağ probleminin həllində çaşqın vəziyyətdədir
İrəvandakı aksiya dağıdıldı: 46 nəfər həbs edildi
Kənd məktəbi, arxiv şəkli

Ucqar kəndlərdə məktəblərin azkomplektli formada fəaliyyətinə yol veriləcək

7
(Yenilənib 08:09 26.11.2020)
Bu, Prezident İlham Əliyevin dünən təsdiqlədiyi "Təhsil haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanunda əksini tapıb.

BAKI, 25 noyabr — Sputnik. Ucqar kənd yerlərində şagirdlərin sayından asılı olmayaraq, ibtidai və ümumi orta ümumtəhsil məktəblərinin azkomplektli formada fəaliyyətinə yol veriləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin dünən təsdiqlədiyi "Təhsil haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanunda əksini tapıb.

Qanuna əsasən, şagirdlərin sayı az olan ibtidai siniflərdən komplekt siniflər təşkil olunacaq.

7
Teqlər:
ümumtəhsil məktəbləri, "Təhsil haqqında" Qanun, Prezident İlham Əliyev, məktəb

Cəbhəyanı ərazilərdə onlarla tank piyada əleyhinə mina, bombacıqlar aşkarlandı

18
(Yenilənib 08:10 26.11.2020)
Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 71 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina, 42 ədəd piyada əleyhinə mina, 4 ədəd bombacıq və 40 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 26 ədəd mina və partlamamış hərbi sursat (PHS), 4 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

18
Teqlər:
Fövqəladə Hallar Nazirliyi, partlamamış hərbi sursat, minalardan təmizlənmə, ANAMA

Dünya futbolunun əfsanəsi FOTOlarda

0
(Yenilənib 00:47 26.11.2020)
Dieqo Maradonanın oyunu dedikdə yəqin ki, öncə göz önünə onun sinəsini qabağa verərək rəqib oyunçuları aldadaraq bütün meydançanı keçməsi göz önünə gələcək.

Xəbər verildiyi kimi, dünya futbolunun əfsanəsi argentinalı Dieqo Armando Maradona dünyasını dəyişib. Maradona 60 yaşında infarktdan həyatını itirib. 

Əfsanəvi hücumçu azrkeçlərin yadında yalnız fenomenal oyunu ilə deyil, həm də qalmaqallarla yadda qalıb. 

Məsələn, 1986-cı ildə Argentina yığmasının qızıl medal qazandığı dünya çempionatında Maradonanın 1/4 finalda İngiltərə yığmasının qapısından əl ilə keçirdiyi top uzun müddət müzakirə mövzusu olub. Səbəbkarın özü hakimin hesaba aldığı topu "tanrının əli" vasitəsilə qapıdan keçirdiyini bildirib.

1991-ci ildə isə İtaliya çempionatının oyunundan sonra dopinq-testdən keçən Maradonanın kokain qəbul etdiyi aşkarlanıb.

Bütün bunlara baxmayaraq, futbolla maraqlanan hər kəs Dieqo Maradonanı futbol dahisi, təkbaşına oyunun taleyini həll edə bilən oyunçu kimi xatırlayacaq.

Sputnik Azərbaycan əfsanənin müxtəlif görüntülərini təqdim edir. 

 

0
  • © REUTERS / Carlos Barria

    Argentinalı futbolçu Dieqo Maradona müsahibə zamanı, 2010-cu il.

  • © REUTERS / Action Images / Juha Tamminen

    Argentinanın hücumçusu Maradona DÇ-1986-nın dörddəbir final matçında İngiltərə yığmasına qarşı oyunda.

  • © AP Photo / Carlo Fumagalli, file

    Dieqo Armando Maradona DÇ-1986-ın finalında AFR üzərində qələbədən sonra kuboku başı üzərinə qaldırır.

  • © REUTERS / Stringer

    Dieqo Maradona həyat yoldaşı Klaudiya və anası ilə toyda, 1989-cu il.

  • © Sputnik / Vladimir Rodionov

    İtaliyanın "Napoli" klubunun futbolçusu Dieqo Maradona Moskvanın "Spartak" komandası ilə oyundan sonra, 1990-cı il.

  • © AFP 2020 / Daniel Garcia

    Argentina millisinin kapitanı Dieqo Maradona DÇ-1994-də Yunanıstan komandasının qapısına vurduğu qolu qeyd edir.

  • © REUTERS / Stringer

    Futbol əfsanəsi Dieqo Maradona və Kuba lideri Fidel Kastro, 2001-ci il.

  • © REUTERS / Marcos Brindicci

    Maradona Kuba siqarı və Çe Qevaranın tatusu ilə, 2006-cı il.

  • © AFP 2020 / Stringer

    Futbol əfsanəsi Dieqo Maradona kolumbiyalı futbolçu Karlos Valderamanın karyerasını başa vurması ilə əlaqədar təşkil olunan şənlikdə rəqs edir, 2004-cü il.

  • © AP Photo / Matt Sayles

    Futbol əfsanəsi Diyeqo Maradona Kannda özünə dair sənədli filmin nümayişi zamanı, 2008-ci il.

  • © AFP 2020 / Valery Hache

    Dieqo Maradona qızları ilə birgə 61-ci Kann kinofestivalında "Maradona" sənədli filminin premyerasından əvvəl, 2008-ci il.

  • © REUTERS / Eddie Keogh


    Futbol məşqçisi Maradona komandasının DÇ-2010-da Nigeriya millisinə vurduğu qolu qeyd edir.

  • © Sputnik / Sergey Guneev

    Rusiya Prezidenti Vladimir Putin, braziliyalı futbolçular Pele və Dieqo Maradona FİFA-2018 futbol üzrə dünya çempionatının püşkatmasından əvvəl.

  • © REUTERS / Marcos Brindicci

    Argentinalı futbol ulduzu Dieqo Maradona sevgilisi ilə, 2017-ci il.

  • © REUTERS / Grigory Dukor

    Futbol əfsanəsi Dieqo Maradona Kremldə, 2017-ci il.

Teqlər:
Argentina, braziliyalı futbolçu Pele, futbol, Dieqo Maradona