Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli birgə təlimlər keçirəcək

© AFP 2023 / ADEM ALTAN Истребители турецких ВВС. Архивное фото
Истребители турецких ВВС. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin 4-cü üçtərəfli görüşü başa çatıb.

BAKI, 15 may — Sputnik. Bu gün Qəbələ şəhərindəki Heydər Əliyev adına Konqres Mərkəzində Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin 4-cü üçtərəfli görüşü başa çatıb.

APA-nın xəbərinə görə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun, Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli və Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz arasında təkbətək və üçtərəfli formatda danışıqlardan sonra görüşlə bağlı nazirlərin birgə mətbuat konfransı keçirilib.

Konfransda Z. Həsənov çıxış edərək bildirib ki, bu gün 3 ölkənin müdafiə nazirlərinin iştirakı ilə Qəbələ şəhərində üçtərəfli formatda dördüncü görüş keçirilib. Görüş zamanı 3 dost-qonşu xalq arasında münasibətlərin və fəaliyyətlərin üçtərəfli formatda inkişaf etdirilməsinin səmərəliliyi vurğulanıb, bu formatda münasibətlərin gələcək perspektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran istiqamətlər barədə geniş fikir mübadiləsi aparılıb: “Üç ölkənin Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılması məqsədilə üçtərəfli birgə təlimlərin keçirilməsi, hərbi təlim-təhsil sahəsində əməkdaşlığın üçtərəfli formatda təşkil edilməsi, kibertəhlükəsizlik sahəsi üzrə əməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən neft və qaz boru kəmərlərinin mühafizəsi üzrə üçtərəfli təlimlərin daha da təkmilləşdirilməsi məqsədəuyğun hesab olunub”.

Z. Həsənov bildirib ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasında müdafiə sahəsində üçtərəfli Anlaşma Memorandumunun imzalanması nəzərdə tutulur. Hazırda layihəsi razılaşdırılmaqda olan Anlaşma Memorandumunun imzalanması əməkdaşlığımızın hüquqi bazasının əsasını təşkil edəcək, üçtərəfli fəaliyyətlərimizin yeni mərhələyə keçməsinə zəmin yaradacaq. Gələcəkdə də bu formatdan irəli gələn yeni təşəbbüs və layihələrin həyata keçirilməsi planlaşdırılır. 

Xəbər lenti
0