Eldar Aslanov, Turizm və Menecment Universitetinin prorektoru

"Bütün Azərbaycan üzrə hotel yataqlarının sayı Türkiyənin bir qəsəbəsindəkindən azdır"

569
Eldar Aslanov: "Azərbaycan hökumətinin məqsədi kübar turizmi inkişaf etdirməkdir. Yəni qiymətləri aşağı salıb, çox turist qəbul etməkdənsə, az sayda turist qəbul edərək, eyni gəliri götürmək"

BAKI, 11 may — Sputnik. Bu gün Azərbaycanda kifayət qədər yüksək səviyyəli hotellər, restoranlar var ki, Avropa standartlarından heç də aşağı deyil. Ancaq buna baxmayaraq turizmin inkişaf səviyyəsi ürəkaçan və gələn turistlərin sayı yetərli deyil. Əgər hər şey qaydasındadırsa, onda belə çıxır ki, xidmət səviyyəmizdə qüsur var. Bu istiqamətdə Azərbaycan Turizm və Menecment Universitetinin rektor müavini Eldar Aslanovun Sputnik-ə müsahibəsini təqdim edirik.

— Turizm sektoru o qədər sürətlə inkişaf edən bir sahədir ki, aşağıdan gələn kadr potensialı ehtiyacı tam qarşılamır. Bir az neqativ səslənəcək, amma açıq etiraf eləmək lazımdır ki, xidmətin yüksək səviyyədə olmamasının səbəbi, sektorun ehtiyac duyduğu qədər kadr hazırlaya bilməməyimizdir. İkinci mühüm səbəb turizm sektorunun özünün daxili dinamikası ilə bağlıdır. Daxili dinamika ilə bağlı bir fakt deyə bilərəm. Əgər ölkədə turizm 365 gün deyil, mövsümi xarakter daşıyırsa, hotellər və restoranlar sezon dövrü işləyib sonra bağlanırsa, o ölkədəki xidmət səviyyəsini yüksəyə qaldıra bilməzsiniz. Ona görə ki, işçilər mövsüm başa çatandan sonra həmin vərdişlərdən vaz keçirlər, başqa sahələrə yönəlirlər, yaxud da işsiz qalırlar. Və növbəti il mövsüm başlayanda hotellər köhnə və bacarıqlı işçilərlə deyil, yeni və təcrübəsiz işçilərlə çalışçalı olur. Turizm sektorunda hər il minlərlə insan işə başlayır, sektorun öz spesifik xüsusiyyətlərindən dolayı həmin sahədə daimi işləyə bilmir. Ona görə də çalışıb turizm sektorunu bütün mövsümlərə yaymaq lazımdır. Azərbaycanda 4-5 il əvvələ qədər ancaq yay turizmi var idi. İndi isə sevindirici haldır ki, qış turizmi də inkişafa başlayıb. Buna Şahdağ və Tufandağ nümunələrini misal çəkə bilərəm. 

- Bizim turizm potensialımız hansı səviyyədədir? Nələrimiz var, nələrimiz yoxdur? Ya da mövcud imkanlarımızdan düzgün istifadə edə bilirikmi?

— Turizmi inkişaf etdirmək üçün 3 şey tələb olunur. Onlardan biri obyektiv zərurətdir. Yəni bir ölkənin turizmini inkişaf etdirmək üçün turistik potensial olmalıdır. Tarixi, mədəni, təbiət, zəngin qonaqpərvərlik, mətbəx və s. Bunlar bizdə var. Bu potensialdan istifadəni biz özümüzə bir nəticə olaraq seçib qərar vermişik. Digər iki məsələ daha subyektivdir. Həmin potensiala malik olan xalqların bunları imkana çevirməsi vacibdir. Burda birinci məsələ infrastrukturun yaradılmasıdır. Düzdür, bunun üçün addımlar atılıb. Çoxlu sayda beş ulduzlu otellər tikilib. Ancaq bu, kifayət edirmi? Açığını desəm, yox, kifayət etmir. Ona görə ki, hazırda istifadəyə verilən turizm infrastrukturunun yataq sayı 40 mindir. 9 milyonluq ölkədə 40 min yataq sayı dənizdə damladır. Həm də bu gün ölkədə istifadəyə verilmiş turizm müəssisələrinin böyük əksəriyyəti daha çox yüksək ulduzlu beynəlxalq şəbəkə otellərinin Azərbaycanda yaradılan nümunələridir. Təbii ki, orada da xidmət səviyyəsi yüksəkdir.

- Bəs hotel qiymətləri baha deyilmi? Kim tənzimləyir qiymət siyasətini?

— Qiymətlər həmin o 5 ulduzlu otellər şəbəkələrinin tələblərinə uyğundur. Yəni qiymət siyasəti mərkəzdən müəyyənləşdirilir. Ona görə də, Azərbaycanda 40-45 minlik yataq yeri kütləvi turizmi yaratmağa kifayət eləmir. Hər bir kəsin faydalana biləcəyi turizm yaratmaq üçün biz ilk növbədə Azərbaycanda rəngarəng turizm xidmətləri verə biləcək səviyyəyə gəlib çatmalıyıq. Bu gün paytaxtla yanaşı, hətta regionlarımızda da beynəlxalq 5 ulduzlu otel şəbəkələrinin filialları açılıb, fəaliyyət göstərir. Ancaq nə Bakıda, nə də regionlarda aşağı ulduzlu, sosial yönümlü, ailə turizmini canlandıracaq infrastruktur hələ ki yaradılmayıb. Belə olan təqdirdə indiki 40 minlik yataq sayı 2-3 dəfə çox olacaq. Bəzən Azərbaycanı Türkiyə ilə müqayisə edirlər, amma bu müqayisəni edərkən bir şeyi unutmamaq lazımdır. Azərbaycanda olan bugünkü infrastrukturun yataq sayı Türkiyənin Muğla rayonunun Marmaris qəsəbəsindəki yataq sayından azdır.

- İstiqamət dediniz. Bəs 3-cü istiqamət hansıdır?

— Üçüncü istiqamət insan potensialıdır. Siz ölkənizdə çoxlu sayda hotellər tikə bilərsiniz. Sizin ölkənizin çox gözəl turizm potensialı, təbiəti, tarixi, memarlığı, mətbəxi ola bilər. Ancaq vacib olan şey bu potensialı, yaradılmış bu imkanı xidmət olaraq satmaqdır. Təəssüf ki, bizdə bu, hələ formalaşmayıb. Hotel, restoran baxımından desək, bəli, burda peşəkarlıq məsələsi bizi düşündürən bir mövzudur. Turizm və Menecment Universitetinin yaradılmasının səbəbi də elə budur. Bununla bağlı paytaxtla yanaşı regionlarda da çoxsaylı təlimlər keçirik. Eko turizmi, mədəni turizmi artırmalıyıq. Bir də tədbirlər turizmi var ki, buna çox diqqət yetirmək lazımdır. Hökumət də buna çox ciddi fikir verir və bu çox doğru addımdır. Keçən il keçirilən Avropa oyunları, yeni başa çatan cüdo üzrə dünya çempionatı, "Tour de Azerbaijan", beynəlxalq şahmat çempionatı, qarşıdan gələn İslam Həmrəylik Oyunları, bütün bunlar hamısı tədbirlər turizminə aiddir. Tədbirlər turizminin xeyirli tərəfləri çoxdur. Məsələn, sizin ölkənizə gələn turistlərə Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri çatdırmaq şansınız olur.

- Gürcüstanla eyni ildə müstəqilliyimizi qazanmışıq. Ancaq onlar turizmdə bizdən çox irəlidədirlər. Üstəlik xarici turistlər Qafqaz bölgəsində ora daha çox üz tuturlar. Bunun səbəbi nədir?

— Bilirsiniz, Gürcüstanın bizim kimi neft sərvəti yoxdur. Onlar müstəqillikdən sonra bütün diqqətlərini turizmə yönəltdilər və təbii olaraq bu sahədə çox irəli getdilər. Bizdə isə 90-cı illərdə bu sahəyə ümumiyyətlə fikir verilmədi. Çünki hər kəs nefti düşünürdü, bütün diqqətlər neftdən gələcək gəlirlərə yönəlmişdi. Bütün cəmiyyət "Bakı-Tbilisi-Ceyhan boru xətti tikilib başa çatacaqmı, çatmayacaqmı?" sualı üzərində baş sındırırdı. Azərbaycan turizmdə hələ ilk addımlarını atır. Bu sahədə dövlət siyasəti 2001-ci ildən etibarən başlayıb. Yəni təxminən 15 illik dövlətin məqsədyönlü işi var. Sual çıxır: 15 il kifayət edirmi? Məncə, xeyr. Azərbaycan bu gün turizm bazarına rəqib kimi girmək istəyir. Bu, neft sektorunda əldə etdiyimiz nailiyyətin məhsuludur. Hökumət kütləvi turizmdən daha çox kübar turizmə üstünlük verir. Sual çıxır ki, nədir kübar turizm? Sizə bir misal çəkim. Götürək Türkiyəni. Türkiyə ən çox turist qəbul edən ölkələr arasında 6-cı yerdədir. Ancaq bu sektordan əldə etdiyi gəlirlərə görə ilk 20-likdədir. Yəni çox turist qəbul edir, ancaq az gəlir götürür. Bu, kütləvi turizmdir. Azərbaycan hökuməti isə rəsmi mövqeyini açıqlayıb. Məqsəd kübar turizmi inkişaf etdirməkdir. Yəni qiymətləri aşağı salıb, çox turist qəbul edib eyni gəliri götürməyə dəymir. Məsələ budur.

- Turizm və Menecment Universitetinin fəaliyyəti ilə bağlı yeni planlar varmı?

— Bəli. İnşallah, yaxın gələcəkdə bir neçə rayonda filiallarımız açılacaq. Bununla bağlı dövlətin dəstəyini də almışıq.

569
Teqlər:
hotel, Eldar Aslanov, Azərbaycan Turizm və Menecment Universiteti, turist, turizm, Azərbaycan
Əlaqədar
Ramzan Kadırov turistləri Qafqaza çağırdı
Rusiyada Azərbaycan turizm nümayəndəliyi fəaliyyətə başlayır
Turistlər üçün elektron vizanın verilməsi müddəti iki dəfə azaldılıb
Veteranlar üçün “Şahdağ” Turizm Mərkəzində istirahət turu təşkil olunub
Turizm fəaliyyəti üçün lisenziya tələb olunmayacaq
Xaricdəki münaqişələr Azərbaycan turizmini də vurdu
Alman şirkəti Qarabağa turist səfəri təşkil edir

İlham Əliyev Azərbaycanı dəstəkləyən ölkələrin başçılarına məktublar ünvanlayıb

21
Prezident BMT TŞ-da Azərbaycanı dəstəkləyən ölkələrin dövlət və hökumət başçılarına məktublar ünvanlayıb.

BAKI, 25 oktyabr - Sputnik. Məlum olduğu kimi, bu günlərdə BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş tutmuş müzakirələrdə Qoşulmama Hərəkatının və eyni zamanda, hazırda Təhlükəsizlik Şurasının üzvü olan ölkələr - İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadin təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdiriblər. Nəticədə Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olublar.

Sputnik Azərbaycan xəbər verir ki, bununla əlaqədar, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadinin dövlət və hökumət başçılarına məktublar ünvanlanıb.

Prezident İlham Əliyev, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

Məktublarda BMT Təhlükəsizlik Şurasında keçirilmiş müzakirələr zamanı göstərdikləri prinsipial mövqeyə görə sözügedən ölkələrə təşəkkür ifadə olunub.

Məktublarda qeyd edilib ki, bu ölkələrin belə qəti mövqe sərgiləmələri onların Bandunq prinsiplərinə, Qoşulmama Hərəkatının dəyərlərinə sadiqliyini, multilateralizmə və beynəlxalq hüquqa olan hörmətini nümayiş etdirir. Bu mövqe ikitərəfli münasibətlərimizdə tarixi dostluq əlaməti kimi qəbul olunur.

Daha sonra məktublarda bildirilir ki, həmin ölkələrin davamlı dəstəyi münaqişənin beynəlxalq hüquq və Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinə töhfə verəcək.

Sonda isə ikitərəfli münasibətlərimizin, eləcə də BMT və Qoşulmama Hərəkatı çərçivəsində çoxtərəfli əməkdaşlığımızın uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

21
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
(1:25 / 11.15Mb / просмотров видео: 112)

Ermənistan ordusunun atəş nöqtələri məhv edilib - VİDEO

47
(Yenilənib 18:40 25.10.2020)
Azərbaycan silahlı qüvvələri işğalçı ordunun bölmələrinin atəş nöqtələrini məhv etməkdə davam edirlər.

Cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri öz üstünlüyünü qoruyub. Sputnik Azərbaycan bu barədə Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Oktyabrın 25-də aparılan uğurlu döyüş əməliyyatları zamanı düşmənin 2 artilleriya qurğusu, 2 BM-21 “Qrad”, 1 komanda qərargah maşını, 1 komanda idarəetmə məntəqəsi, 2 yük maşını, 1tank və bir neçə atəş nöqtəsi məhv edilib.

47
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Yaşlı adam, arxiv şəkli

Koronavirusa yoluxma insanı 10 yaş qocaldır, həmçinin...

0
Koronavirusun ağır formaları mətnlərin və sözlərin mənasını dərk etmə qabiliyyətinə təsir edir. Buna baxmayaraq, xəstəliyə yoluxmuş insanlarda emosional sahə, məkan yaddaşı və rəqəmləri əzbərləmək qabiliyyəti dəyişməz qalıb.

BAKI, 25 oktyabr — Sputnik. Böyük Britaniya alimləri apardıqları araşdırma zamanı koronavirus xəstəliyinin insanların İQ səviyyəsini endirdiyini müəyyən edib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu intelektual bacarıqlar və yaddaşla əlaqələndirilib. Mütəxəssislərin sözlərinə görə, koronavirusa yoluxan şəxslər xəstəliyə yoluxmayan yaşıdları ilə müqayisədə məntiq testlərini həll etməkdə çətinlik çəkiblər. Bundan əlavə, şəxslərin İQ səviyyəsi xəstəliyi hansı ağırlıqda keçirmələri ilə də birbaşa əlaqəlidir. Tədqiqat zamanı alimlər 84 könüllünün məntiqi bacarıqlarını və yaddaşlarını araşdırıblar.

Müəyyən edilib ki, koronavirusa yoluxan insanlar sağlam insanlarla müqayisədə 65 faiz geri qalıb. Mütəxəssislərin fikrincə, bu xəstələrin 10 yaş yaşlanmasına bərabərdir.

Koronavirusun ağır formaları mətnlərin və sözlərin mənasını dərk etmə qabiliyyətinə təsir edir. Buna baxmayaraq, xəstəliyə yoluxmuş insanlarda emosional sahə, məkan yaddaşı və rəqəmləri əzbərləmək qabiliyyəti dəyişməz qalıb.

0