Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

İlham Əliyev Qələbə Günü münasibətilə keçirilən mərasimdə iştirak edib

22
Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və xanımı Mehriban Əliyeva faşizm üzərində Qələbənin 71-ci ildönümü münasibətilə keçirilən mərasimdə iştirak ediblər.

BAKI, 9 may — Sputnik. İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 71-ci ildönümü münasibətilə mayın 9-da Bakıda təntənəli mərasim keçirilib.

Sputnik-in məlumatına görə, Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Respublika Veteranlar Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev dövlətimizin başçısı İlham Əliyevi qarşılayıb. Müharibə veteranları ilə görüşən Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva onları Qələbə Günü münasibətilə təbrik ediblər. Dövlət başçısına xatirə hədiyyələri təqdim olunub. Azərbaycan prezidenti iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ailə üzvləri ilə görüşüb, onları Qələbə bayramı münasibətilə təbrik edib. Prezident, Ali Baş Komandan İlham Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsi önünə əklil qoyub. Dövlət başçısı İkinci Dünya müharibəsi veteranları ilə xatirə şəkli çəkdirib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Ali Baş Komandanın qarşısından keçib. Mərasimdə Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.

22
Cavid Zeynallı, arxiv şəkli

Coğrafiya müəlliminin pencəyinin sorağı Türkiyədən gəldi

0
(Yenilənib 20:24 12.08.2020)
Tanınmış şair-tərcüməçi Yurtsevən Şənin türkcəyə çevirdiyi əsər Türkiyənin "Zengin Yayıncılık" nəşriyyatı tərəfindən 5000 tirajla nəşr olunub.

BAKI, 12 avqust — Sputnik. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilən "Azərbaycan Kitabının Dünyaya Tanıdılması" (AKDT) layihəsi çərçivəsində "Azərbaycan Ədəbiyyatı Gənclik Seriyası" üzrə istedadlı gənc şair və yazıçılarımızın Türkiyədə tanıdılması işi davam etdirilir.

Sputnik Azərbaycan-ın məlumatına görə, layihə üzrə yazar Cavid Zeynallının "Coğrafiya müəlliminin pencəyi" adlı kitabı Türkiyə türkcəsində işıq üzü görüb.

Tanınmış şair-tərcüməçi Yurtsevən Şənin türkcəyə çevirdiyi əsər Türkiyənin "Zengin Yayıncılık" nəşriyyatı tərəfindən 5000 tirajla nəşr olunub.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən etibarən həyata keçirilən "Azərbaycan kitabının dünyaya tanıdılması" layihəsi çərçivəsində Türkiyədə fəaliyyət göstərən "Zengin Yayıncılık" nəşriyyatı ilə əldə olunan razılığa əsasən, bu günə qədər klassik və müasir dövr azərbaycanlı müəlliflərin kitabları tərcümə və çap edilərək türkiyəli oxucuların ixtiyarına verilib.

0
Əlaqədar
Tanınmış yazıçıdan mütaliə həvəskarlarına əvəzolunmaz hədiyyə
Bədii tərcümə problemi: Günahkar kimdir?
Xalq yazıçısı: “Koronavirus insanların kitaba qayıtmasına səbəb olacaq”
Bölünə bilinməyən Xəzər - problem necə həll olunmalıdır?
Qutsal mətnin alternativ təfsiri
Mobil evlər, arxiv şəkli

Evini götür, get - Azərbaycanda indi bu da mümkündür

69
(Yenilənib 19:41 12.08.2020)
Bu evlər zəlzələyə, eyni zamanda da nəmə davamlıdır. Səsə qarşı izolyasiya edilən konteyner evlərin qiyməti o qədər də yüksək deyil

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 12 avqust — Sputnik. Bu gün bir çox ölkələrdə daşınmaz əmlakla yanaşı, daşına bilən əmlaka da maraq və yatırım var. Daşına bilən əmlak - konteyner evlər artıq bütün dünyada da geniş yayılıb.

Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da daşınabilən evlər var. Bu evlərin qiyməti digərləri ilə müqayisədə daha sərfəlidir.

Sputnik Azərbaycan əmlak bazarına yenicə daxil olan bu evlərin qiyməti ilə maraqlanıb. Çöl səthi beton panelli olan, daşına bilən, iqlim şəraitinə uyğunlaşan bu evlər əsasən bağ evləri hesab edilir və daha çox dəniz qırağında, istirahət yerlərində qurulur.

Əlaqə saxladığımız şirkətdən bildirilib ki, bu evlər zəlzələyə, eyni zamanda da nəmə davamlıdır. Səsə qarşı izolyasiya edilən konteyner evlərin qiyməti o qədər də yüksək deyil - 1 kvadrat metrə görə 350 AZN-dir: "Bu qiymətə təmir daxildir. Bundan başqa, əlavə olaraq hamam-tualetin quraşdırılması üçün 600 AZN tələb olunur".

Evlər dəmir karkas və panellərdən ibarətdir:

"Konteynerlər dəmir karkas üzərində yığılır. Bir konteyner 6 metr uzunluqda, 2,5 və ya 3 metr endə olur. Onların üzərinə beton panellərlə divar səthi çəkilir, alt hissələr daşla izolyasiya olunur. Altı alçipanla ötürülür və divar kağızı vurulur. Adətən ölçülər 15-18 kvadrat metr olur, amma bu standartlardan kənara çıxmaq mümkündür. Yəni 30-77 kvadrat metrlik sifarişlər də qəbul olunur".

"Bizdə yerində satış həyata keçirilir. Sonradan müştəri tərəfindən kran gətirilir və bu evlər lazım olan ünvana daşınır. Onları istənilən ünvana aparmaq mümkündür".

Materialların isə Bakıda istehsal edildiyi deyilir.

Qeyd edək ki, bu gün əmlak bazarında hazır təmirli mənzillərin 1 kvadrat metrinin qiyməti 1500 manatdan başlayır. Daşına bilən təmirli evlər isə bundan təxminən 5-6 dəfə ucuzdur. 

69
Əlaqədar
Dünyanın ən bahalı premium mənzilləri haradadır: Əl yandıran qiymətlər
Güzəştli ev almaq istəyənlərin nəzərinə - Növbəti satışa hazırlaşın
Təklif çox, müştəri az, qiymətlər enib - turizm cənnətində kirayə bazarı dad deyir
Postpandemiya dövründə daşınmaz əmlakın qiyməti kəskin dəyişəcək - SƏBƏB
On milyonlarla dolları Azərbaycandan Türkiyəyə yönəldən - SƏBƏB
Президент США Дональд Трамп, фото из архива

Tramp proqnoz verdi: Bayden seçilsə, Çin dilini öyrənməli olacaqsız

0
(Yenilənib 20:26 12.08.2020)
Tramp deyib ki, qarşıdan gələn prezident seçkilərində onun rəqibi, demokratların namizədi Co Bayden qalib gələrsə, Çin ABŞ-a sahib olacaq, insanlar isə çin dilini öyrənməli olacaqlar.

 

BAKI, 12 avqust — Sputnik. ABŞ Prezidenti Donald Tramp bildirib ki, qarşıdan gələn prezident seçkilərində onun rəqibi, demokratların namizədi Co Bayden qalib gələrsə, Çin ABŞ-a sahib olacaq, insanlar isə çin dilini öyrənməli olacaqlar.

"Əgər o (Bayden) qalib gəlsə, onlar (Çin hakimiyyəti) ABŞ-a sahib olacaqlar, mənimlə isə onlar üçün 67 il ərzində ən pis il idi, çünki mən onları qoyduğum rüsumlarla daha çox lənətləyirdim. Çindən on milyardlarla dollar qazandıq və bu, Çinə böyük təsir, mənfi təsir göstərdi", - Tramp amerikalı jurnalist Hyu Hyustonla müsahibəsində deyib.

"Əgər mən seçkidə qalib gəlməsəm, Çin ABŞ-a sahib olacaq... Əgər həqiqəti bilmək istəyirsinizsə, sizə Çin dilində danışmağı öyrənmək lazım gələcək", - Tramp bildirib.

Co Bayden, arxiv şəkli
© AP Photo / Andrew Harnik, File

Tramp deyib ki, ÇXR lideri Si Cinpinlə münasibətləri koronavirusla bağlı vəziyyətə görə pisləşib. "Sədr Si ilə mənim çox yaxşı münasibətlərim olub. Mən hətta yaxşı yox, daha yaxşı deyərdim. Mən deyərdim ki, bizim çox gözəl münasibətlərimiz var idi... Ancaq Çin virusu ilə bağlı etdiklərinə görə onunla münasibətlərim artıq yaxşı deyil", - deyə ABŞ Prezidenti qeyd edib.

ABŞ hökuməti daha əvvəl Amerika tərəfinin yeni növ koronavirusun Uhan laboratoriyasında ortaya çıxdığına dair versiyalarını nəzərdən keçirdiyini və onun mənşəyini müəyyən etmək niyyətində olduğunu bəyan edib. Tramp, Pekinin COVID-19-u qəsdən yaydığı barədə məlumatların təsdiqini tapacağı təqdirdə, Çinin bunun nəticələrinə qatlaşmalı olacağı ilə hədələyib. Sonradan ABŞ-ın dövlət katibi Mayk Pompeo Çinin koronavirusla bağlı vəziyyəti gizlətdiyinə dair Vaşinqtonda sübutların olduğunu bəyan edib.

Çin hakimiyyəti dəfələrlə bəyan edib ki, lap əvvəldən koronavirus infeksiyası epidemiyası haqqında məlumatların dərc edilməsi ilə bağlı açıq və məsuliyyətli mövqe tutub.

0
Əlaqədar
Tramp öz ölkəsinin şirkətinə ciddi problemlər yaradıb
Trampdan bahalı əməliyyat: bunun üçün pul tökmək günah deyil
Trampın müşavirləri təşvişdə: yeni müharibədən qorxurlar
ABŞ prezidentlərini düzgün "tapan" professor Tramp haqda proqnoz verdi
Donald Tramp bunu "TikTok"-dan heç gözləmirdi