Gülər Kərimova, Yaqub Kərimov və veteran Həbibullah Kərimov

Gürcü qızı azərbaycanlı yaralı əsgəri necə xilas etdi?

770
Döyüş yoldaşlarının əksəriyyəti həlak olur. Hərbi həkimlər yaralıları yığan vaxt onu ölümcül bilib götürmək istəməyiblər. Lakin gürcü dilini bilməsi yaralı əsgərin həyatının xilas edilməsinə səbəb olub.

BAKI, 6 may — Sputnik. İkinci Dünya Müharibəsi illəri bəşəriyyətin XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli dövr olmuşdu. Azərbaycan xalqının bu müharibədə göstərdiyi əzmkarlıq və qəhrəmanlıqlar da danılmazdır.

Azərbaycan xalqı İkinci Dünya Müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərib. Müharibə başlayandan keçən qısa müddət ərzində Azərbaycan Respublikası ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilmişdi. 1941-1945-ci illərdə respublikanın 600 mindən çox oğlan və qız övladı cəbhəyə getmişdi.

Bunlardan biri də Həbibullah Kərimov olub. O, 1906-cı ildə Qax rayonunun Zəyəm kəndində dünyaya gəlib. 1939-cu ildə Ukraynanın Xarkov şəhərinə hərbi xidmətə yola düşüb. Döyüşlərin qızğın getdiyi ərazilərdə — Ukraynanın Lvov, Kiyev, Xarkov, Belorusun Minsk şəhərində, habelə Çexoslovakiyada gedən döyüşlərdə iştirak edib.

Veteranın nəvəsi Şamama Abbasova babası haqqında xatirələrini danışarkən deyir: "Babam çox cılız, arıq və boyu balaca bir kişi olub. Buna baxmayaraq, çox çevik olub. Ona tez-tez sual verərdilər ki, necə olub, sən sağ qalmısan? O da zarafatla deyərdi ki, boyumun balaca olması məni qoruyub. Boyum balaca olduğundan düşmən məni görmürdü".

O həm də 1941-45-ci illərdə Moskva ətrafında gedən döyüşlərdə iştirak edib. H. Kərimovun digər nəvəsi Kərim Kərimov isə babası haqqında bunları danışır: "Babam uzun illər kəndin meşəbəyisi olub. Babamın ömrü at belində keçib. O, dünyasını dəyişəndə mənim səkkiz yaşım var idi. Babamın bədənində qəlpələr vardı. Lakin o, ömrünün sonuna kimi at çapdı, bizim kəndin meşəbəyisi oldu".

O dövrdə neçə-neçə Azərbaycan ailəsinə "qara kağız" gəlirdi. Lakin bunlardan bəziləri xoşbəxtlikdən yanlış olurdu. 1945-ci ilin may ayında Həbibullah Kərimovun da evinə "qara kağız" gəlir.

"Nənəm Gülər xanım babam üçün yas saxlayırdı. Bir il keçəndən sonra bir çapar kəndə gəlir və babamın sağ olduğunu nənəmə deyir. Nənəm inanmır. Necə ola bilər, sabah onun ölümündən 1 il keçir", — danışır mərhumun nəvəsi.

1946-cı ilin may ayında Həbibullah Kərimov evə dönür. "Babam müharibəyə gedəndə 3 övladı olub. Onda kiçik qızı, bibim Təbiət qundaqdakı körpə olub. Babam müharibədən qayıdanda Təbiət bibim artıq 7 yaşın içində olub. Xeyli müddət babamı yad adam bilib, ona əmi deyirmiş. Anasına da tez-tez deyirmiş ki, bu kişi getsin bizdən. Çünki babam müharibədən qayıdanda üzü tanınmaz hala düşmüşdü. Hər yerində şıramlar var idi. Təbiət bibim də buna görə ondan qorxurdu", — deyir K. Kərimov.

Onun sözlərinə görə, döyüşdən sonra əraziləri minalardan təmizlənən vaxtı babası minaya düşür və ölümcül yaralanır: "Döyüş yoldaşlarının əksəriyyəti həlak olur. Hərbi həkimlər yaralıları yığan vaxt bir gürcü babama baxıb gürcü dilində deyib ki, "bu, onsuz da öləcək, bunu götürməyək". Babam gürcü dilini çox gözəl bilirdi. Gürcü dilində deyib ki, "şilo məni də götür, mən sağam, özümü pis hiss etmirəm". Onun gürcü dilində danışdığını eşidən gürcü şəfqət bacısı həkimə deyir ki, "bu ki, bizimkidir, sağdır, nə olar, onu da götürək". Beləcə gürcü qızı babamı xilas edir".

Qeyd edək ki, mərhum veteran, şəxsi heyətinin 92%-ni Azərbaycan türklərinin təşkil etdiyi 416-cı diviziyada xidmət edib. Brandenburq darvazası üzərinə bayraq sancan əsgərlərdən biri olub. Həmin anın şəkli son vaxtlara qədər H. Kərimovun evində dursa da, təəssüf ki, sonra yoxa çıxıb. Nəvələri ehtimal edirlər ki, həmin şəkli valideynləri rayon qəzetində dərc edilmək üçün veriblər, amma o şəkil qayıtmayıb.

770
Teqlər:
Şamama Abbasova, Həbibullah Kərimov, veteran, Kərim Kərimov, İkinci Dünya Müharibəsi, Azərbaycan
Əlaqədar
Öz ölüm xəbərini bir il sonra eşidən döyüşçü - Prezident ona nə sürpriz etdi?
Azərbaycan ordusu Ermənistana "sürpriz" hazırlayır
Böyük Vətən Müharibəsi veteranlarının həyat hekayələri işıqlandırılacaq
Qarabağ müharibəsi veteranları cəbhə bölgəsinə yola düşüblər
Azərbaycanlı veteran Varşava səmasında necə vurulmasında danışdı
Veteran döyüşçülər silaha sarılmaq istəyirlər
Çarpayıda gənc cütlük, arxiv şəkli

Hüquqşünas: "Yataq otağından çıxandan sonra söhbət ediləcək mövzu yoxdursa..."

9
(Yenilənib 15:15 19.01.2021)
"Kişilər unutmamalıdırlar ki, qadınla ailə həyatı quran zaman o, atası evindən çıxanda əxlaqsız olmur ki?! Əxlaqsız idisə, niyə alırdın? Deyildisə, deməli, sənin əlində əxlaqsız olub"

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 19 yanvar — Sputnik. Pandemiya dövründə daha əvvəl müşahidə edilməyən qaydalar tətbiq edildiyi üçün vətəndaşlar bu dönəmdə müxtəlif qayda pozuntuları ilə qarşılaşdılar. Karantin rejimi, SMS-icazə, evdə qalmaq kimi məhdudiyyətlər yenilik olduğu üçün bir çox vətəndaşlar bu vəziyyətlə barışmaqda çətinlik çəkdilər.

Bəs bu dövrdə vətəndaşlar hüquqşünaslara daha çox hansı hüquq pozuntusu ilə müraciət ediblər?

Hüquqşünas Tağı Hüseynov Sputnik Azərbaycan-ın suallarını cavablandırıb.

© Sputnik / Irade JELIL
Hüquqşünas Tağı Hüseynov

- Pandemiya dövründə vətəndaşları hüquqi istiqamətdə daha çox nə narahat edib?

- Pandemiya dövründə əsas hüquq pozuntuları iki istiqamətdə olub. Yəni şəxslərin bizə müraciətləri boşanma və inzibati orqanların tətbiq etdiyi cərimələrlə bağlı olub. Bir müddət əvvəl, sərt karantin rejimində evdə qalmaq tələbi, kafe və restoranların bağlı olması ailələri, demək olar ki, bir yerə topladı. Bu müddət ərzində mehriban olan ailələr daha da mehribanlaşdı. Problemli ailələrin problemi isə böyüyərək boşanma ilə nəticələndi.

İkinci istiqamətdə olan hüquq pozuntuları əsasən polisin yazdığı cərimələrlə bağlı olub. Belə ki, müraciət edən vətəndaşlar müxtəlif səbəblərlə polisin yazdığı cərimələrlə razılaşmadıqlarını dilə gətirirdilər. Bəziləri qeyd edirdilər ki, SMS müddətinin bitməsindən 2 dəqiqə sonra cərimə yazılıb, bəziləri evinin qapısında ona cərimə yazıldığını bildirirdilər. Bu problemlə qarşılaşan vətəndaşların 99 faizi məhkəməyə müraciət etmir. Düşünürlər ki, 100 manata görə məhkəmələrə vaxt ayırmağa dəyməz.

Ancaq bəzi prinsipial insanlar var ki, axıra qədər davam edirlər. Mən vətəndaşlara izah edirdim ki, məhkəməyə arayış yazmağa 50 manat vəkilə verməkdənsə, cəriməni tətbiq edən quruma müraciət ünvanlasınlar.

- Boşanma müraciətləri ilə bağlı vətəndaşlar səbəb kimi nəyi vurğulayırlar?

- Düzünü desək, son dövrlədə kişilər öz məsuliyyətlərini unudublar. Bir müddət əvvəl qadınlar hüquq bərabərliyi istəyirdilər. Bu da sizə hüquq bərabərliyi. Ailədə kişi və qadınların vəzifələri yazılı şəkildə müəyyən edilmədiyi üçün ailə daxilində ər və arvad ailədə öz vəzifəsini bilmir. Ərzaq, əmlak, yemək almaq və s. kimin vəzifəsidir? Heç kim bilmir. Çox qəribədir, ailədə kişi yeyib-yatanda, işləməyəndə məsuliyyətə cəlb edilmir, amma ayrılandan sonra aliment ödəməyəndə cəlb edilir.

Boşanmaların digər səbəbi isə xəyanətdir.

Sosial şəbəkələr xəyanətlərin artmasına səbəb olur. Qadın və ya kişi sosial şəbəkədə kimləsə tanış olur və düşünür ki, ərim, arvadım onsuz da bilməyəcək. Amma artıq texnologiya inkişaf edib. Bütün şəbəkələrin mesajlarını tutmaq mümkündür.

Kişilər unutmamalıdırlar ki, qadınla ailə həyatı quran zaman atası evindən çıxanda əxlaqsız olmur ki?! Əxlaqsız idisə, niyə alırdın? Deyildisə, deməli, sənin əlində əxlaqsız olub.

Qadınlar da ailə həyatına müvəqqəti baxırlar. Yəni ərə sadəcə ərə getmək, ana olmaq xatirinə gedirlər. Düşünmürlər ki, həyat yoldaşı olmaq da özü də gözəl statusdur.

Qızlar oğlanı tanımadan ailə həyatı qururlar. Bəzən olur ki, onlar yataq otağından çıxandan sonra yarım saat söhbət edə biləcək mövzu tapa bilmirlər.

Bu səbəbdən də ailələr uzun müddətli olmur.

- "Aliment Fondu"nun yaradılması müzakirə edilir.

- Fondun yaradılması bir neçə il əvvəl də müzakirə edilmişdi. Ancaq bu müzakirələr reallaşmadı. Çünki bu fondun yaradılması boşanmaların artmasına səbəb ola bilərdi. Məsələn, qadınlar onu incidən həyat yoldaşları ilə birlikdə yaşamaqdan imtina edəcəkdilər. Düşünəcəkdilər ki, əgər fond varsa, heç kişini aliment üçün məhkəməyə də verməyə ehtiyac qalmayacaq. "Aliment Fondu" uşağa aliment ödəyəcək.

Ancaq bu gün qadınlar düşünürlər ki, boşansalar, aliment də ala bilməsələr, uşağa tək baxa bilməyəcəklər. Məcburən güzəştə gedib, ailə həyatını davam etdirməli olurlar.

Bu səbəbdən də fondun müzakirəsi dayandırıldı.

Hesab edirəm ki, uşaq pulunun verilməsi müzakirə edilməlidir. Məsələn, hər uşağa 100 manat uşaq pulu ayrılsa, boşanma olsa belə, kişi öz payına düşən 75 manatı ödəməli olar.

Ölkədə hamı 2000 manat maaş almır. Normal maaş 500 manatdır. Əgər bu maaşı alan kişinin iki uşağı varsa, uşaqlara 350 manat ödənilməlidir. Bu da təbii ki, kişiyə də sərf etmir. Mən hesab edirəm ki, kişilərə güzəşt etmək lazımdır. Aliment verməyən kişi Azərbaycan üçün üz qarasıdır. Ancaq kişilərin gəlirləri də nəzərə alınmalıdır.

9
Teqlər:
müsahibə, problemlər, kişi, qadın, hüquqşünas
Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu

MN: Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu davam edir

4
(Yenilənib 19:44 19.01.2021)
Hərbi qulluqçular şəxsi heyətin qəbul məntəqələrində qeydiyyatdan keçdikdən sonra müvafiq bölgü aparılır.

BAKI, 19 yanvar — Sputnik. "Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında" ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamının icrası ilə bağlı Azərbaycan Ordusunun təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu keçirilir.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə nazirinin əmri ilə gənc əsgərlərin sağlamlığının qorunub saxlanılması məqsədilə yoluxucu xəstəliklərə qarşı profilaktik və əks-epidemik tədbirlər görülür. Eyni zamanda, müxtəlif mövsümi xəstəliklərdən qorunmaqla bağlı şəxsi heyətlə müvafiq maarifləndirmə işləri aparılır və onların sağlamlığına nəzarət məqsədi ilə gündəlik termometriyası keçirilir.

Hərbi qulluqçular şəxsi heyətin qəbul məntəqələrində qeydiyyatdan keçdikdən sonra müvafiq bölgü aparılır.

  • Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu
    © AR Ministry of Defence
  • Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu
    © AR Ministry of Defence
  • Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu
    © AR Ministry of Defence
1 / 3
© AR Ministry of Defence
Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu

Tibb məntəqələrində hərbi həkim komissiyası tərəfindən müayinə olunduqdan sonra hərbi qulluqçuların hər birinə tibbi kitabça açılır və gənc əsgərlərə müvafiq qaydada məişət xidmətləri göstərilir.

Hərbi qulluqçular bütün təminat növlərinə qoyulurlar və normalara uyğun olaraq qış hərbi geyim forması ilə təmin edilirlər.

Gənc əsgərlərin hazırlığı proqramına uyğun olaraq şəxsi heyətə sıra hazırlığı məşğələləri keçirilir və onlara hərbi intizamın möhkəmləndirilməsi üzrə mühazirələr oxunur.

4