Böyük Vətən Müharibəsi  iştirakçısı Əbdülağa Cavadov

SOCAR-ın vitse-prezidentinin atası: "Bütün ordu rəhbərliyini asdılar"

2811
(Yenilənib 15:31 05.05.2016)
Onu müharibəyə aparmaq istəmirlər, israr edir. Döyüşlərdə yaralanıb, əlillik dərəcəsi aldıqdan sonra yenidən müharibəyə gedir. Və onların diviziyası müharibənin sonuna kimi döyüşür.

İradə CƏLİL, Sputnik Azərbaycan

BAKI, 5 may — Sputnik. Böyük Vətən Müharibəsi… Adı çəkiləndə belə, çoxunun üzündə təbəssüm donur, gözlər kədərlənir, baxışlar yollara dikilir. Çünki 5 ilə yaxın davam edən müharibədə onmilyonlarla insan həlak olub, itkin düşüb.

Azərbaycandan Böyük Vətən Müharibəsində 600 mindən artıq insan iştirak edirdi. Onların yarısı müharibədə həyatını itirsə də, yarısı geri qayıtmışdı. Bu gün Böyük Vətən Müharibəsi iştirakçılarının çox az bir hissəsi həyatdadır.

Əbdülağa müəllim çox zarafatcıl, mülayim, xoşxasiyyətli insandır. Onunla tanışlığımız çox qəribə olmuşdu. İşıqforun qırmızı işığında dayanmışdım, piyada keçidində sinəsi orden və medallarla dolu bir yaşlı kişi keçirdi. Ürəyimdə düşündüm ki, onunla danışmalıyam.

Ona çatıb, müsahibə almaq istədiyimi bildirdim. Çaşqın baxışlarla mənə baxırdı. Tanımadığım, amma ilk andan pərəstiş etdiyim Əbdülağa müəllim məni evinə dəvət etdi. Və maraqlı söhbətimiz alındı.

Əbdülağa Cavadov 1920-ci ildə Bakının Zirə kəndində, neftçi ailəsində anadan olub. II Dünya Müharibəsinin iştirakçısı olub, müharibənin son günlərinə kimi qəhrəmanlıqla döyüşlərdə iştirak edib.

"Məni hərbiyə çağırmırdılar, "voenkomat"a dedim ki…"

"Atam neftçi olduğuna görə, köçüb Pirallahıda yaşayırdıq. Ailədə 8 uşaq idik. Evin böyük oğlu idim. Mən yaxşı oxuyurdum. Müharibə başlayandan sonra gördüm, məni çağırmırlar. Getdim "vaeonkomata", dedim, "yoldaş Kərimov, bilirəm, getməliyəm, amma nədənsə məni çağırmırsınız". Dedi ki, "sən bir az gözlə, atana kömək elə". Mən də işləyib atama kömək edirdim", — deyir müsahibimiz.

  • Böyük Vətən Müharibəsi iştirakçısı Əbdülağa Cavadov
    Əbdülağa Cavadov Azərbaycan Prezidenti İlham Əliyevlə
    © Sputnik / Irade Celil
  • Böyük Vətən Müharibəsi iştirakçısı Əbdülağa Cavadov
    Böyük Vətən Müharibəsi iştirakçısı Əbdülağa Cavadov
    © Sputnik / Irade Celil
  • Böyük Vətən Müharibəsi  iştirakçısı Əbdülağa Cavadov
    Böyük Vətən Müharibəsi iştirakçısı Əbdülağa Cavadov
    © Sputnik / Irade Celil
  • Böyük Vətən Müharibəsi  iştirakçısı Əbdülağa Cavadov
    Böyük Vətən Müharibəsi iştirakçısı Əbdülağa Cavadov
    © Sputnik / Irade Celil
  • Böyük Vətən Müharibəsi  iştirakçısı Əbdülağa Cavadov
    Böyük Vətən Müharibəsi iştirakçısı Əbdülağa Cavadov
    © Sputnik / Irade Celil
  • Böyük Vətən Müharibəsi  iştirakçısı Əbdülağa Cavadov
    Böyük Vətən Müharibəsi iştirakçısı Əbdülağa Cavadov
    © Sputnik / Irade Celil
  • Böyük Vətən Müharibəsi  iştirakçısı Əbdülağa Cavadov
    Böyük Vətən Müharibəsi iştirakçısı Əbdülağa Cavadov
    © Sputnik / Irade Celil
  • Böyük Vətən Müharibəsi  iştirakçısı Əbdülağa Cavadov
    Böyük Vətən Müharibəsi iştirakçısı Əbdülağa Cavadov
    © Sputnik / Irade Celil
  • Böyük Vətən Müharibəsi  iştirakçısı Əbdülağa Cavadov
    Böyük Vətən Müharibəsi iştirakçısı Əbdülağa Cavadov
    © Sputnik / Irade Celil
  • Böyük Vətən Müharibəsi  iştirakçısı Əbdülağa Cavadov
    Böyük Vətən Müharibəsi iştirakçısı Əbdülağa Cavadov
    © Sputnik / Irade Celil
1 / 10
© Sputnik / Irade Celil
Əbdülağa Cavadov Azərbaycan Prezidenti İlham Əliyevlə

O zamanlar hökumət çoxuşaqlı ailələrə kömək etməyə başlayıbmış: "1941-ci il bitmişdi, 1942-i il idi. Məni çağırdılar və Krıma göndərdilər. Krımı o vaxt almanlar almışdılar. Məni də ön cəbhəyə göndərdilər. 825-ci Dağ Diviziyasında idim. Bir neçə döyüşdən sonra orada yaralandım. Bizi Novorosiyskidən Kerçə poroxodlarla aparırdılar. Çox çətin səfər idi".

Həmin vaxt almanlar hər yeri bombalayır və paroxodlar adamlar qarışıq batırmış: "Yanımda bir neçə yoldaş da var idi. Çox narahat idilər. Deyirdilər, birdən almanlar bombalasa, necə olacaq…? Dedim, "mənim ürəyim rahatdır". Mənimlə gedirsinizsə, heç nə olmayacaq. Gəlib bizi götürdülər, getdik ora. Heç bir problem yaşamadıq. Mən qəlpə yarası almışdım. Apardılar məni hospitala. Bir-iki ay qalandan sonra yenidən cəbhəyə göndərdilər".

Gənc Əbdülağa orada 157-ci briqadada xidmət edib. Sonra həmin briqadanı 4-cü Dəniz Polku ilə birləşdirib, 31-ci Atıcı Stalin Diviziyası yaradıblar: "Bizim Diviziyamız Stalino şəhərini aldığına görə Stalinin adını vermişdilər. Mənim 17 ədəd ordenim var. O vaxtlar gənc idim, atırdım, saxlamırdım, itirirdim. Mənə əlillik dərəcəsi vermək istəyəndə, yaralandığıma dair kağızı soruşdular. Dedim, itirmişəm. Adımı yazdılar və dedilər ki, 6-7 ay sonra sənə cavab gələcək. Həqiqətən də 6-7 ay sonra mənə ikinci qrup əlillik dərəcəsi verildi. Başa düşürsünüz, 27 milyon insan həlak olub, o qədər də yaralanıb, o qədər sənəd hamısı saxlanılmışdı".

"Bütün ordu rəhbərliyi asıldı"

Əbdülağa müəllim danışdıqca, bəzən sözlərini unudur, bəzən rus dilinə keçib söhbətini həyacanla davam etdirirdi. Ona qulaq asan özünü müharibənin içində hiss edə bilərdi.

Ə. Cavadov əlillik dərəcəsi aldıqdan sonra yenidən müharibəyə gedir. Zaqafqaziya ordusunda döyüşməyə başlayır. Onların diviziyası müharibənin sonuna kimi döyüşür. Müxtəlif şəhərlərin alınmasında Cavadov böyük qəhrəmanlıqla iştirak edir. 16 dekabrda diviziya Berlin sərhəddinə qədər gedib çıxır.

"Mayın 2-si səhər saat 6-da biz Berlini aldıq. Sonra rəhbərliklər razılaşma üçün görüşdü. Almanlar qarşılıqlı razılaşma təklif edirdilər. Jukov dedi ki, heç bir razılaşma olmayacaq, Nyurnberq asılacaq. Bütün ordu rəhbərliyi asıldı", — müsahibimiz danışır.

Onun sözlərinə görə, PTR istehsal olunandan sonra, döyüşmək daha da asanlaşıb: "Adi tüfənglə döyüşmək çox çətin idi. Bizim "katyuşa" adlı bir silahımız da var idi. Biz bu yeni silahlar gəldikdən sonra qələbə çala bildik".

Müharibədən sonra…

Nəhayət, 1947-ci ildə baş leytnant Cavadov Bakıya qayıdır və imtahanlara hazırlaşır. 1949-cu ildə Ali Neft Akademiyasına daxil olur. Oranı fərqlənmə diplomu ilə bitirərək "Balaxanıneft"də geoloq kimi əmək fəaliyyətinə başlayır. Ailə həyatı qurur, 3 qız övladı dünyaya gəlir.

İstehsalatda işlədiyi dövrdə — 1962-ci ildə geologiya sahəsində namizədlik, 1970-ci ildə isə doktorluq elmi işini müdafiə edib. 1981-86-cı illərdə Azərbaycan Dövlət Neft Akademiyasında "Geologiya, neft və qaz yataqlarının axtarışı və kəşfiyyatı" kafedrasının rəhbəri, professor vəzifəsində çalışıb. 120-dən artıq elmi işin müəllifi, 12 elmlər namizədinin elmi rəhbəri olub.

Qızı da, kürəkəni də vitse-prezidentmiş

Söhbətimiz zamanı Əbdülağa müəllim albomunu vərəqləyib, şəkillərini göstərir. Şəkillərin arasında biri diqqətimi çəkir, siması tanış gəlir. Müsahibimiz də bu fotonun diqqətimi çəkdiyini sezir.

"Bu, bilirsən, kimdir? Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadədir. Mənim kürəkənimdir. Yaxşı adamdır, oğul kimi qayğıma qalır", —deyir.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çüngiz Hüseynzadə mediada tez-tez göründüyündən onu tanıyanlar az deyil. Çingiz müəllimin xanımı da öz sahəsində kifayət qədər tanınmış simadır. Söhbət ARDNŞ-nin vitse prezidenti Rəfiqə Hüseynzadədən gedir. Yəni, Əbdülağa müəllimin qızından…

Bundan başqa, Ə. Cavadovun Azərbaycan prezidenti İlham Əliyevlə də fotosu var. Onu da qürurlu göstərir mənə.

Söhbətdən sonra Əbdülağa müəllim dedi ki, "ürəyinə nə vaxt istəsə, qapım üzünə açıqdır. Hesab elə öz atanın evinə gəlirsən". O da bakılıdır, hətta zarafatla "qan çəkir" dedi. Sonra məni qapıya qədər ötürüb, "yenə gələrsən" dedi.

Nə yaxşı ki, onlar var. Biz onlardan tarixi öyrənirik. İnsanlıq, mehribanlıq, sadəlik nümunəsi götürürük.

2811
Teqlər:
Rəfiqə Hüseynzadə, Çüngiz Hüseynzadə, Əbdülağa Cavadov, faşizm, Böyük Vətən Müharibəsi, müharibə, Berlin
Əlaqədar
Faşizm üzərində qələbədə hansı ölkə həlledici rol oynayıb?
Almaniyada məscidə faşist simvolları çəkiblər
İkinci Dünya Müharibəsi iştirakçılarına maddi yardım ediləcək
İkinci Dünya Müharibəsində ilk milli diviziyamız
Bakıda tibbi maska taxmış şəxs, arxiv şəkli

Bakıda koronavirus ocağı bu ərazidir

19
(Yenilənib 23:42 23.01.2021)
Ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,2 faizi paytaxtda qeydə alınıb.

 

BAKI, 23 yanvar — Sputnik. Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb. Sputnik Azərbaycan-ın koronavirusinfo.az saytına istinadən məlumatına görə, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, paytaxt üzrə yoluxma hallarının 15 faizi həmin rayonun payına düşür. Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 13,1 faizi Xətai, 12,2 faizi Yasamal, 10,8 faizi Sabunçu, 8,2 faizi Nərimanov, 8,2 faizi Suraxanı, 7,8 faizi Nəsimi, 7 faizi Nizami, 6,8 faizi Xəzər, 5,4 faizi Qaradağ, 5 faizi Səbail, 0,5 faizi Pirallahı rayonlarında qeydə alınıb.

Qeyd edək ki, ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,2 faizi paytaxtda qeydə alınıb.

19
Kişi qadına telefonda yazışmanı göstərir, arxiv şəkli

Qısqanc ər arvadını öldürdü - Daha bir dəhşətli qətl

12
(Yenilənib 23:38 23.01.2021)
1969-cu il təvəllüdlü Mirzəyev Qədirağa Ağasən oğlunun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı dəmir alətlə Yemən Mirzəyevanın baş nahiyəsinə xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

BAKI, 23 yanvar — Sputnik. Yanvarın 22-də saat 14 radələrində Cəlilabad rayonu, Uzuntəpə kənd sakini 1967-ci il təvəllüdlü Mirzəyeva Yemən Əlisahib qızının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Cəlilabad rayon prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib. Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1969-cu il təvəllüdlü Mirzəyev Qədirağa Ağasən oğlunun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı dəmir alətlə Yemən Mirzəyevanın baş nahiyəsinə xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Qədirağa Mirzəyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

12
Dəniz quldurlarının bayrağı, arxiv şəkli

Dəniz quldurları Türkiyə gəmisinə hücum edib, azərbaycanlı mühəndis öldürülüb

0
(Yenilənib 00:29 24.01.2021)
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər: "Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.

“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.

Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:

"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

0