Böyük Vətən Müharibəsi iştirakçısı Ağadadaş Səmədov

Öz ölüm xəbərini bir il sonra eşidən döyüşçü - Prezident ona sürpriz etdi?

3728
"Almanlara qarşı 3 saata qədər təkbaşıma vuruşdum. Arxa geri çəkilmək əmrinin verildiyindən xəbərim olmayıb. Orada ağır yaralandım və ölümün astanasında olarkən, batalyon komandiri silahdaşlarıma əks hücum əmrini verib"

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 3 may — Sputnik. Böyük Vətən Müharibəsində 700 minə yaxın azərbaycanlı iştirak edib. Döyüşlərdə göstərdikləri şəxsi şücaətlərinə görə 139 həmyerlimiz "Sovet İttifaqı Qəhrəmanı" fəxri adına layıq görülüb. 30 nəfər şərəf ordeni, 170 min əsgər və zabitimiz isə SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunub.

Belə veteranlarımızdan biri də 10 mart 1924-cü ildə Lənkəranın Vilvan kəndində doğulan və hal-hazırda da həmin kənddə yaşayan Səmədov Ağadadaş Əbilqasım oğludur. O, Qafqaz dağlarından Berlinədək döyüş yolu keçib.

Veteranımızın döyüş yolu haqqında məlumat əldə etmək üçün yaşadığı Vilvan kəndinə — qəhrəmanımızın yaşadığı evə getdim. Evə çatanda gəlişimdən xəbər tutan Ağadadaş kişinin sevincinin həddi-hüdudu yox idi. 92 yaşlı veteran söhbət zamanı sinəsinə medallar taxılan kostyumunu geyindi.

Hər şey cəbhə üçün, hər şey qələbə üçün

Onu Lənkəran Hərbi Komissarlığına 1942-ci ilin oktyabrın 26-da çağırıblar. Müharibə başlayan vaxt o, Lənkəran Subtropik Bitkilər Texnikumunda oxuyurmuş: "Qoşunlarımız güclü silahalanan faşist alman ordusunun qarşısını almaqda çətinlik çəkirdi. Arxa cəbhədə də vəziyyət çox ağır idi. O vaxt bir tələb var idi: "Hər şey cəbhə üçün, hər şey qələbə üçün". Sahələrdə toplanlan taxılın çox hissəsini cəhbəyə göndərirdilər. Atam Əbilqasım kişi və anam Gülbanı xanım digər kəndlilər kimi, səhər sübhdən axşam gün batana qədər tarlalarda işləyirdilər.Həmin illərdə bütün evlərdə pəncərələr o qədər dö böyük olmurdu. Kəndimizdə də şayə yayılmışdı ki, nemeslərin kəşfiyyat təyyarələri işıq gələn evləri atəşə tuturlar. Hamı lampa yandırmağa ehtiyat edirdi".

Anam Gülbanı xanım da həmişə səksəkəli yatarmış: "Mən Lənkəran Hərbi Komissarlığına bir neçə dəfə könüllü gedib müraciət etmişdim. Lakin yaşım az idi və texnikumu hələ bitirmədiyim üçün orduya aparmırdlar. Texnikumu bitirdim, 3 ay idi ki, traktor stansiyasında sahə aqranomu işləyirdim. Kəndin digər cavanları ilə bir yerdə cəbhəyə yollandııq".

Vilvandan olan həmyaşıdları — Qafur Mirzəyev, İbrahim Məhərrəmov, Canməmməd Dadaşov və Əlimirzə Səfərov da onunla bir yerdə döyüşə gedib: "Əlimirzə Səfərov müharibədən qayıtmadı. Özü də rəhmətlik Əlimirzə texnikumda mənimlə bir yerdə oxuyurdu. Rəhmətlik Əlimirzə Krasnodarda 3 gün mühasirədə qalıb orda da yaralanıb. Onu hərbi hopispitala aparmışdılar. Həmin hospital faşist təyyarələri tərəfindən bombardman ediləndə rəhmətlik binanın uçuqları altında qaldı".

İlk döyüş

A.Səmədov 77-ci atıcı diviziyası 105-ci atıcı polkun 7-ci rotasında xidmət edib. İlk iştirak etdiyi döyüş də Krasnodar ətrafında olub: "Taman yarımadasnda isə itkimiz çox oldu. İki təpə arasında qalmışdıq. Almanların quru yolunu kəsmişdik. Bizim hərbi hissəmiz bir çayı keçmək istəyəndə almanların hücumu ilə üzləşdik. Qabağa getmək mümkün deyildi, başını qaldıranı düşmən pulemyotu hədəfə alırdı. Rota komandirimiz məni çağırdı, "Sən Xəzərin sahilində böyümüsən. Xəzərin sahilində böyüyən üzməyi də bacarar" dedi və cavab verməyimi gözləmədən çayıb keçib düşməni susdurmağımı əmr etdi".

  • Böyük Vətən Müharibəsi iştirakçısı Ağadadaş Səmədov
    Böyük Vətən Müharibəsi iştirakçısı Ağadadaş Səmədov
    © Sputnik / Rahim Zakiroğlu
  • Böyük Vətən Müharibəsi iştirakçısı Ağadadaş Səmədov
    A.Səmədov 77-ci atıcı diviziyası 105-ci atıcı polkun 7-ci rotasında xidmət edib
    © Sputnik / Rahim Zakiroğlu
  • Böyük Vətən Müharibəsi iştirakçısı Ağadadaş Səmədov
    Ağadadaş Səmədov (soldan ikinci) Böyük vətən müharibəsində qələbəyə həsr edilmiş təntənəli mərasimlərin iştirakçıları arasında
    © Sputnik / Rahim Zakiroğlu
  • Böyük Vətən Müharibəsi iştirakçısı Ağadadaş Səmədov
    Ağadadaş Səmədov həyat yolunu əks etdirən fotoşəkillər
    © Sputnik / Rahim Zakiroğlu
  • Böyük Vətən Müharibəsi iştirakçısı Ağadadaş Səmədov
    Ağadadaş Səmədov Rusiya Federasiyasının hökümət başçısı D.Medvedyev və Azərbaycan Prezidenti İlham Əliyevlə
    © Sputnik / Rahim Zakiroğlu
  • Böyük Vətən Müharibəsi iştirakçısı Ağadadaş Səmədov
    Ailə üzvləri ilə
    © Sputnik / Rahim Zakiroğlu
  • Böyük Vətən Müharibəsi iştirakçısı Ağadadaş Səmədov
    Qocaman doyüşçünün sinəsini bəzəyən orden və medallar
    © Sputnik / Rahim Zakiroğlu
1 / 7
© Sputnik / Rahim Zakiroğlu
Böyük Vətən Müharibəsi iştirakçısı Ağadadaş Səmədov

O, çayı keçməyə başlayır və hiss soyuqdam barmaqlarının keyləşdiyini hiss edir: "Alman pulemyotçusu qalın qamışlıqda gizlənmişdi. O, yaxında olsa da, qamışlar onu görməyə imkan vermirdi. Mən diqqətimi onun harada olduğunu tapmağa yönəltdim və gecənin qaranlığında haradan atəş açdığını müəyyən edə bildim. Əvvəlcə karabinimlə atəş açmaq istədim, amma şaxtadan barmaqlarımı işlədə bilmədim. Nəfəsimlə barmaqlarımı isitdim və sonra qumbaranı pulemyot olan tərəfə atdım. Faşist əsgərləri pulemyotları qarışıq göyə sovruldular".

Bundan sonra sovet əsgərlərinin hərəkəti üçün yol açılıb: "Döyüşdən sonra dincəlməyin ayrı ləzzəti vardı. Döyüşdən sonra rota komandiri yanıma gəlib mənim "İgidliyə görə" medalla təltif olunduğumu dedi. Amma "İgidliyə görə" medalını müharibədən sonra — 1946-cı ildə Lənkəran Hərbi Komissarlığında mənə təqdim etdilər".

(9 oktyabr 1943-cü ildə Taman yarımadasında bir aylıq qızğın döyüşlərdən sonra atışma dayandı. Burada Sovet ordusu düşmənin təqribən 4 min əsgərini əsir aldı, təqribən 1300 top, minomyot və 92 tankını ələ keçirdi — R.M)

"Şöhrət" hissi

1944-cü ilin yayı. Həmsöhbətimizin də içərisində olduğu polk Ukraynada vuruşur: "Bredçev şəhərini almanlardan təmizləyərkən yaralandım. Sağalandan sonra məni 171-ci atıcı diviziyasının 388-ci alayına göndərdilər. Dubni ətrafında irəli gedib kiçik bir xutora çıxdıq. Xutorun axırında buğda zəmilərinə tərəf müdafiə mövqeyi qurdum. Mən pulemyotçu idim, özü də məndə Maksim pulemyotu idi. Faşistlərin buğdalıq tərəfdən gəldiyini görüb başladım atəş açmağa. Alman əsgərləri pulemyot atəşinə tab gətirməyib geri çəkildilər. Bir anlıq arxaya baxdım və bizimkilərdən heç kimi görmədim. Sən demə geriyə çəkilmək əmri verilib. Mən də irəlidə olduğumdan əmri eşitməmişəm".

O, 3 saata qədər həmin mövqedə təkbaşına vuruşub: "Hiss edirdim ki, faşist əsgərləri məni sağ ələ keçirmək istəyirlər. Batalyon komandiri, sən demə uzaqdan bütün baş verənləri müşahidə edirmiş. Orda bir dəfə də yaralandım və belə deyim ki, lap ölümün astanasında olarkən batalyon komandiri əks hücum əmrini verib. Hospitalda yatarkən 3-cü dərəcəli "Şöhrət" ordeninlə layiq görüldüyümü eşitdim. 2-ci dərəcəli "Şöhrət" ordeninə isə Qərbi Ukrayna döyüşlərində layiq görüldüm".

Visla çayı uğrunda qızğın döyüş gedir. Qəhrəmanımız burada düşmənin atəş nöqtəsini susdurmaqla əsgərlərimiz üçün yol açır: "Döyüşdə başımdan ağır yaralandım. Özümə gələndə əvvəlcə heç nə anlamadım. Başımdakı dəbilqəni çxara bilmədim. Üzqırxan ülgüclə başıma pərçim olan dəbilqəni araladım. Ətrafa baxanda tək qaldığımı gördüm. Döyüş yoldaşlarım həlak olmuşdular. Qaranlıq düşənə kimi gözlədim və sonra sürünərək meşəyə tərəf çəkildim. Meşəyə az qalmış bizim əsgərlər məni gördülər. Ordan da hospitala göndərildim və hopitalda olduğum üçün ordeni ala bilmədim".

Sağ ikən yası saxlanılıb

"1945-ci ilin 26 aprelində onun xidmət etdiyi tağımın komandiri yaralanır və tağıma rəhbərlik etmək A. Səmədova həvalə olunur: "Berlinə birinci hücum əməliyyatında iştirak etdik. Qələbəyə sayılı günlər qalırdı, mən ayağımdan yaralandım və növbəti dəfə məni hərbi hospitala göndərdilər. Ordudan isə 1945-ci il dekabrın axırlarında tərxis olundum və evə qayıtdım".

O, Krasnodarda hərbi hospitalda yatarkən, evlərinə itkin düşdüyünə dair "qara kağız" göndərilir: "Mənim üçün yas da tutulub. 40 mərasimi veriləndən sonra isə atamgilə xəbər çatıb ki, mən sağam. Mən isə bunu müharibədən sonra — 1946-cı ildə evə qayıdanda bildim".

63 ildən sonra…

Məlumat üçün bildirək ki, Ağadadaş Səmədov, Böyük Vətən Müharibəsi vaxtı layiq görüldüyü və yaralandığından ala bilmədiyi 2-ci və 3-cü dərəcəli "Şöhrət" ordenlərini 2008-ci ildə alıb. Belə ki, 2008-ci ilin iyul ayında Rusiya Federasiyasının prezidenti Dmitriy Medvedyev Bakıya səfəri zamanı Ağadadaş Səmədovla görüşüb, 63 ildən sonra Səmədovun müharibə vaxtı ala bilmədiyi ordenləri ona təqdim edib və onu Moskvaya, qələbənin 63-cü ildönümü münasibəti ilə keçiriləcək tədbirə dəvət edib. Eləcə də Rusiyada dərc olunan qəzetlərin birində "Награда нашла героя" — "Mükafat öz qəhrəmanını tapdı" adlı bir məqalə də çıxıb. Bundan əlavə, Belarus prezidenti Aleksandr Lukaşenko da 2014-cü ildə Qələbənin 64-cü il dönümündə A. Səmədova təbrik məktubu və medal göndərib.

Onu da əlavə edək ki, 1948-ci ildə A. Səmədov Fəxrəndə xanımla ailə qurub. 1988-ci ildə Fəxrəndə Səmədova vəfat edib. Ağadadaş babanın 13 övladı var. Onlardan 3-ü oğlan, 10-u qızdır. 44 nəvəsi 50-ə yaxın nəticəsi və 2 kötücəsi var.

3728
Teqlər:
Ağadadaş Səmədov, Vilvan, azərbyacanlı, Dmitri Medvedyev, sovet, Böyük Vətən Müharibəsi, İkinci Dünya Müharibəsi, Lənkəran
Əlaqədar
İkinci Dünya müharibəsində sovet və alman ordularının silahları
İkinci Dünya Müharibəsində ilk milli diviziyamız
Türkiyə ilə Rusiya arasında yeni media müharibəsi?
Müharibə mədəniyyəti
Stratfor: Dünyada 3 müharibə gözlənilir
Suriyada müharibə qızışır: NATO qırıcılarını bu ölkəyə göndərir
Rəssamın rəngləri və fırçaları, arxiv şəkli

Adi karandaşla canlı kimi görünən qəhrəmanlarımız: bunlar 14 yaşlı uşağın əl işidir - FOTO

17
(Yenilənib 23:32 16.01.2021)
Yardımlıdan olan yeniyetmə Vətən müharibəsi şəhidlərinin portretlərini sadə karandaşla yaradır. O inanır ki, gələcəkdə məşhur fırça ustası olacaq

BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.

© Photo : Courtesy of Samed Iskenderli
Səməd İskəndərli

Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın. 

Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq. 

17
Teqlər:
Yardımlı, yeniyetmə, rəssam, Qarabağ
Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət
Qanda qlükozanın miqdarının yoxlanılması

Şəkərlə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar

8
(Yenilənib 23:07 16.01.2021)
"Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".

BAKI, 16 yanvar — Sputnik. "Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Virtual Diabet Məktəbi" layihəsi üzrə Anlaşma Memorandumunun imzalanması mərasimində deyib. O bildirib ki, diabetlə əlaqəli fəsadlaşmaların sayının artması universal tibbi təminat baxımından dövlət büdcəsinə ağır maliyyə yükü yaradır:

"İlkin profilaktik tədbirləri və əhali arasında maarifləndirməni gücləndirməklə xəstəliklə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar. Bu baxımdan Anlaşma Memorandumu mənfi tendensiyanı müsbətə doğru çevirməkdə yeni imkanlar açır".

Agentliyin İdarə Heyətinin sədri deyib ki, hər il dünyada ölümlərin 11.3%-i şəkərli diabetlə bağlı olur.

8