Fazil Mustafa

"Ordudan yayınmaq üçün illərlə eyni kursda qalırlar"

29
Fazil Mustafa: "Türkiyənin bir neçə universitetində 300 azərbaycanlı tələbə təhsil alır. Bunun 280-ni 1-ci kursdan yuxarı 5 ildir ki, keçmir. Kimsə soruşmur ki, ay bala, 10 ildir sən Türkiyədə nə işlə məşğulsan?"

BAKI, 29 apr-Sputnik. "Ordumuzun son uğurlu əməliyyatlarında ən çox diqqət çəkən məsələlərdən biri bu oldu ki, gərgin situasiyada Azərbaycan ordusunda bir nəfər də olsun fərari olmadı. Bu, insanların orduya olan münasibətinin bir bariz göstəricisidir".

Sputnik xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclasında millət vəkili Fazil Mustafa deyib. Onun sözlərinə görə, fərarilik təkcə orduda xidmət edərək oradan yayınmaq deyil, həm də orduda xidmətdən bu və ya digər formada yayınmaqdır.

"Bu gün Türkiyədə, Ukraynada və bir çox yerlərdə çox sayda azərbaycanlılar təhsil alırlar. Məsələn, Türkiyənin bir neçə universitetində 300 azərbaycanlı tələbə təhsil alır. Bunun 280-ni 1-ci kursdan yuxarı 5 ildir ki, keçmir. Ordudan, əsgərlikdən yayınmaq üçün xeyli insanlar bu vasitəyə əl atıblar", — deputat deyib.

F. Mustafa qeyd edib ki, bizim təhsil sistemimizdə bu məsələyə yenidən baxılmalıdır: "Onsuz da universitetlərimizin xeyli hissəsi bilik yox, diplom verməklə məşğuldur. Universitetə qəbul sistemini asanlaşdırmaq lazımdır ki, bu pul xaricə axmasın. Qoy burada təhsil alsınlar. Eybi yox, qoy burada 1-ci kursda 5 il qalsınlar. Həmən pulu Azərbaycan dövlətinə ödəsinlər".

"Çox sayda insan kənarda təhsil üsulundan istifadə edərək orduda xidmətdən yayınma taktikasını özlərinə məqbul sayır. Kimsə soruşmur ki, ay bala, 10 ildir sən Türkiyədə nə işlə məşğulsan? Niyə gəlib Vətənində orduda xidmət etmirsən? Bu məsələyə diqqət ayırmağı təklif edirəm", — millət vəkili vurğulayıb.

29
Teqlər:
millət vəkili, Fazil Mustafa, Ukrayna, Türkiyə, Milli Məclis, əsgər, ordu
Əlaqədar
Bir-biri ilə çəkişən müsəlman ölkələri Azərbaycana nə verə bilər?
"Azərbaycan əraziləri hesabına vətən qurula bilməz"
"Ermənistan situasiya ilə manipulyasiya edir"
Ağdamın sərhəd kəndlərində həyat sakit axara düşüb
"Beynəlxalq təşkilatlar Ermənistana qarşı ciddi addımlar atmalıdır"
Parlamentin plenar iclası keçirilir
Saytda qeydiyyat

Şəxslərin müraciətləri əsasında icazələrin aktivləşdirilməsi davam edir

2
Xüsusi karantin rejimi tətbiq edilən dövrdə fəaliyyətinə icazə verilən, lakin "icaze.e-gov.az" portalında qeydiyyatdan keçə bilməyən sahibkarlıq subyektləri onlayn kargüzarlıq vasitəsilə Dövlət Vergi Xidmətinə müraciət edə bilərlər

BAKI, 7 iyul — Sputnik. Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarı ilə fəaliyyətinə icazə verilən sahələr üzrə hüquqi və fiziki şəxslərin müraciətləri əsasında icazələrin aktivləşdirilməsi davam edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə daxil olan müraciətlər təxirə salınmadan araşdırılır və əsaslı müraciətlər üzrə vergi ödəyicilərinin "icaze.e-gov.az" portalında qeydiyyatdan keçməsinin mümkünlüyü barədə məlumat dərhal Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ("ASAN xidmət"ə) göndərilir. Bu barədə Nazirlikdən Sputnik Azərbaycan-a məlumat verilib.

Aparılmış araşdırmalar nəticəsində əvvəllər icazəsi olmuş, sonradan isə icazələrin verilməsi məhdudlaşdırılmış bir sıra hüquqi və fiziki şəxslərin müraciətləri əsasında onların vergi orqanlarının məlumat bazasında olan fəaliyyət istiqamətləri və təsnifat kodları ilə bağlı məlumatları yenidən dəqiqləşdirilib, uçot baza məlumatları yenidən işlənib, belə işəgötürənlərin və əlavə fəaliyyət istiqamətləri icazə verilən sahələrə daxil olan bir sıra hüquqi və fiziki şəxslərin işçilərinin sayına uyğun olaraq yol verilən limitlər çərçivəsində icazələrin aktivləşdirilməsi həyata keçirilib.

Bununla əlaqədar, hüquqi və fiziki şəxslərdən "icaze.e-gov.az" portalında icazələrinin aktivləşdirilməsini yenidən yoxlaması tövsiyə olunur.

Xüsusi karantin rejimi tətbiq edilən dövrdə fəaliyyətinə icazə verilən, lakin "icaze.e-gov.az" portalında qeydiyyatdan keçə bilməyən sahibkarlıq subyektləri onlayn kargüzarlıq vasitəsilə Dövlət Vergi Xidmətinə müraciət edə bilərlər.

İqtisadiyyat Nazirliyi bir daha bildirir ki, hüquqi və fiziki şəxslərə icazələr Nazirlər Kabinetinin qəbul etdiyi müvafiq qərara əsasən fəaliyyətinə icazə verilən sahələr üzrə aktivləşdirilir, yeni icazələrin alınması ilə bağlı yaranan məsələlərin həlli real vaxt rejimində aparılır və hazırda sistemin aktiv fəaliyyətinin təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə iş aparılır.

2
Tibb işçisi Dövlət Gömrük Komitəsinin hospitalında, arxiv şəkli

Bu əsl faciədir - ATU-da 57 həkim koronavirusa yoluxub

1224
(Yenilənib 11:51 07.07.2020)
"Müalicədə olan həkimlərimizin 6-nın vəziyyəti ağır, 15-i orta ağır, digər 6-nın vəziyyəti isə yüngüldür. Xoşbəxtlikdən həkimlərimiz arasında ölüm faktı qeydə alınmayıb" - Günel Aslan

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 7 iyul — Sputnik. Son iki həftə ərzində Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında çalışan həkimlərdən 33-ü koronavirusa yoluxub. Bu barədə ATU-nun mətbuat katibi Günel Aslanova Sputnik Azərbaycan-a açıqlamasında deyib. O bildirib ki, artıq həmin həkimlərdən 6-sı sağalaraq evə buraxılıb və digər 27 həkimin müalicəsi davam edir: "Müalicədə olan həkimlərimizin 6-nın vəziyyəti ağır, 15-i orta ağır, digər 6-nın vəziyyəti isə yüngüldür".

"Bilirsiniz, hazırda xəstə sayı çoxdur və həkimlərimiz gücləndirilmiş iş rejimində çalışırlar. Onlaırn hər bir qorunma vasitələri var. Lakin bu gərgin rejimdə istər-istəməz immunitet düşür. Xoşbəxtlikdən həkimlərimiz arasında ölüm faktı qeydə alınmayıb", - deyə mətbuat katibi bildirib.

Bundan başqa G.Aslanova bildirib ki, ATU-nun Tədris-Terapevtik Klinikası da COVİD-19 xəstələrinin müalicəsi üçün ayrılıb və burada çalışan 24 həkim arasında da yoluxma faktı qeydə alınıb.

1224
Moskvada COVID-19 hospitalı, arxiv şəkli

Rusiyada bir gündə 200-ə yaxın şəxs koronavirusdan öldü

0
Rusiyada pandemiya yayılandan 10494 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 9551 nəfər olub.

BAKI, 7 iyul — Sputnik. Bir sutka ərzində Rusiyada 6358 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 198 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 694230-a çatıb. Rusiyada pandemiya yayılandan 10494 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 9551 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 463880-ə keçib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 11,6 milyonu keçib, 538 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0
Teqlər:
yoluxma, Vəfat, Rusiya, COVID-19, Koronavirus