Qusarın Laza kəndində şəlalə

Bu gözəlliyi görmək üçün iki göz azdır...

1201
(Yenilənib 12:33 28.04.2016)
Heyrətamiz təbiət gözəlliyi, Azərbaycanın şimal rayonlarından biri olan Qusarın Laza kəndində lentə alınıb. Qafqaz sıra dağlarının şimal-şərqində, dəniz səviyyəsindən 4242 m hündürlükdə yerləşən "Şah yaylaq" dağının ətəyində.

BAKI, 28 apr — Sputnik. Hər bir əsərin öz müəllifi var. Bəzən və bir çox hallarda müəllifləri üslublarından tanımaq olur. Təbiətin müəllifi isə uca Tanrıdır.

Təbiətin hər zərrəsində bir gözəllik var, hər gözəllikdə isə Yaradanın qüdrətini görməmək mümkün deyil. Bəzən də bu qüdrəti tam dərk etmək olmur, tam dərk etmək qüdrətində deyilik…

Gördüyünüz bu heyrətamiz təbiət gözəlliyi, Azərbaycanın şimal rayonlarından biri olan Qusarın Laza kəndində lentə alınıb. Qafqaz sıra dağlarının şimal-şərqində, dəniz səviyyəsindən 4242 m hündürlükdə yerləşən Şahdağ yüksəkliyinin "Şah yaylaq" dağının ətəyində yerləşir.

Laza kəndi Baş Qafqaz sıra dağlarından keçən Böyük Qafqazın cənub-qərbinə və şimal-qərbinə gedən karvan yolu üzərində (Kurve pereval), dəniz səviyyəsindən 1300 m yüksəklikdə olan dağ çökəkliyində yerləşir. Kəndi gözəl mənzərə əhatə edir, qayalıqlardan çoxlu şəlalələr axır.

Kənddə etnoqrafik ləzgilər yaşayır. Onların ulu babaları Azərbaycanın ərazisində ən qədim dövlət olan qədim Albaniya ilə bağlı olan leqlər olub. Hələ antik dövr müəlliflərinin əsərlərində Azərbaycanın şimal hissəsində yaşayan qafqazdilli tayfalar haqqında qeyd olunmuşdu ki, bunlardan müasir ləzgilərin əcdadları sayılan, leqlər haqqında da söhbət açılır.

© Sputnik / Şahpəri Abbasova
Təbiət ən gözəl rəssamdır

Son tarixi araşdırmalar nəticəsində aydın olub ki, leqlərin əsas etnik əraziləri müasir Dağstanın cənubunda, Samur çayın sol sahilində mövcud olub. Lakin yüzilliklər ərzində, ləzgi tayfalarının bir hissəsi tədricən cənuba doğru, dağətəyi və xəzəryani zonalara hərəkət etmişlər. Bu kimi vəziyyət ləzgilərdə XX əsrə qədər saxlanılıb.

Qeyd etmək lazımdır ki, ləzgi xalqının tarixi müqəddəratı Azərbaycan və Azərbaycan türkləri ilə tam bağlıdır. Hələ ərəb və fars işğalları zamanı və həmçinin Azərbaycanda mövcud olmuş müstəqil feodal dövlətləri zamanı ləzgilər azərbaycanlılarla və digər xalqlarla birlikdə inidiki yerləşdikləri Azərbaycan ərazisində yaşayırdılar.

Kəndin sakinləri adi dağ həyatı yaşayırlar. Əhali ev təsərrüfatı ilə, quşçuluq, iri və xırda buynuzlu heyvandarlıqla məşğul olur. Yayda sürülərini "Şah Yaylaq" və "Şah Nabat" kimi yüksək dağ otlaqlarına sürürlər.

Öz aralarında doğma ləzgi dilində danışırlar. Ləzgi dili Dağıstan qrupunun Qafqaz dillərinə daxildir və bunun üçün xalqın yüksək mənəvi mədəniyyəti formalaşıb. Qonaqlarla isə sərbəst Azərbaycan dilində danışırlar.

1201
Teqlər:
"Şah yaylaq", Qafqaz dağları, Qusar, Laza kəndi, mənzərə, təbiət
Əlaqədar
Təbiətin ağ ciyərlərini belə məhv edirlər
Səhrada cənnət: burada insan təbiəti idarə edir
Gecə təbiət möcüzəsi baş verdi
Ölkənin ikinci böyük şəhərində "gözəllik qurbanları"
Gözəlliyi ilə göz oxşayan Göygöl
1 dəqiqədə 100 illik gözəllik: Azərbaycan