Azərbaycan Respublikasının Müdafiə Nazirliyi

Azərbaycan Ordusunun itki verdiyi barədə səs yazısı saxtadır

293
(Yenilənib 12:32 27.04.2016)
MN: Bu səs yazıları Ermənistanın hərbi kriminal rəhbərliyinin xəstə təxəyyülünün məhsuludur.

BAKI, 27 aprel-Sputnik. Ermənilərin yaydığı guya bizim itki verməyimizlə bağlı telefon danışıqlarından ibarət səs yazısı saxtadır.

Sputnik-in məlumatına görə, bunu Azərbaycan Müdafiə Nazirliyi ermənilərin yaydığı telefon danışıqlarını özündə əks etdirən audio yazıya münasibət bildirərkən açıqlayıb.

Nazirliyin mətbuat xidmətinin rəsmi facebook səhifəsindəki açıqlamada deyilir: "Ermənilərin yaydığı guya bizim itki verməyimizlə bağlı telefon danışıqlarından ibarət səs yazısı saxtadır. Onlar həmin saxta səs yazılarını artıq neçənci dəfədir dövriyyəyə buraxırlar. Bu səs yazıları Ermənistanın hərbi kriminal rəhbərliyinin xəstə təxəyyülünün məhsuludur. Azərbaycan tərəfi heç bir itki verməyib və bu barədə düşmən tərəfinin yaydığı məlumatlar kökündən yalandır."

MN bildirib ki, hazırda təmas xəttində vəziyyət stabildir və Azərbaycan Ordusu əməliyyat şəraitinə tam nəzarət edir.

293