Stalinin Qax rayonunun Əlibəyli kəndindəki heykəli

Stalinin hələ "yaşadığı" yeganə kənd - bura Azərbaycandır

3620
(Yenilənib 13:20 22.04.2016)
Sovet hökuməti dağıldıqdan sonra onun liderlərinin də heykəlləri dağıdıldı. Lakin Qax rayonunun Əlibəyli kəndində və "Qax gürcü" məktəbinin həyətində Stalinin XX əsrin 50-ci illərində qoyulmuş heykəlləri bu günədək qorunub saxlanılıb.

Şahpəri ABBASOVA, Sputnik Azərbaycan

BAKI, 21 apr — Sputnik. Allahın olmadığını iddia edən cəmiyyətlərdə kütlələr yeni bir "Allah" axtarır, onu tapır, ya da yaradır, bütləşdirir və qarşısında itaət edirlər. SSRİ-nin qurucularından biri, sovet imperiyasının ən uzunmüddətli rəhbəri, İosif Cuğaşvili, yəni İosif Stalin də çoxmilyonlu ölkə əhalisinin qarşısında itaət etdiyi yer "Tanrı"sı idi.

İnsanı mühit yetişdirir deyirlər. Stalinin həyatına nəzər salsaq, onun nə üçün bu qədər "qəddar" olmasına cavab tapa bilərik. Rəsmi versiyaya görə, İosif Vissarionoviç Cuğaşvili 1879-cu ilin 21 dekabrında (bəzi sənədlərə görə isə 1878-ci ilin 18 dekabrında) Qoridə, çəkməçi ailəsində dünyaya gəlib. Sonralar qızı Svetlana xatirələrində qeyd edirdi ki, Cuğaşvili ailəsində ümumilikdə 8 uşaq dünyaya göz açıb. Lakin onlardan yalnız Stalin sağ qalıb.

Stalinin atası Vissarion içkiyə qurşanmışdı. Hər gün spirtli içki içən çəkməçi evə gəlib arvadını, bəzən də oğlunu döyürdü. Balaca Soso (uşaqlıqda onu "Soso" adı ilə çağırardılar) hərdən anasının müdafiəsinə qalxır, onun tərəfini saxlayırdı. O, hətta buna görə atasına bıçaq da atmışdı.

Sovet təbliğatı Stalinin ətrafında yarı-ilahi "böyük rəhbər" siması yaratmışdı. Stalin və onun ətrafının adları şəhərlərə, zavodlara, kolxozlara, hərbi texnikalara verilirdi. Onun adı Marks, Engels və Leninlə birlikdə çəkilirdi. Haqqında mahnılar bəstələnirdi və hətta adı SSRİ-nin 1944-cü il himninin mətninə də salınmışdı.

Şəxsiyyətə pərəstiş tənqid edildikdən sonra məşhur yazıçı Şoloxov Stalin şəxsiyyətinə pərəstiş haqqında belə demişdi: "Hə, həqiqətən də pərəstiş var idi… Amma şəxsiyyət də var idi!".

Şəxsiyyətə pərəstiş dövründə bütün Sovet ölkələrində olduğu kimi, Azərbaycanda da Stalinin heykəlləri yaradılmışdı. Sovet hökuməti dağıldıqdan sonra elə onların liderlərinin də heykəlləri dağıdıldı.

Lakin Qax rayonunun Əlibəyli kəndində və "Qax gürcü" məktəbinin həyətində Stalinin XX əsrin 50-ci illərində qoyulmuş heykəlləri bu günədək qorunub saxlanılıb. Əlibəyli kənd sakini, tarixçi Giqa Canaşivili Stalinin heykəlinin indiyədək qorunmasının səbəbləri haqda Sputnik-ə maraqlı açıqlamalar verib.

"Bəli, Stalin diktator, qaniçən olub. O, təkcə başqa millətləri yox, eləcə də öz millətini əsarətdə saxlamaq, öz əqidəsinə tabe etdirmək məqsədilə gürcü xalqının öndə gedən ziyalı təbəqəsini repressiyaya məruz qoyub. Amma bu tarixdir. Tarixi isə qorumalıyıq. Qorumalıyıq ki, bizdən sonra gələnlər bu heykəli görüb heç olmasa, onun haqqında maraqlansınlar", —deyə tarixçi bildirib.

G. Canaşivilinin sözlərinə görə, onsuz da müasir gənclərimizin oxumağa, tariximizi öyrənməyə həvəsləri yoxdur: "Ümumiyyətlə, hansı dövrdə yaşamağımızdan asılı olmayaraq, abidələrin, heykəllərin dağıdılasının əleyhinəyəm".

  • Stalinin Qax rayonunun Əlibəyli kəndindəki heykəli
    Stalinin Qax rayonunun Əlibəyli kəndindəki heykəli
    © Sputnik / Shahperi Abbasova
  • Gürcü publisist İlya Çavçavadzenin büstü
    Gürcü publisist İlya Çavçavadzenin büstü
    © Sputnik / Shahperi Abbasova
  • İlya Qriqoryeviç Çavçavadze XIX əsrdə Gürcüstanda milli-azadlıq hərəkatının ideyalarını ifadə edən şəxlərdən olub
    İlya Qriqoryeviç Çavçavadze XIX əsrdə Gürcüstanda milli-azadlıq hərəkatının ideyalarını ifadə edən şəxlərdən olub
    © Sputnik / Shahperi Abbasova
  • Əlibəyli kəndinin Qax gürcü məktəbinin həyətindəki barelyef
    Əlibəyli kəndinin "Qax gürcü" məktəbinin həyətindəki barelyef
    © Sputnik / Shahperi Abbasova
  • Barelyef
    Barelyef
    © Sputnik / Shahperi Abbasova
1 / 5
© Sputnik / Shahperi Abbasova
Stalinin Qax rayonunun Əlibəyli kəndindəki heykəli

Onun fikrincə, Stalinin abidələrinin bu günə qədər saxlanmasının əsas səbəbi Azərbaycan azsaylı xalqlara olan hörmətdən irəli gəlir: "Azərbaycanda azsaylı xalqlara və etnik qruplara boyük hörmət qoyulur. Hamı bilir ki, gürcü xalqının Stalinlə bağlı həssaslığı var. Yerli gürcüləri mənəvi cəhətdən incitmək istəmədikləri üçün Stalinin heykəlləri qorunur. Bəlkə də, düşünürlər ki, əgər Stalinin heykəllərini yıxsalar, biz gürcülər bunu özümüzə qarşı səhv hərəkət kimi qiymətləndirəcəyik".

Gürcü tarixçi onu da qeyd edib ki, Stalinin heykəllərinin qorunmasının turistik baxımdan da əhəmiyyəti var: "Hər halda bizim kəndə gələn əcnəbilər Stalinin heykəlini gördükdə təəccüblənirlər. Azərbaycanın ucqar bir kəndində 20-ci əsrin ən böyük diktatorunun abidəsinin qorunması onlar üçün əsl sürpriz olur. Onlar həvəslə bu heykəlin qarşısında xatirə şəkli çəkdirirlər".

Qeyd edək ki, sözügedən kənddə Stalinlə yanaşı, gürcü publisist İlya Çavçavadzenin büstü, müxtəlif insan formalarının təsvir olunduğu barelyef və Böyük Vətən Müharibəsində iştirak edən əsgərlərin barelyefi də indiyədək qorunub saxlanılır.

Bax, belə. Bir zamanlar böyük bir ziyalı ordusunu məhv etmiş diktator bu kənddə hələ də "yaşayır". Buna tarixin ədalətsizliyi də demək olar…

3620
Teqlər:
SSRİ, heykəl, Qax, Stalin, Sovet, İosif Cuğaşvili, 'böyük rəhbər', Əlibəyli, Giqa Canaşivili
Əlaqədar
Stalin geri qayıdır
"Avropanın sonuncu diktatoru"na qarşı sanksiyalar dayandırıla bilər
Sirli ziyarətgah: onu böyük daşqından kim qorudu?
Ağacları danışdıran adam: o, sonuncu "mogikan"dır...
Sonuncu xanın Zaqafqaziya gözəlinə son hədiyyəsi - bənzəri yoxdur
Təhsil naziri Emin Əmrullayev

Təhsil naziri narazı müəllimlərə cavab verdi

4
(Yenilənib 19:08 04.08.2021)
Emin Əmrullayev deyib ki, 30 baldan aşağı bal toplayan müəllimlər müəllim kimi işə qəbul olunmur. Müəllim əgər 30 baldan yuxarı toplayıbsa o, prinsipcə müəllim işləyə bilər.

BAKI, 4 avqust — Sputnik. Təhsil naziri Emin Əmrullayev özünün sosial şəbəkə hesabında Müəllimlərin İşə Qəbul İmtahanın ədalətsiz keçirilməsi ilə bağlı ittihamlara cavab verib. Sputnik Azərbaycan-ın məlumatına görə, nazir bildirib ki, namizədlər riyaziyyat və ingilis dili ixtisasları üzrə MİQ imtahanlarının çətinliyindən şikayətlənməkdə müəyyən qədər haqlıdırlar.

"Suallar çətin olub, amma imtahanlar ədalətsiz olmayıb. MİQ imtahanlarında ibtidai sinif üzrə 3 920 müəllim 41-60 bal aralığında nəticə göstərib. Ümumilikdə 402 nəfər 56-60 bal yığdığından onlar arasında rəqabət yaranacaq. Riyaziyyat fənni üzrə isə 3 nəfər 56-60 bal yığıb, amma ingilis dili fənni üzrə heç bir namizəd bu nəticəni göstərə bilməyib. Bu o demək deyil ki, həmin fənn müəllimlərinin biliyi zəifdir. Bütün bunlar ilkin nəticələrdir. Riyzaiyyat fənni müəllimləri başa düşməlidirlər ki, suallar çətin olsa da, imtahanlar ədalətsiz təşkil olunmayıb", - deyə nazir bildirib.

E.Əmrullayev onu da bildirib ki, 30 baldan aşağı bal toplayan müəllimlər müəllim kimi işə qəbul olunmur.

"Müəllim əgər 30 baldan yuxarı toplayıbsa o, prinsipcə müəllim işləyə bilər", - deyə nazir vurğulayıb. 

Nazir imtahan vaxtının uzadılması ilə bağlı təkliflərin dəyərləndiriləcəyini, müddətin artırılmasının mümkün olduğunu söyləyib və məktəblərdə vakant yerlərin gizlədilməsindən də danışıb. Onun sözlərinə görə, əgər kimdəsə belə fakt varsa nazirliyə müraciət edə bilər.

"Bu barədə bəzən media da yazır. Amma məktəbin adını qeyd etmir. Əgər düşünürsünüzsə ki, hansısa məktəblərdə vakant yerlər gizlədilib, bu barədə bizə məlumat verin. Məktəblərin adını qeyd edin, araşdıraq", - deyə nazir söyləyib.

Eləcə də oxuyun:

4
Teqlər:
nazir, təhsil, müəllim, məktəb, imtahan
Milli Televiziya və Radio Şurası

MTRŞ müsabiqənin nəticələrini açıqlayıb, heç bir iddiaçıya lisenziya verilməyib

7
(Yenilənib 18:55 04.08.2021)
Şuranın iclasında aparılan müzakirələrdə müəyyən edilib ki, bəzi iddiaçıların təqdim etdiyi sənədlərdə göstərilmiş texniki və yaradıcılıq imkanları, o cümlədən, kadr potensialı barədə məlumatlar yerində baxış zamanı öz təsdiqini tapmır.

BAKI, 4 avqust - Sputnik. Bu gün Milli Televiziya və Radio Şurasının təhsil və elmi-maarifləndirici ümumrespublika televiziya kanalının açılması üçün elan etdiyi müsabiqəyə yekun vurulub.

Bu barədə MTRŞ-dan bildirilib.

Məlumata görə, Milli Televiziya və Radio Şurasının 2021-ci il iyunun 7-dən iyulun 7-dək ixtisaslaşmış (təhsil və elmi-maarifləndirici) ümumrespublika televiziya kanalının açılması ilə bağlı (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci TV yayım kanalı, HD yayım üçün 34-cü TV yayım kanalı) elan etdiyi müsabiqə üçün 6 iddiaçı (“APA Mark” MMC, “Təhsil TV” MMC, “Balans Studiyası” MMC, “İNS ÇM” MMC, “İsti Press” MMC və “Medical Media” MMC) sənədlərini təqdim edib.

Həmin sənədləri araşdırmaq, həmçinin, iddiaçıların məkanında baxış keçirərək sənədlər üzrə tədqim olumuş məlumatların həqiqətə uyğunluğunu yoxlamaq, habelə ümumilkə televiziya kanalının açılması üçün zəruri iqtisadi, texniki, yaradıcı və kadr potensialının mövcudluğunu öyrənmək məqsədilə Şura tərəfindən müsabiqə komissiyası təşkil olunub. Müsabiqə komissiyası həm sənədlərlə tanışlığın, həm də yerində baxışın nəticəsi ilə bağlı Şuraya hər bir iddiaçı barədə arayış təqdim edib.

Milli Televiziya və Radio Şurasının iclasında təqdim olunmuş arayışlar əsasında geniş müzakirələr aparılıb. Müəyyən edilib ki, bəzi iddiaçıların təqdim etdiyi sənədlərdə göstərilmiş texniki və yaradıcılıq imkanları, o cümlədən, kadr potensialı barədə məlumatlar yerində baxış zamanı öz təsdiqini tapmır, bəzi iddiaçılarda yayım üzrə təqdim olunmuş proqram konsepsiyası müsabiqə şərtlərinə (ixtisaslaşma sahəsinə) uyğun gəlmir, bəzi iddiaçılarda isə ümumilkə televziya yayımının təşkil olunması üçün texniki-iqtisadi göstəricilər qənaətbəxş deyil. Bununla da Şura heç bir iddiaçıda təhsil, elm və maarifləndirmə janrlı ümumölkə televiziya kanalının fəaliyyəti üçün müvafiq potensialın olmadığı qənaətinə gəlib.

Milli Televiziya və Radio Şurası qeyd olunanları nəzərə alaraq, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ nömrəli Qanununun 18.4.1-ci maddəsini, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 saylı Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 8.6-cı bəndini rəhbər tutaraq müsabiqənin yekunlarına görə qalib seçilmədiyi üçün iddiaçılara xüsusi razılıq (lisenziya) verilməsindən imtina olunması barədə qərar qəbul edib.

Həmçinin oxuyun:

MTRŞ-yə yeni üzv təyin olundu - Onu "Qulp"dan tanıyırıq

MTRŞ-nın yeni cəzası effekt verir - Telekanallar artıq qanunları poza bilməyəcəklər

7