Areq Qalstyan, Ermənistanın energetika və təbii resurslar naziri

"Ermənistanın elektronları Azərbaycanın şəbəkəsindən keçə bilər"

21
(Yenilənib 12:44 14.04.2016)
Ermənistanın nazir müavini: "Azərbaycan hökumətinin İrəvan görüşündə təmsil olunmaması və sənədləri imzalamaması o demək deyil ki, bu ölkə regional proqramdan kənarda qalacaq"

BAKI, 14 apr — Sputnik. Ermənistan, Gürcüstan, İran və Rusiyanın energetika nazirləri, ilk olaraq ötən ilin dekabrında elektrik enerjisinin qarşılıqlı ötürülməsinin səviyyəsinin yüksəldilməsi, enerji sisteminin etibarlılığının və təhlükəsizliyinin təmin olunması məqsədilə dördtərəfli memorandum imzalayıblar. Ondan sonra daha bir görüş Ermənistanda olub, növbətisi isə Gürcüstanda keçiriləcək.

Dörd iştirakçı dövlətdən yalnız Gürcüstan danışıqlarda nazir müavini səviyyəsində təmsil olunub. Ermənistanın energetika və təbii sərvətlər nazirinin müavini Areq Qalstyan deyib ki, rəsmi Gürcüstan energetika nazirinin bu hərəkətini onun ölkədəki siyasi qüvvələrdən birinin seçkiqabağı kampaniyasının rəhbəri olması ilə izah edib.

Azərbaycanın bu regional proqramda iştirakına gəlincə, erməni nazir müavini deyib ki, Azərbaycan hökumətinin İrəvan görüşündə təmsil olunmaması və sənədləri imzalamaması o demək deyil ki, bu ölkə regional proqramdan kənarda qalacaq: "Rusiya, İran və Azərbaycan paralel danışıqlar aparır. Bu danışıqların nə ilə bitəcəyini qabaqcadan demək çətindir, amma mən çox nikbinəm".

"Burada qısqanclıq səhnəsi təşkil etmək istəmirəm, amma istisna olunmur ki, bizim elektronlarımız Azərbaycan şəbəkəsindən keçsin", — deyə Qalstyan bildirib.

Rusiyanın regional layihələrdəki rolunu müsbət qiymətləndirən Qalstyan qeyd edib ki, RF bu gün hətta Gürcüstanla da işləyir: "Bu əməkdaşlıq hətta 2008-ci il böhranı zamanı belə dayandırılmayıb. Rusiya onda da Gürcüstanın elektrik enerjisi ilə təchizatını davam etdirirdi".

Nazir müavini əlavə edib ki, elektrikötürücü xətlər hələ sovet vaxtı mövcud idi: "Lakin daha aşağı ötürücülük qabiliyyətinə malik idi, eyni zamanda modernləşdirməyə ehtiyac duyulurdu".

Qalstyanın sözlərinə görə, Rusiya və Gürcüstan, gücü 800 kVt olan "Kazbek-Mozdok" elektrikötürücü xəttini qurmaq istiqamətində danışıqlar mərhələsindədir: "Yeni xətt Ermənistandan şimal istiqamətində elektrik enerjisinin nəqlini 1000 MVt-a qədər artırmağı tələb edir".

21
Teqlər:
regional layihə, energetika, Gürcüstan, İran, Ermənistan, Rusiya, Azərbaycan
Əlaqədar
Yaponiyada bambukla işləyən elektrostansiya tikiləcək
"Elektrik üsyanı"nın nəticəsi: ruslar bizneslərini ermənilərə satırlar
“Elektron Hökumət” portalına daxil olanların sayı 2 milyona yaxınlaşır
İlham Əliyev Bakıya gətirilən yeni elektrik qatarı ilə tanış olub