Xəzər dənizi yuxarıdan görünüş

Azərbaycan, Gürcüstan Qazaxıstan konsorsium yaratdı

55
(Yenilənib 23:50 13.04.2016)
Bakıda Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun yaradılması haqqında müqavilə imzalanıb. Azərbaycan Konsorsiumun Müşahidə Şurasının sədri seçilib.

BAKI, 13 apr — Sputnik. Bakıda Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun yaradılması haqqında müqavilə imzalanıb. Azərbaycan Konsorsiumun Müşahidə Şurasının sədri seçilib.

Sputnik "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, Bakıda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun operator şirkətlərinin yığıncağı keçirilib və Azərbaycandan "ADY Express" MMC və "ACSC Logistics" MMC, Qazaxıstandan "KTZ Express" AC, Gürcüstandan "Trans Qafqasus Terminals" MMC Konsorsiuma üzv kimi daxil olub.

Yığıncaqda Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun idarəetmə strukturu, Müşahidə Şurasının yaradılması və Şuraya sədr seçilməsi məsələləri də müzakirə olunub. Aparılan danışıqlar nəticəsində Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun Müşahidə Şurasının yaradılması haqda qərar qəbul olunub. Müşahidə Şurasına, konsorsiuma daxil olan hər üzv şirkətindən bir nümayəndə daxil olub.

Müşahidə Şurası formalaşandan sonra, şuraya sədr seçilib. Bu vəzifəyə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini İqbal Hüseynov seçilib. Yığıncağın sonunda tərəflər arasında protokol imzalanıb. Eyni zamanı qərara alınıb ki, marşrut üzrə yük qatarlarının hərəkət cədvəli may ayında müəyyən ediləcək.

Qeyd edək ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə hərəkət edən "Nomad Ekspress" blok qatarı orta hesabla 10-12 günə Çindən Avropaya yükləri çatdırır. Bu da nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi yekunlaşdıqdan sonra Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yükötürmə qabiliyyəti artacaq və çatdırılma vaxtı qısalacaq.

55
Teqlər:
Beynəlxalq Nəqliyyat Marşrutu, "Azərbaycan Dəmir Yolları", Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumu, Müşahidə Şurası
Əlaqədar
Nəqliyyat Nazirliyinin daha bir səlahiyyəti alındı
“Azəryolservis” ASC Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarıldı
Rusiya Transxəzər qaz kəməri ilə bağlı xəbərdarlıq etdi
Milli Məclisin deputatları Qazaxıstanda seçkiləri müşahidə edəcəklər
Azərbaycan və Qazaxıstan prezidentləri arasında telefon danışığı olub
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda koronavirusdan ölüm yoluxma rekord həddə çatdı

0
34 nəfər COVID-19-dan vəfat edib. Ölkədə son sutka ərzində 14358, hazırkı dövrədək isə 1631597 test aparılıb

BAKI, 24 noyabr — Sputnik. Azərbaycanda koronavirusa (COVID-19) 3646 yeni yoluxma faktı qeydə alınıb, 1259 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Sputnik Azərbaycan-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, 34 nəfər COVID-19-dan vəfat edib. Aktiv xəstə sayı 31999 nəfərdir. Ölkədə son sutka ərzində 14358, hazırkı dövrədək isə 1631597 test aparılıb.

Ümumi ölənlərin sayı 1194 nəfərdir. Ümumi yoluxanların sayı 98927 nəfər, ümumi sağalanların sayı 65734 nəfərdir.

0
Teqlər:
rekord, ölənlər, yoluxma, Koronavirus, COVID-19, epidemiya, Azərbaycan
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli

Putin: "Ən böyük qazancımız qan tökülməsini dayandırmaq oldu"

0
(Yenilənib 17:15 24.11.2020)
Rusiya prezidenti ölkəsinin Dağlıq Qarabağdakı vəziyyətin normallaşmasında vasitəçilik üçün xeyli səy göstərdiyini bildirib.

BAKI, 24 noyabr — Sputnik. Rusiya Dağlıq Qarabağdakı vəziyyətin normallaşmasında vasitəçilik üçün xeyli səy göstərib. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən yaydığı məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

"Biz Dağlıq Qarabağda dostlarımız Azərbaycan və Ermənistanın minlərlə vətəndaşının həlak olmasına səbəb olan hərbi əməliyyatların dayandırılması üçün böyük səy göstərdik. Eyni zamanda, ATƏT-in Minsk Qrupunda, xüsusən həmsədrlər - Rusiya, ABŞ və Fransa arasında əldə olunan əsas razılaşmaları izlədik. Ən böyük qazancımız qan tökülməsini dayandırmaq, Rusiya, Azərbaycan prezidentləri və Ermənistan baş nazirinin üçtərəfli razılaşması ilə atəşkəsi bərqərar etmək oldu", – deyə o bildirib.

0
Teqlər:
Vladimir Putin, Rusiya, Ermənistan, müharibə, Qarabağ, Dağlıq Qarabağ, Azərbaycan
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə