Следственный изолятор. Архивное фото

QHT rəhbəri dələduzluğa görə 10 il azadlıqdan məhrum edilib

30
(Yenilənib 10:49 13.04.2016)
Sosial şəbəkələrdə Azad Başbuğ adı ilə tanınan QHT rəhbəri dələduzluq ittihamı ilə azadlıqdan məhrum edilib.

BAKI, 13 apr — Sputnik. Azərbaycanda dələduzluqda təqsirləndirilən və özünü hüquq müdafiəçisi kimi təqdim edən şəxs haqqında məhkəmə hökm çıxarıb.

APA-nın xəbərinə görə,  Şirvan şəhərində fəaliyyət göstərən “Regional İnsan Hüquqları və Ekologiya Müdafiə Mərkəzi” İctimai Birliyinin sədri, 1970-ci il təvəllüdlü Azad Vəlyəddin oğlu İskəndərli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 178.2.4 (dələduzluq), 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirləndirilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Mehdixan Abdullayevin sədrliyi ilə keçən məhkəmənin qərarı ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib.

A.İskəndərli daha əvvəl isə Cinayət Məcəlləsinin 182.1, 228.1, 228.4, 66.3-cü maddələri ilə təqsirləndirilərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

A.İskəndərli özünü hüquq müdafiəçisi kimi təqdim edərək, hüquq təhsili olmadığı halda qanunsuz vəkil xidmətləri göstərməklə vətəndaşları aldatmaqda ittiham edilib.

İstintaq zamanı ittiham olunan şəxsin etibardan sui-istifadə etmə, aldatma və şantaj yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə təkrar dələduzluq və özgənin əmlakını hədə-qorxu ilə tələb etmə cinayətlərinin törətdiyi müəyyənləşdirilib.

A.İskəndərli 2008-ci ilin oktyabr ayında Şirvan şəhərində fəaliyyət göstərən “Sərvət” Şadlıq sarayının sahibi İbrahim Əli oğlu Qasımovdan 2500 manat borc pul alıb və qaytarmayıb. O, sahibkarı şantaj edərək hər ay 300 manat ödəməsini tələb edib. Ə.Məmmədov isə bununla razılaşmayıb.

Bundan başqa, A.İsgəndərli Salyan rayonunun Bəşirbəyli kənd sakini Seymur Çingiz oğlu Həşimovdan 1200 (min iki yüz) manat, Bakı şəhərinin Suraxanı rayon sakini Nazilə İskəndər qızın Dəmirovadan, onun övladları Simrand və İlkin Dəmirovlardan 4350 manat məbləğində pulu aldatma yolu ilə alıb.

Azad İskəndərlinin sosial şəbəkələrdə Azad Başbuğ adlı profili də var.

30