Fikrət Məmmədov - Ədliyyə naziri

Müğənni NİDA-çıdan ədliyyə nazirinə şikayət etdi

43
Mətanət Əsədova: Mən ağır şəkildə təhqir və söyüşlərdən müdafiə olunmaq üçün nə qədər məhkəməyə getməliyəm?! Yenə də Elsevər Mürsəlli tərəfindən təhqir və təhdidlər davam edir.

BAKI, 7 apr — Sputnik. Müğənni Mətanət Əsədova ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədova müraciət ünvanlayıb.

Bu barədə "Report"a müğənninin özü məlumat verib.

M.Əsədova F.Məmmədova müraciətində bildirib ki, sosial şəbəkədə onu təhqir etməkdə təqsirləndiridiyi keçmiş NİDA-çı Elsevər Mürsəlli ilə bağlı məhkəmə işi uzadılır: "İşin araşdırılması bir il suni şəkildə uzadıldı. Əvvəl Nəsimi Rayon Məhkəməsinə müraciət etdik. İşi aidiyyatı üzrə Xaçmaz Rayon Məhkəməsinə göndərdilər. Həmin məhkəmə də işin aidiyyatının müəyyənləşdirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərdi. Bakı Apellyasiya Məhkəməsi isə işə Xaçmaz Rayon Məhkəməsində baxılması barədə qərar qəbul etdi.

Mən ağır şəkildə təhqir və söyüşlərdən müdafiə olunmaq üçün nə qədər məhkəməyə getməliyəm?! Yenə də Elsevər Mürsəlli tərəfindən təhqir və təhdidlər davam edir.

Cənab nazir, xahiş edirəm ki, bu məsələnin hüquqi müstəvidə həllinə kömək göstərərdiz. Mən şərəf və ləyaqətimin qanunla qorunmasını tələb edirəm".

Qeyd edək ki, E.Mürsəlli bir müddət əvvəl sosial şəbəkədə M.Əsədova haqqında qeyri-etik sözlər işlədib. Bununla bağlı müğənni Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib. O, E.Mürsəlli barəsində Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə cinayət işinin başlanmasını istəyib.

43