Azərbaycan Müdafiə Nazirliyi

"Azərbaycan ərazisinə keçməyə çalışan terrorçular cəzalandırılacaqlar"

130
Müdafiə Nazirliyi LifeNyus telekanalının təxribat xarakterli tele-süjetinə münasibət bildirdi: "İŞİD üzvlərinin Qarabağda ermənilərə qarşı hərbi əməliyyatlarda iştirak etmək məqsədilə Türkiyə ərazisindən keçərək Azərbaycana gəlmələri barədə yayılan məlumatlar tamamilə əsassızdır"

BAKI, 5 apr — Sputnik. "Uğursuzluğa düçar olan və məğlubiyyətlə qarşılaşan Ermənistanın hərbi və siyasi rəhbərliyi anti-Azərbaycan niyyətli xarici KİV-in də fəaliyyətindən bəhrələnərək ölkəmiz haqqında təxribat xarakterli, guya Suriyada İŞİD terrorçu təşkilatının tərkibində fəaliyyət göstərən azərbaycanlıların Qarabağda ermənilərə qarşı hərbi əməliyyatlarda iştirak etmək məqsədilə Türkiyə ərazisindən keçərək Azərbaycana gəlmələri barədə yaydıqları məlumatlar tamamilə əsassızdır və dezinformasiyadır".

Sputnik xəbər verir ki, Müdafiə Nazirliyi mətbuat xidmətinin LifeNyus telekanalının təxribat xarakterli tele-süjetinə dair açıqlamasında belə deyilir. Bildirilir ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi-texniki imkanları və potensialı ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün və toxunulmazlığının yüksək səviyyədə təmin edilməsi üçün tam yetərlidir.

"Bir daha bildiririk ki, istənilən terror təşkilatının fəaliyyəti onun üzvlərinin milli, dini və digər mənsubiyyətindən asılı olmayaraq, beynəlxalq sülh və təhlükəsizliyə, eləcədə milli təhlükəsizliyə ciddi təhdiddir. Hər hansı niyyətlə, Azərbaycan Respublikasının ərazisinə keçməyə cəhd edən terror təşkilatı üzvləri müəyyən edilərək məsuliyyətə cəlb ediləcəklər", —deyə MN bəyan edir.

130
Teqlər:
LifeNyus telekanalı, Müdafiə Nazirliyi, İŞİD, Suriya, Qarabağ, Azərbaycan, Ermənistan
Əlaqədar
İlk Avropa oyunlarında ucaldılan bayraq işğaldan azad edilən məntəqəyə sancılıb
Müdafiə Nazirliyi "Smerç"dən istifadə məsələsinə aydınlıq gətirdi
"Ermənilərə qarşı savaşın ön cərgəsində yer alacağıq"
Ermənistan MN-nin mətbuat katibinin yalanı faş edildi
Türkiyədən İlham Əliyevə müraciət: Sizin komandanlığınız altında döyüşmək istəyirik