Qurban Qurbanov: Vətən üçün döyüşməyə hazırıq

© ReportQurban Qurbanov - Qarabağ FK-nın baş məşqçisi
Qurban Qurbanov - Qarabağ FK-nın baş məşqçisi - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkəmizin prezidenti,ali baş komandan İlham Əliyevin bir əmri yetər ki, əli silahlı topraqlarımızın müdafiəsinə yollanaq.

BAKI, 4 aprel-Sputnik. Ölkəmizin prezidenti,ali baş komandan İlham Əliyevin bir əmri yetər ki, əli silahlı topraqlarımızın müdafiəsinə yollanaq.

Sputnik "Qarabağ" Futbol klubunun rəsmi saytına istinadla xəbər verir ki, bu sözləri klubun baş məşqçisi Qurban Qurbanov Qarabağ cəbhəsində gedən döyüşlərlə bağlı verdiyi bəyanatda belə deyib.

Qurban Qurbanovun bəyanatında deyilir: "Bir neçə gün ərzində cəbhə bölgəsində torpaqlarımızın işğalçılardan azad olunmasıyla bağlı xəbərlər gəlməkdədir. Azərbaycan ordusunun cəbhədəki uğurları hər birimizi sevindirir. Döyüşlər zamanı 15 əsgərimizin şəhid olması üzücüdür. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Hər bir şəhidimiz bizim üçün əzizdir. Amma inanıram ki, vətən uğrunda axıdılan qanlar boşuna deyil. Bugün ön cəbhədə döyüşən əsgərlərimizlə yanaşı arxa cəbhədə də hər kəs öz üzərinə düşəni etməlidir.

Bugün biz burda cəbhədən uzaq olsaq da, hər birimizin fikri, duası əsgərlərimizlədir. Hər kəs öz işini müvəffəqiyyətlə yerinə yetirməyə çalışsa, dövlətimizə, əsgərlərimizə yardım etmiş olarıq. Allaha şükür olsun ki, hazırda güclü dövlətimiz, ordumuz var. Amma ölkəmizin prezidenti,ali baş komandan İlham Əliyevin bir əmri yetər ki, əli silahlı topraqlarımızın müdafiəsinə yollanaq. O, əmr gəldiyi zaman hər birimiz vətən üçün döyüşməyə hazırıq."

Xəbər lenti
0