Şəhid əsgərlərdən daha birinin adı açıqlandı

© Photo : Hikmet OrhunŞəhid Orxan Əliyev (soldan ikinci)
Şəhid Orxan Əliyev (soldan ikinci) - Sputnik Azərbaycan
Abunə olmaq
Orxan Əliyev sabah Qazaxın Aslanbəyli kəndində torpağa tapşırılacaq.

BAKI, 3 aprel-Sputnik. Xəbər verdiyimiz kimi, aprelin 2-nə keçən gecə Azərbaycanın cəbhə boyu mövqeləri və yaşayış məntəqələri Ermənistan Silahl qüvvələri tərəfindən atəşə məruz qalıb. Nəticədə mülki əhali arasında ölən və yaralananlar var.

Azərbaycan Silahlı qüvvələrinin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunub. 

Əsgər - Sputnik Azərbaycan
QARABAĞ
MN: Talış kəndi yüksəklikləri və Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib
Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub.

Müdafiə Nazirliyinin mətbuata açıqladığı rəsmi məlumata görə, gün ərzində gedən döyüşlərdə 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb, ordumuz 12 şəhid verib.

Sputnik-in bölgə müxbirini bildirir ki, bu gün gedən döyüşlərdə Qazax rayon Aslanbəyli kənd sakini 1995-ci il təvəllüdlü Əliyev Orxan Məhəmməd oğlu da şəhid olub. Onun sabah Qazaxda doğulduğu kənddə torpağa tapşırılacağı bildirilib.

Qeyd edək ki, Orxan Əliyev jurnalist, "Azadlıq" qəzetinin köşə yazarı Elnur Astanbəylinin qohumudur.

Xəbər lenti
0