Gəncə şəhərində adı dillərə dastan olan Butulka ev

Görənləri heyrətə salan ev - bura Azərbaycandır

7534
Müharibədə itkin düşmüş qardaşının bəlkə geri dönməsi ümidi ilə, gecəsini gündüzünə qatan Gəncə sakini, 48 min butulkadan istifadə edərək, ikimərtəbəli ev tikdirib

İlham MUSTAFA, Sputnik Azərbaycan

BAKI, 31 mart — Sputnik. Böyük Vətən Müharibəsindən qayıtmayan qardaşının, bəlkə nə vaxtsa tikdiyi bu evin sorağını alaraq gələcəyini düşünür. 1966-67-ci illərdə tikdiyi evə isə o vaxtkı Kirovabad yox, unutdurulmağa çalışılan Gəncə adını həkk edib divarlara. Və həmin zamandan bəri Gəncə adını dünyanın bir çox yerlərindən gələn turistlərə tanıtmağa nail olub.

Gəncə şəhərində adı dillərə dastan olan bir ev var. Bu evi məşhur edən onun tikinti matrealları əvəzinə butılkadan istifadə edilməsidir. "Butılka ev" adı ilə şəhərdə tanınan tikili, hazırda haqq dünyasında olan İbrahim Cəfərov adlı Gəncə sakininin ideyasının məhsuludur. O bu evin tikintisində, şampan butılkasından tutmuş, kiçik dərman şüşələri də daxil olmaqla, 48 min butılkadan istifadə edib.

İşləməyən adamın cinayətkar hesab edildiyi sovet dönəmində gecəsini gündüzünə qataraq, min zəhmətlə həm ustalığını, həm fəhləliyini edərək bir il əmək sərf edib buna İbrahim kişi. Hətta binanın üzünə naxış vurmaq üçün Soçidən çemodanlarla xırda dəniz daşları da daşıyıb.

Evin tikintisində məqsəd isə "tikdim ki, izim qala" deyil, "tikdim ki, qardaşım gələ" arzusu olub. Birgə cəbhəyə yollandığı, lakin itkin düşdüyü xəbəri gələn Yusif adlı qardaşının, nə vaxtsa doğma şəhərində qardaşının onun şərəfinə tikdiyi bu evin sədasını eşidib geri dönəcəyi ümidi ilə başlayıb işə.

Evin bütün naxışlarını və mozaikalarını öz əli ilə yaradıb. Evin ön hissəsinə rəssam dostu tərəfindən qardaşı Yusifin və özünün şəkillərini çəkdirib. Həmçinin burda evin tikilib başa çatma tarixi olaraq 1967-ci il yazısı həkk olunub.

Diqqətçəkən məqamlardan biri isə Kirovabad adlandırılan şəhərin qədim adının unutdurulmaq istənildiyi bir dövrdə, evin bir neçə yerinə "Gəncə" adını yazmasıdır. Evin arxa tərəfinə isə "Vətənin nəməlum əsgərinə" sözləri yazılıb.

Tikilən bir gündən Gəncəyə gələn qonaqların ən sevdiyi, önündə ən çox şəkil çəkdirdiyi məkanlardan olub bu ev. Sağlığında evin qarşısında şəkil çəkdirən turistlərdən şəkil albomu düzəldib.

  • Gəncə şəhərində adı dillərə dastan olan Butulka ev
    Gəncə şəhərində adı dillərə dastan olan Butulka ev
    © Sputnik / Ilham Mustafayev
  • Bu evi məşhur edən onun  tikinti materialları əvəzinə butulkadan istifadə edilməsidir
    Bu evi məşhur edən onun tikinti materialları əvəzinə butulkadan istifadə edilməsidir
    © Sputnik / Ilham Mustafayev
  • Butulka ev adı ilə şəhərdə tanınan tikili hazırda haqq dünyasında olan İbrahim Cəfərov adlı Gəncə sakininin ideya məhsuludur
    Butulka ev adı ilə şəhərdə tanınan tikili hazırda haqq dünyasında olan İbrahim Cəfərov adlı Gəncə sakininin ideya məhsuludur
    © Sputnik / Ilham Mustafayev
  • İbrahim Cəfərov еvin ön hissəsinə rəssam dostu tərəfindən qardaşı Yusifin və özünün şəkillərini çəkdirib
    İbrahim Cəfərov еvin ön hissəsinə rəssam dostu tərəfindən qardaşı Yusifin və özünün şəkillərini çəkdirib
    © Sputnik / Ilham Mustafayev
  • Diqqətçəkən məqamlardan biri isə Kirovabad adlandırılan şəhərin qədim adının unutdurulmaq istənildiyi bir dövrdə evin bir neçə yerinə Gəncə adını yazmasıdır
    Diqqətçəkən məqamlardan biri isə Kirovabad adlandırılan şəhərin qədim adının unutdurulmaq istənildiyi bir dövrdə evin bir neçə yerinə Gəncə adını yazmasıdır
    © Sputnik / Ilham Mustafayev
1 / 5
© Sputnik / Ilham Mustafayev
Gəncə şəhərində adı dillərə dastan olan Butulka ev

Gözütox, təvəzökar insan olub, heç kəsdən kömək istəyən, yardım uman olmayıb İbrahim kişi. Həsən Həsənov Kirovabad şəhərində birinci katib işləyən vaxt ona əlavə ev təklif etsə də, istəməyib. Qardaşının o odlu-alovlu müharibədən sağ gələcəyini gözləyə-gözləyə köçüb bu dünyadan.

Əsas arzusuna çatmasa da, İbrahim Cəfərov yaratdığı əsərlə tarixdə iz sala bilib. Oğlu da vaxtsız vəfat edib. Hazırda isə evdə gəlini və iki oğlu yaşayır. Bu məlumatları da bizə gəlini Məhəbbət xanım söylədi.

Artıq ev barəsində danışmağın yorğunluğu hiss olunur Məhəbbət xanımda. İllərdir, yerli və xarici telekanallara, xəbər saytlarına ev barədə müsahibə verdiyini, lakin bundan zərrəcə xeyir gəlmədiyini deyir.

"Gəlirlər, yazırlar-pozurlar, çəkirlər və gedirlər. Heç bir şey də dəyişmir. İllərdir qoruqçuluq edirəm burada, nəzarətsiz qoysam, bir günün içində qırıq-qırıq edərlər uşaqlar bütün butulkaları", —deyir Məhəbbət xanım.

Hətta evin arxasında bir neçə butılkanın sındırıldığını da göstərir. Özünün bu evə gəlin gəldiyini, sonra özünün gəlin gətirdiyini, hazırda hər oğlunun bir mərətbədə yaşadığını deyir. Hətta yoldaşı rəhmətə getdikdən sonra evin damının uçduğunu və təmirə ehtiyacı olan zaman satmaq istədiyini bildirir.

Uşaqlar da kiçik olublar həmin vaxt. Lakin Gəncə şəhərinin o dövrkü icra başçısı Eldar Əzizovun evi təmir etdirməsi xanımı bu fikrindən daşındırır. Oğlanları böyüyəndən sonra isə "babamızın mülkünü satmarıq" deyiblər.

Hazırki icra başçısından da razılıq edir Məhəbbət xanım. Eyvanın altının hörülərək bərkidildiyini, çöl tərəfdən tavanın lambirinləndiyini, divarlara işıq çəkildiyini deyir. Bu yaxınlarda isə külək yenə evin qabağında lambirinlərdən birini uçurub. Kiçik oğlu çıxıb düzəltmək istəyərkən, yıxılıb və ayağı sınıb. Əməliyyat olunaraq ayağına 6 mil qoyulub. Bununla bağlı ailənin nümayəndələri neçə dəfə icra başçısının müavinin qəbulunda olsalar da, həmin yeri təmir edən olmayıb.

Sonda Gəncə şəhər mədəniyyət və turizm şöbəsi ilə əlaqə saxladıq. Telefonumuza cavab verən Bəxtiyar Muradov "Butılka ev"in şöbənin balansında olmadığını, şəxsi ev olduğunu söylədi. Lakin buna baxmayaraq həmin evin daim nəzarətdə saxlandığını dedi.

Uçan yer barədə isə məlumatlarının olmadığını bildirdi. Binanın turizm obyekti kimi fəaliyyət göstərməsinin isə yalnız ev sahiblərindən asılı olduğu qeyd etdi Bəxtiyar müəllim.

7534
Teqlər:
İbrahim Cəfərov, Böyük Vətən Müharibəsi, müharibə, Gəncə, ev
Əlaqədar
Sirli ziyarətgah: onu böyük daşqından kim qorudu?
Rusları heyran edən azərbaycanlı: bu adam min illik tarixi yaşadır
Azərbaycanın bu bölgəsində müsəlmanlarla xristianlar birgə ibadət edirlər
Azərbaycanın bu bölgələri "Kolumbiyaya" çevrilir
Rəssamın rəngləri və fırçaları, arxiv şəkli

Adi karandaşla canlı kimi görünən qəhrəmanlarımız: bunlar 14 yaşlı uşağın əl işidir - FOTO

17
(Yenilənib 23:32 16.01.2021)
Yardımlıdan olan yeniyetmə Vətən müharibəsi şəhidlərinin portretlərini sadə karandaşla yaradır. O inanır ki, gələcəkdə məşhur fırça ustası olacaq

BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.

© Photo : Courtesy of Samed Iskenderli
Səməd İskəndərli

Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın. 

Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq. 

17
Teqlər:
Yardımlı, yeniyetmə, rəssam, Qarabağ
Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət
Qanda qlükozanın miqdarının yoxlanılması

Şəkərlə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar

8
(Yenilənib 23:07 16.01.2021)
"Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".

BAKI, 16 yanvar — Sputnik. "Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Virtual Diabet Məktəbi" layihəsi üzrə Anlaşma Memorandumunun imzalanması mərasimində deyib. O bildirib ki, diabetlə əlaqəli fəsadlaşmaların sayının artması universal tibbi təminat baxımından dövlət büdcəsinə ağır maliyyə yükü yaradır:

"İlkin profilaktik tədbirləri və əhali arasında maarifləndirməni gücləndirməklə xəstəliklə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar. Bu baxımdan Anlaşma Memorandumu mənfi tendensiyanı müsbətə doğru çevirməkdə yeni imkanlar açır".

Agentliyin İdarə Heyətinin sədri deyib ki, hər il dünyada ölümlərin 11.3%-i şəkərli diabetlə bağlı olur.

8