Ahiskalilarin Novruz tedbiri

Yüz ilin yolçuları - səfər hələ bitməyib...

128
(Yenilənib 23:13 23.03.2016)
Türk xalqlarının bir qolu olan Ahıska türkləri Azərbaycanın bir sıra bölgələrində məskunlaşıblar. Saatlıda yaşayan ahıskalılar Novruz bayramını coşqu ilə qeyd ediblər.

Ayaz YAŞILYARPAQ, Sputnik Azərbaycan

BAKI, 23 mart — Sputnik. Ahıskalılar türk xalqlarından biridir. Ən qədim dövrlərdən kiçik Qafqaz sıra dağlarının başlanğıcında yaşayıblar. Ahıska və Ahalkələk bölgəsi 1829-cu ildə Osmanlı dövlətindən alınaraq Rusiyaya ilhaq edilib.

1919-cu ildə həmin ərazilər Gürcüstana birləşdirilib və "Mesxetiya" adlandırılıb. Ona görə də keçmiş Sovet İttifaqında yaşamış ahıskalılar "Mesxeti türkləri" kimi tanınıb.

1944-cü ildə Orta Asiyaya deportasiya olunan ahıskalılar, 10 il sonra Gürcüstandan başqa SSRİ-nin hər yerdə yaşamaq hüququ qazanıblar. Onların bir hissəsi Azərbaycana gəlib. 1989-cu ildə Özbəkstanın Fərqanə vilayətindən çıxarılanlardan 40 min nəfəri Azərbaycana pənah gətirib.

Təkcə Saatlı rayonuna 10 min nəfərdən çox ahıskalı qaçqın yerləşdirilib. Onlar rayonun Nəsimikənd, Fətəlikənd və Şirinbəyli kəndlərində kompakt yaşayırlar.

Son bir əsrdə üzləşdikləri məhrumiyyətlərə baxmayaraq, ahıskalılar öz ana dillərini, mədəniyyətlərini, folklorlarını, adət-ənənələrini qoruyub saxlayıblar.

Saatlı rayonunun Nəsimikənd kəndində "Adgün" mədəniyyət evi və "Folklor evi" fəaliyyət göstərir. Mədəniyyət müəssisələri bütün bayramları və el şənliklərini kənddə yüksək səviyyədə təşkil etməklə yanaşı, rayon və respublika səviyyəli tədbirlərdə də iştirak edirlər.

Nəsimikənddə bu il Novruz bayramı həm açıq, həm də qapalı məkanda olduqca maraqlı və rəngarəng proqramlarla qeyd olunub. Novruzun mifik qəhrəmanları — Kosa və Keçəl tədbir iştirakçılarını məzəli söz və hərəkətlərlə əyləndirib, uşaqlar arasında oyunlar təşkil edib.

"Cəngi" sədaları altında gənc və veteran güləşçilər güclərini sınayıblar. Qızlardan ibarət rəqs qruplarının nümunəvi çıxışları da bayrama xüsusi zövq qatıb.

Ahıskalıların sözügedən bayram tədbirində iştirak edən Sputnik-in bölgə müxbiri, şənlikdən maraqlı foto-şəkillər də çəkib.

  • Ahiskalilarin Novruz tedbiri
    Ahiskalilarin Novruz tedbiri
    © Sputnik /
  • Ahiskalilarin Novruz tedbiri
    Ahiskalilarin Novruz tedbiri
    © Sputnik /
  • Ahiskalilarin Novruz tedbiri
    Ahiskalilarin Novruz tedbiri
    © Sputnik /
  • Ahiskalilarin Novruz tedbiri
    Ahiskalilarin Novruz tedbiri
    © Sputnik /
  • Ahiskalilarin Novruz tedbiri
    Ahiskalilarin Novruz tedbiri
    © Sputnik /
  • Ahiskalilarin Novruz tedbiri
    Ahiskalilarin Novruz tedbiri
    © Sputnik /
  • Ahiskalilarin Novruz tedbiri
    Ahiskalilarin Novruz tedbiri
    © Sputnik /
  • Ahiskalilarin Novruz tedbiri
    Ahiskalilarin Novruz tedbiri
    © Sputnik /
  • Ahiskalilarin Novruz tedbiri
    Ahiskalilarin Novruz tedbiri
    © Sputnik /
  • Ahiskalilarin Novruz tedbiri
    Ahiskalilarin Novruz tedbiri
    © Sputnik /
  • Ahiskalilarin Novruz tedbiri
    Ahiskalilarin Novruz tedbiri
    © Sputnik /
1 / 11
© Sputnik /
Ahiskalilarin Novruz tedbiri
128
Teqlər:
bayram tədbiri, ahıskalılar, Ahıska türkləri, Novruz bayramı
Əlaqədar
Azərbaycanda Novruz bayramını xalq gəzintiləri və yarmarkalarla qarşılayırlar
Novruzda “Keçəlin şahlığı” tamaşası nümayiş etdiriləcək
Novruz bayramında hazırlanan şirniyyatların resepti
Novruz əfvinə kimlər düşəcək?
Bizim Cəbiş müəllim Novruz haqqında