Gəncənin Əziz Əliyev küçəsindəki kanalizaya xəttinin dağılması nəticəsində ortaya belə acınacaqlı mənzərə çıxıb

Bu küçədən keçmək məsləhət deyil

97
Ölkənin ikinci böyük şəhərində özü qədər olmasa da, böyük problem yaşanır. Sakinlər yoluxucu xəstəlik təhlükəsi altında yaşayırlar. Müvafiq qurum məsələnin tezliklə yoluna qoyulacağını deyir.

BAKI, 11 mart — Sputnik. Gəncə şəhəri Əziz Əliyev küçəsinin sakinləri kanalizaya xəttinin dağılması və nəticədə kanalizasya sularının əraziyə axmasından şikayətçidirlər. Sputnik-in bölgə müxbirinə danışan sakinlər, hələ yeni xəttin çəkişinin başa çatmadığını və işlər gedərkən köhnə xəttin zədələndiyini bildirirlər.

Kanalizasiya suları birbaşa küçəyə axdığından, ərazidə kəskin üfünət iyi var
© Sputnik / Ilham Mustafa
Kanalizasiya suları birbaşa küçəyə axdığından, ərazidə kəskin üfünət iyi var

"Bu səbəbdən əraziyə kəskin üfunət iyi hakimdir. İyi-qoxudan boğuluruq. Hər yeri çirkab suları basıb. Bura başdan-ayağa xəstəlik mənbəyidir", —deyirlər sakinlər.

Havaların istiləşməsi ilə tullantı sularının ərazidə hər hansı bir xəstəliyə yol açması sakinlərdə narahatçılıq yaradır. Həmçinin avtomobillərin keçidində də böyük çətinliklər yaranıb.

Azərsu ASC-nin Gəncə Su Kanal İdarəsindən bildiriblər ki,yaxın zamanda problem həll ediləcək
© Sputnik / Ilham Mustafa
"Azərsu" ASC-nin Gəncə Su Kanal İdarəsindən bildiriblər ki,yaxın zamanda problem həll ediləcək

Məsələ ilə bağlı "Azərsu" ASC-nin Gəncə Su Kanal İdarəsi ilə əlaqə saxladıq. İdarədən Sputnik-ə məsələdən xəbərdar olduqlarını dedilər. Həmçinin köhnə xəttlərin istifadə müddəti bitdiyindən, qəzaların baş verdiyi bildirildi.

"Hazırda köhnə xəttlərin yenisi ilə əvəz edilməsi işləri aparılır. Yaxın zamanda problem həllini tapacaq", —deyə İdarədən vurğuladılar.

97
Teqlər:
kanalizasiya, "Azərsu" ASC, Gəncə, küçə
Əlaqədar
Paytaxtın bu küçəsinə avtomobillərin girişi qadağan olunacaq
"Azəryolservis": Küçə və prospektlərdə nəqliyyatın fasiləsiz hərəkəti təmin olunub
"Əliağa Kürçaylı" küçəsində "analoqu olmayan" isinmə
Vaxtilə küçədə yatan məşhurlar
Rəssamın rəngləri və fırçaları, arxiv şəkli

Adi karandaşla canlı kimi görünən qəhrəmanlarımız: bunlar 14 yaşlı uşağın əl işidir - FOTO

17
(Yenilənib 23:32 16.01.2021)
Yardımlıdan olan yeniyetmə Vətən müharibəsi şəhidlərinin portretlərini sadə karandaşla yaradır. O inanır ki, gələcəkdə məşhur fırça ustası olacaq

BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.

© Photo : Courtesy of Samed Iskenderli
Səməd İskəndərli

Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın. 

Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq. 

17
Teqlər:
Yardımlı, yeniyetmə, rəssam, Qarabağ
Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət
Qanda qlükozanın miqdarının yoxlanılması

Şəkərlə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar

8
(Yenilənib 23:07 16.01.2021)
"Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".

BAKI, 16 yanvar — Sputnik. "Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Virtual Diabet Məktəbi" layihəsi üzrə Anlaşma Memorandumunun imzalanması mərasimində deyib. O bildirib ki, diabetlə əlaqəli fəsadlaşmaların sayının artması universal tibbi təminat baxımından dövlət büdcəsinə ağır maliyyə yükü yaradır:

"İlkin profilaktik tədbirləri və əhali arasında maarifləndirməni gücləndirməklə xəstəliklə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar. Bu baxımdan Anlaşma Memorandumu mənfi tendensiyanı müsbətə doğru çevirməkdə yeni imkanlar açır".

Agentliyin İdarə Heyətinin sədri deyib ki, hər il dünyada ölümlərin 11.3%-i şəkərli diabetlə bağlı olur.

8