Formula 1 yarışları. Arxiv şəkli

Nazir: Formula 1-in bilet satışından 3-4 milyon gəlir əldə edəcəyik

26
(Yenilənib 12:03 09.03.2016)
Azad Rəhimov: Azərbaycanın Formula 1 Avropa Qran-Prisi yarışına çıxarılan biletlərin satışından təxminən 3-4 milyon manat arası gəlir əldə etməsi gözlənilir.

BAKI, 9 mart-Sputnik. "Azərbaycanın Formula 1 Avropa Qran-Prisi yarışına çıxarılan biletlərin satışından təxminən 3-4 milyon manat arası gəlir əldə etməsi gözlənilir".

Sputnik-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir qeyd edib ki, biletlər fevralın 19-dan etibarən internet vasitəsilə satışa çıxarılıb:

"Yarış üçün 30 min bilet satışa çıxarılıb. Satış həm internet, həm də kassa vasitəsi ilə mümkündür. Hazırda neçə biletin satılması ilə bağlı məndə dəqiq məlumat yoxdur. Satışlar davam edir və işlər tam qaydasındadır".

A.Rəhimov bildirib ki, bilet satışı üçün heç bir məhdudiyyət qoyulmayıb. "Yəni, xaricdən və və yerli insanlar yarış üçün istədikləri qədər bilet ala bilərlər".

Qeyd edək ki, nazir daha əvvəl bu il Formula 1-in Bakıda təşkili üçün ümumilikdə 17 milyon dollar (12 milyon yarışın keçiriləcəyi yolların təmir və tikintisinə, 5 milyon təbliğati işlərə) vəsaitin ayrıldığını bildirmişdi.

26
Teqlər:
Bakı, gənclər və idman naziri Azad Rəhimov, Azad Rəhimov, "Formula 1" üzrə Qran-Pri, Formula 1
Əlaqədar
Fernando Alonso Formula 1 Avropa Qran Prisinin rəsmi elçisi elan olundu
Formula 1-in akkreditasiya qaydaları açıqlandı
"Formula 1 mühüm idman yarışıdır, amma böhran dövründə deyil..."
Formula 1 Avropa Qran Prisinin ilk rəsmi elçiləri elan olundu
Nazir: Azərbaycan "Formula-1" yarışlarını 5 il məcburi keçirməlidir

İlham Əliyev Azərbaycanı dəstəkləyən ölkələrin başçılarına məktublar ünvanlayıb

21
Prezident BMT TŞ-da Azərbaycanı dəstəkləyən ölkələrin dövlət və hökumət başçılarına məktublar ünvanlayıb.

BAKI, 25 oktyabr - Sputnik. Məlum olduğu kimi, bu günlərdə BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş tutmuş müzakirələrdə Qoşulmama Hərəkatının və eyni zamanda, hazırda Təhlükəsizlik Şurasının üzvü olan ölkələr - İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadin təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdiriblər. Nəticədə Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olublar.

Sputnik Azərbaycan xəbər verir ki, bununla əlaqədar, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadinin dövlət və hökumət başçılarına məktublar ünvanlanıb.

Prezident İlham Əliyev, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

Məktublarda BMT Təhlükəsizlik Şurasında keçirilmiş müzakirələr zamanı göstərdikləri prinsipial mövqeyə görə sözügedən ölkələrə təşəkkür ifadə olunub.

Məktublarda qeyd edilib ki, bu ölkələrin belə qəti mövqe sərgiləmələri onların Bandunq prinsiplərinə, Qoşulmama Hərəkatının dəyərlərinə sadiqliyini, multilateralizmə və beynəlxalq hüquqa olan hörmətini nümayiş etdirir. Bu mövqe ikitərəfli münasibətlərimizdə tarixi dostluq əlaməti kimi qəbul olunur.

Daha sonra məktublarda bildirilir ki, həmin ölkələrin davamlı dəstəyi münaqişənin beynəlxalq hüquq və Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinə töhfə verəcək.

Sonda isə ikitərəfli münasibətlərimizin, eləcə də BMT və Qoşulmama Hərəkatı çərçivəsində çoxtərəfli əməkdaşlığımızın uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

21
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
(1:25 / 11.15Mb / просмотров видео: 95)

Ermənistan ordusunun atəş nöqtələri məhv edilib - VİDEO

45
(Yenilənib 18:40 25.10.2020)
Azərbaycan silahlı qüvvələri işğalçı ordunun bölmələrinin atəş nöqtələrini məhv etməkdə davam edirlər.

Cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri öz üstünlüyünü qoruyub. Sputnik Azərbaycan bu barədə Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Oktyabrın 25-də aparılan uğurlu döyüş əməliyyatları zamanı düşmənin 2 artilleriya qurğusu, 2 BM-21 “Qrad”, 1 komanda qərargah maşını, 1 komanda idarəetmə məntəqəsi, 2 yük maşını, 1tank və bir neçə atəş nöqtəsi məhv edilib.

45
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Yaşlı adam, arxiv şəkli

Koronavirusa yoluxma insanı 10 yaş qocaldır, həmçinin...

0
Koronavirusun ağır formaları mətnlərin və sözlərin mənasını dərk etmə qabiliyyətinə təsir edir. Buna baxmayaraq, xəstəliyə yoluxmuş insanlarda emosional sahə, məkan yaddaşı və rəqəmləri əzbərləmək qabiliyyəti dəyişməz qalıb.

BAKI, 25 oktyabr — Sputnik. Böyük Britaniya alimləri apardıqları araşdırma zamanı koronavirus xəstəliyinin insanların İQ səviyyəsini endirdiyini müəyyən edib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu intelektual bacarıqlar və yaddaşla əlaqələndirilib. Mütəxəssislərin sözlərinə görə, koronavirusa yoluxan şəxslər xəstəliyə yoluxmayan yaşıdları ilə müqayisədə məntiq testlərini həll etməkdə çətinlik çəkiblər. Bundan əlavə, şəxslərin İQ səviyyəsi xəstəliyi hansı ağırlıqda keçirmələri ilə də birbaşa əlaqəlidir. Tədqiqat zamanı alimlər 84 könüllünün məntiqi bacarıqlarını və yaddaşlarını araşdırıblar.

Müəyyən edilib ki, koronavirusa yoluxan insanlar sağlam insanlarla müqayisədə 65 faiz geri qalıb. Mütəxəssislərin fikrincə, bu xəstələrin 10 yaş yaşlanmasına bərabərdir.

Koronavirusun ağır formaları mətnlərin və sözlərin mənasını dərk etmə qabiliyyətinə təsir edir. Buna baxmayaraq, xəstəliyə yoluxmuş insanlarda emosional sahə, məkan yaddaşı və rəqəmləri əzbərləmək qabiliyyəti dəyişməz qalıb.

0