Reklam

Bu yerlərdə reklam yerləşdirə bilməyəcəksiniz

168
“Yetkinlik yaşına çatmayanlara zərərli təsir göstərə bilən reklamın məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazisindən hansı məsafədən yaxın yerləşdirilməsinə yol verilməməsi haqqında” qərar qəbul edilib.

BAKI, 6 mart — Sputnik. Nazirlər Kabineti “Yetkinlik yaşına çatmayanlara zərərli təsir göstərə bilən reklamın məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazisindən hansı məsafədən yaxın yerləşdirilməsinə yol verilməməsi haqqında” qərar qəbul edib.

APA-nın məlumatına görə, qərara əsasən reklamlarla bağlı yeni qadağa müəyyən edilib.

Başqa sözlə, yetkinlik yaşına çatmayanlara zərərli təsir göstərə bilən reklamın məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazisindən 150 metrdən az məsafədə yerləşdirilməsinə yol verilməyəcək.

168