Səhiyyə işçisi. Arxiv şəkli

İran Azərbaycan səhiyyəsinin inkişafına dəstək verəcək

47
(Yenilənib 15:07 02.03.2016)
İran tibb və səhiyyə xidmətləri sahəsində Azərbaycanla birgə layihələr həyata keçirməyə hazırdır.

BAKI, 2 mart-Sputnik. İran tibb və səhiyyə xidmətləri sahəsində Azərbaycanla birgə layihələr həyata keçirməyə hazırdır. 

Sputnik-in məlumatına gör, bunu APA-ya İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Seyid Həsən Qazizadə Haşimi deyib. O bildirib ki, Azərbaycan tərəfi maraqlı olarsa, İranın sərhədyanı Ərdəbil, Şərqi Azərbaycan və Qərbi Azərbaycan əyalətlərində müştərək sərmayələr yatırıla bilər:

"Biz Bakıda da bu sahədə iş görməyə hazırıq. Azərbaycanla uzunmüddətli əməkdaşlıqda maraqlıyıq və bunun üçün azərbaycanlı dostlarımızın qərar verməsi kifayətdir".

H. Qazizadə Haşimi Azərbaycana tibb və səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində dəstək verməyə hazır olduqlarını da vurğulayıb: "Düşünürəm ki, Azərbaycan da müxtəlif sahələrdə bizə yardım edə bilər və bu əməkdaşlıq ikitərəfli əməkdaşlıq olacaq. Dost və qardaş olan İran və Azərbaycan arasında əlaqələr strateji xarakterdədir və biz bu əlaqələri önəmli hesab edirik. Heç bir şey İran və Azərbaycan münasibətlərinə təsir göstərə bilməz".

47
Teqlər:
İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Seyid Həsən Qazizadə Haşimi, Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil, səhiyyə, İran
Əlaqədar
İran parlamentinə seçilən 220 deputatdan cəmi 12-si qadındır
İran qazı baha olduğundan, Gürcüstan yenə Azərbaycana üz tutdu
İran prezidenti Azərbaycana gələcək
Əlimusa İbrahimov: İran itirilmiş imkanları geri qaytarmağa çalışacaq
İran prezidenti: İlham Əliyevlə Suriya məsələsində mövqeyimiz üst-üstə düşür

İki gün əvvəl ordudan tərxis olunan könüllü əsgər ölüb

17
Onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.

“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.

İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

17
Qəza, arxiv şəkli

Cəlilabadda ağır yol qəzası olub, ölən yaralananlar var

14
Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir. Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

BAKI, 17 yanvar - Sputnik. Cəlilabad rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, qəza axşam saatlarında rayonun Alar kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan "Niva" markalı minik avtomobilinin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir.

Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

14