BAKI, 2 mart-Sputnik. Rusiyanın "Ural Hava Yolları" aviaşirkəti Moskva-Gəncə və Moskva-Lənkəran aviareyslərini təxirə salıb.
Sputnik APA-ya istinadla xəbər verir ki. bu barədə məlumat "Yandex" axtarış sistemində yerləşdirilib. Məlumata görə, buna səbəb Rusiyanın paytaxtında hava şəraitinin kəskin pisləşməsi olub.
Moskva-Gəncə aviareysinin saat 10:00-da, Moskva-Lənkəran aviareysinin isə saat 08:20-də yerinə yetirilməsi nəzərdə tutulmuşdu.
Moskvada hava şəraitinin kəskin pisləşməsi səbəbindən ümumilikdə 100-ə yaxın aviareys təxirə salınıb.
BAKI, 2 mart - Sputnik. Müdafiə Nazirliyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş və itkin düşmüş hərbi qulluqçuları ilə bağlı ən son məlumatları açıqlayıb.
Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, açıqlamada martın 2-dək dəfn edilən 2881 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 28 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunub.
Nazirlik həmçinini bildirib ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı ilə bu keçiddən tanış ola bilərsiz.
BAKI, 2 mart — Sputnik. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt" MMC-yə yeni baş direktor təyin edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, xəbər verir ki, nazir Rəşad Nəbiyevin əmri ilə, bu vəzifəyə Əfqan Cəlilov təyinat alıb. Qeyd edək ki, o, bu vaxta qədər baş direktorun müavini vəzifəsində çalışıb.
Xatırladaq ki, Rəşad Nəbiyevin əmri ilə, bir müddət öncə "Azərpoçt" MMC-nin Baş direktoru Emin Ramiq oğlu Əfəndiyev tutduğu vəzifədən azad olunub.