Martın 27-də yay vaxtına keçəcəyik

© Sputnik / Konstantin Chalabov / Mediabanka keçidSaatın yay vaxtına keçirilməsi
Saatın yay vaxtına keçirilməsi - Sputnik Azərbaycan
Abunə olmaq
Həmin gün saat 04:00-da saatların əqrəbləri 1 saat irəli çəkiləcək, bununla da ölkədə qış vaxtı başa çatacaq.

BAKI, 1 mart — Sputnik. Martın 27-də Azərbaycan ərazisində yay vaxtına keçiləcək. 

APA-nın məlumatına görə, həmin gün saat 04:00-da saatların əqrəbləri 1 saat irəli çəkiləcək, bununla da ölkədə qış vaxtı başa çatacaq.

Qeyd edək ki, qış və yay vaxtlarının tətbiqi barədə Azərbaycan Nazirlər Kabineti 1997-ci ildə qərar verib. 

Qərara əsasən, hər il oktyabrın son bazar günündə ölkə ərazisində qış, martın son bazar günündə isə yay vaxtına keçilir.

Xəbər lenti
0