Bakıda dəyişkən buludu hava

26 fevralda hava dəyişkən olacaq

32
(Yenilənib 17:11 25.02.2016)
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

BAKI, 25 fev-Sputnik. Fevralın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik-ə verilən məlumata görə, sabah havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 8-13, Bakıda gecə 4-6, gündüz 10-12 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 65-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə fevralın 26-da hava şəraitinin gecə və səhər bəzi yerlərdə dumanlı, çiskinli olacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, bəzi şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7, gündüz 13-18, dağlarda gecə 1-6, gündüz 8-13 dərəcə isti olacaq.

32
Teqlər:
hava proqnozu, havanın temperaturu, hava haqqında, hava, Azərbaycan, Bakı

Günəş olsa, parkda işıqlar sönməyəcək: Burada axırıncı dəfə işıq sovet dövründə yanıb

118
(Yenilənib 20:25 20.09.2020)
Naftalanda və regionda ilk-alternativ enerji mənbələrindən istifadə olunan park turistlərin və yerli sakinlərin marağına səbəb olur

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 20 sentyabr — Sputnik. 

İllərdir turizm şəhəri olan Naftalanda yerləşən Qələbə parkında işıqlandırma sistemi yox idi. Sakinlər burada gündüz rahat gedib dincələ bilirdilərsə, gecə oradan keçmək insanda hünər tələb edirdi. Qaranlığa qərq olan park, bir neçə gündü işıqılığa çıxıb.

Kurort şəhəri olan Naftalan tək nefti ilə deyil, təmiz havası, səliqəli parkları ilə seçilir. Sputnik Azərbaycan xəbər verir ki, şəhərdə turistlərin və yerli sakinlərin diqqətini çəkən pilot layihə həyata keçirilib. Abadlıq-quruculuq işləri çərçivəsində illərdən bəri işıqsız qalmış, şəhərin ən böyük parklarından sayılan Qələbə parkında yerli və xarici istehsalçıların birgə məhsulu olan yeni işıqlandırma sistemi quraşdırılıb. İşıqlar günəş enerjisi ilə qidalanan lampa və solar batareyalarla təchiz olunub.

"Naftalanda turistlərimiz də olur, qonaqlarımız da gəlir. İndiyə qədər parka gecə çıxmaq olmurdu, çünki işıqlar yanmırdı, qaranlıq olurdu. Şükür indi müasir işıqlar qoyulub. Bu işıqlandırma sistemi qənaətlidir. Digər bölgələrdə beləsini görməmişik. Bu yaxşıdır, səliqəli də görünüşü var. Parkın gözəlliyini pozmur, ona daha da yaraşıq verir".

  • Naftalanda maraqlı işıqlar
    © Sputnik / Rahim Mammadov
  • Naftalanda maraqlı işıqlar
    © Sputnik / Rahim Mammadov
  • Naftalanda maraqlı işıqlar
    © Sputnik / Rahim Mammadov
  • Naftalanda maraqlı işıqlar
    © Sputnik / Rahim Mammadov
1 / 4
© Sputnik / Rahim Mammadov
Naftalanda maraqlı işıqlar

Şəhər sakini Mahmud Həsənov müasir işıq dirəklərinin çox effektiv olduğunu deyir:

Gələcəkdə şəhər ərazisində bir neçə belə işıqlandırma sistemlərinin quraşdırılması nəzərdə tutulub. Alternativ enerjidən istifadə ilə həm də elektrik enerjisinə qənaət olunacaq.

Şəhər sakini Əbülfət Bayramov hesab edir ki, parkın ərazisindəki işıqlanmanı hamı bəyənir. Çünki bu park axırıncı dəfə sovet dövründə işıqlandırılıb. Sonrakı illərdə isə orada işıq olmayıb:

"Bu gün biz şəhər parkının işıqlandırılmasını çox müsbət qarşılayırıq. Baxırıq ki, müasir işıqdı, günəş şüası ilə işıqlanır. Bu da indiki dövrdə elektrik enerjisinə qənaətdir. Hər halda bizim büdcəmiz üçün xeyir gətirəcək".

Hazırda sözügedən Qələbə parkında 10 ədəd müasir işıq dirəkləri qoyulub. Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə gələcəkdə həmin işıqlanma sistemlərindən Naftalanın müxtəlif yerlərində quraşdırılması nəzərdə tutulub.

118
Teqlər:
kurort, park, Naftalan
Государственный экзаменационный центр

Ali məktəblərə ixtisas seçiminin vaxtı uzadılıb

9
Bu vaxta kimi 900-dən artıq abituriyent (subbakalavr) ixtisas seçimi etsə də, öz ərizələrini təsdiq etməyib. DİM tərəfindən həmin şəxslər SMS vasitəsilə məlumatlandırılıb.

BAKI, 20 sentyabr - Sputnik. Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminin vaxtı 21 sentyabr saat 10:00-dək uzadılıb. 

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək istəyən, lakin ixtisas seçimi etməyən abituriyentlər və subbakalavrlar 21 sentyabr saat 10:00-dək ixtisas seçimi ərizələrini təsdiq edə bilərlər. Həmin vaxta kimi ərizələrini təsdiq etməyənlər müsabiqədə iştirak edə bilməyəcəklər. 

Qeyd edək ki, bu vaxta kimi 900-dən artıq abituriyent (subbakalavr) ixtisas seçimi etsə də, öz ərizələrini təsdiq etməyib. DİM tərəfindən həmin şəxslər SMS vasitəsilə məlumatlandırılıb.

Qeyd edək ki, DİM bundan öncə ixtisas seçiminin bu gün - 20 sentyabr saat 23:59-da başa çatacağı barədə məlumat yaymışdı.

9
Nüvə başlığı, arxiv şəkli

Trampın elçisi: "Nüvə silahlarını Avropadan çıxarmayacağıq!"

0
(Yenilənib 21:32 20.09.2020)
Marşal Billinqsli: "Avropadan silahları çıxarmayacağıq, ancaq Rusiyanın bizimlə danışmaq istədiyi hər şeyi müzakirə etməyə hazırıq".

BAKI, 20 sentyabr — Sputnik. "ABŞ Rusiya ilə təklif olunan hər hansı bir mövzunu müzakirə etməyə hazırdır, lakin nüvə silahlarını Avropadan çıxarmayacaq".

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi elçisi Marşal Billinqsli "Kommersant" qəzetinə verdiyi müsahibəsində bildirib.

Jurnalist ABŞ-ın nüvə silahlarını Avropadan çıxarmağa hazır olub-olmadığını soruşduqda Billinqsli qəti cavab verib:

"Xeyr, biz bunu etməyəcəyik. Ancaq Rusiyanın bizimlə danışmaq istədiyi hər şeyi müzakirə etməyə hazırıq. Hələ ki, biz Rusiya tərəfindən RƏM sistemi ilə bağlı heç bir konkret təklif görməmişik".

"Əlbəttə, biz öz tərəfimizdən nüvə döyüş başlıqlarının raket əleyhinə sistemlərə quraşdırılmasını o qədər də uğurlu ideya saymırıq. Başqa sözlə desək, Rusiyanın bu sahədə etdiklərinə dair bizim də fikrimiz var. Biz RƏM mövzusunu müzakirə etməyə hazırıq, amma RƏM-lə bağlı heç bir məhdudiyyəti tətbiq etməyi nəzərdə tutmuruq", -  Billinqsli əlavə edib.

0
Teqlər:
RƏM, nüvə, Avropa, ABŞ
Əlaqədar
"Rusiyaya siqnal". ABŞ gizli sualtı qayığını Norveç sahillərinə niyə göndərib?
“Qərargah da göndərirlər”: ABŞ ordusu Avropanın şərqində nəyə hazırlaşır?
ABŞ-ın supersilahı öz vətəndaşlarına qarşı tətbiq edilib: nəticəsi...
ABŞ Rusiyaya bütün nüvə gücünü göstərəcək