Azərbaycan pasportu ilə neçə ölkəyə vizasız getmək olar?

© Sputnik / Murad OrujovAzərbaycan Respublikası vətəndaşının pasportu
Azərbaycan Respublikası vətəndaşının pasportu - Sputnik Azərbaycan
Abunə olmaq
Dünya viza məhdudiyyətləri reytinqi və ya “dünya pasportlarının indeksi” dərc olunub.

BAKI, 24 fev — Sputnik. Azərbaycan hər il Henley & Partners şirkəti və Beynəlxalq Hava nəqliyyatı assosiasiyası (IATA) tərəfindən dərc edilən dünya viza məhdudiyyətləri reytinqində 75-ci yeri tutub. 

Dünya viza məhdudiyyətləri reytinqi və ya “dünya pasportlarının indeksi” 219 ölkənin viza vermə qaydalarına əsasən tərtib olunur. Reytinqdəki mövqe bu pasport sahibinin neçə ölkəyə gedə bilməsi ilə müəyyən olunur.

Siyahıda ilk iki yeri Almaniya və İsveç tuturlar. Bu ölkələrin pasportları ilə müvafiq olaraq 177 və 176 ölkəyə getmək mümkündür. Üçüncü yeri 5 ölkə bölüşür — Finlandiya, Fransa, İtaliya, İspaniya və Böyük Britaniya. 

Azərbaycan pasportu ilə 62 ölkəyə vizasız getmək olar. Qonşularımızdan biri olan Gürcüstan siyahıda 71-ci yeri tutur (67 ölkə). Ermənistan 80-ci yerdədir (57 ölkə). Rusiya pasportu ilə 105 ölkəyə getmək olar (43-cü yer). İran 98-ci (37 ölkə), Türkiyə isə 51-ci (102 ölkə) yerdədir.

Keçmiş SSRİ respublikaları arasında ən yüksək reytinq Latviyadadır – 13-cü yer (163 ölkə). 

Siyahıda ən son yerləri İraq (30 ölkə), Pakistan (29 ölkə) və Əfqanıstan (25 ölkə) tuturlar. 

Xəbər lenti
0