Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanın əfsanəvi futbolçusu anıldı

© Sputnik/ Yuri SomovFutbol üzrə SSRİ yığmasının üzvü Anatoli Banişevski. 1966-cı il.
Futbol üzrə SSRİ yığmasının üzvü Anatoli Banişevski. 1966-cı il. - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün Anatoli Banişevskinin 70-ci ildönümü qeyd edilib.

BAKI, 23 fev-Sputnik. Bu gün Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri, uzun illər "Neftçi" komandasının heyətində oynamış, SSRİ yığmasında çıxış etmiş, dövrünün ən güclü futbolçularından hesab edilən Anatoli Banişevskinin doğum günüdür.

Sputnik AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, anadan olmasının 70-ci ildönümündə AFFA-nın və "Neftçi" Peşəkar Futbol Klubunun rəhbərliyi, veteran futbolçular, futbol ictimaiyyətinin nümayəndələri A.Banişevskinin məzarını ziyarət edib, qəbirüstü abidəsinin önünə əklillər və gül dəstələri qoyublar.

AFFA-nın baş katibi Elxan Məmmədov və "Neftçi" PFK-nın Müşahidə Şurasının sədri Çingiz Abdullayev çıxış edərək Anatoli Banişevskinin Azərbaycan futbolunun inkişafı naminə xidmətlərini xatırladıblar. AFFA-nın İcraiyyə Komitəsinin üzvü İskəndər Cavadov və Çingiz İsmayılov mərhum futbolçu ilə bağlı xatirələrini bölüşüblər. A.Banişevskinin ailəsi adından həyat yoldaşı çıxış edərək göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Xəbər lenti
0