Siyavuş Novruzovu ad günündə belə təbrik etdilər

© Photo : APASiyavuş Novruzov
Siyavuş Novruzov - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəkili "Fədai" medalı ilə təltif edilib.

BAKI, 17 fev-Sputnik. Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin yaranmasının 15 illiyi ilə əlaqədar olaraq Azərbaycan Müdafiə Nazirliyinin dəsdəyi ilə Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzində təntənəli yubiley tədbiri keçirilib.

Müdafiə Nazirliyinin rəsmilərinin, nazir müavinlərinin, millət vəkillərinin, ziyalıların qatıldığı tədbirdə şəhid ailələrinə, Qarabağ əlillərinə, Müharibə veteranlarına və vətənpərvər ictimai təşkilat rəhbərlərinə "Fədai" medalları verilib. İlk medal isə, Azərbaycan Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevə təqdim olunub.

Təltif edilənlər arasında YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov da olub. O, bu mükafata Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında, gənclər arasında vətənpərvərlik ruhunun aşılanmasında, müharibə veterenlarının, şəhid ailələrinin problemlərinin həllində yaxından iştiraka görə bu mükafata layiq görülüb.

Qeyd edək ki, bu gün Siyavuş Novruzovun 47 yaşı tamam olub.

Xəbər lenti
0