Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Cəlal Əliyevin məzarını ziyarət edib

İlham Əliyev Cəlal Əliyevin məzarını ziyarət edib

44
(Yenilənib 22:55 02.02.2016)
Prezident akademik Cəlal Əliyevin Heydər məscidində keçirilən hüzr mərasimində də iştirak edib.

BAKI, 2 fev-Sputnik. Azərbaycan prezidenti İlham Əliyev görkəmli alim, tanınmış ictimai xadim, akademik Cəlal Əliyevin məzarını ziyarət edib.

Prezident akademik Cəlal Əliyevin Heydər məscidində keçirilən hüzr mərasimində də iştirak edib.

Mərasimdə mərhumun ruhuna "Quran" ayəsi oxunub.

Cəlal Əliyev uzun sürən xəstəlikdən sonra fevralın 1-də 88 yaşında vəfat edib. O, dünən I Fəxri xiyabanda torpağa tapşırılıb.

44
Teqlər:
I Fəxri xiyaban, Quran, Akademik Cəlal Əliyev, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev