Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov

Əli Həsənov: Hakimiyyətə etiraz edənlər heç bir sosial dayağa malik deyillər

23
(Yenilənib 22:43 02.02.2016)
Azərbaycan prezidentinin köməkçisi: Bugünkü vəziyyətdə icra başçısından tutmuş sıravi vətəndaşa qədər hamı öz sosial məsuliyyətini dərk etməlidir.

BAKI, 2 fev — Sputnik. Bugünkü vəziyyətdə icra başçısından tutmuş sıravi vətəndaşa qədər hamı öz sosial məsuliyyətini dərk etməlidir. İş adamları da sosial məsuliyyətini dərk etməlidir.

Sputnik-in xəbərinə görə, bunu Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov Quba rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Ə. Həsənov bildirib ki, sahibkarlar işçiləri ixtisar etməməyə çalışmalıdırlar.

"Cənab prezident məhz buna görə sosial məsuliyyət məsələsini xüsusi vurğuladı. Hər bir rayondakı sahibkar özünü dövlətə, dövlətçiliyə, yerli insanlara bağlı hesab edirsə, sosial məsuliyyətini dərk etməli və iş yerlərində ixtisarlar aparmaqdan çəkinməlidir. Bu sahibkarlığın qarşısında qoyulan sosial məsuliyyətdir. Bələdiyyədən tutmuş icra hakimiyyətinə qədər yeni şəraitdə dövlətin qarşıya qoyduğu məsuliyyəti dərk etməlidir. İnsanların axşam öz evinə bir tikə çörək aparmaq ehtiyacının məsuliyyətini dərk edilməlidir. İnsanları problemlə təkbətək buraxmaq olmaz" deyə Ə. Həsənov bildirib.

Ə. Həsənov eyni zamanda bildirib ki, iş adamlarının qarşısında icra strukturlarının məsuliyyəti isə onlara biznesin genişləndirilməsi, sahibkarlığın inkişafı üçün şərait yaratmaqdan ibarətdir.

Prezidentin köməkçisi qeyd edib ki, bu gün bəzi dövlətlərdə sözün əsl mənasında bir tikə çörəyə ehtiyacı olan insanlar olduğunu görürük: "Azərbaycan bu vəziyyətə düşməyəcək və düşmək ehtimalı da yoxdur. Ölkəni o vəziyyətə düşməməyi üçün hamı əlindən gələni etməlidir".

Ə. Həsənov vurğulayıb ki, yerli icra strukturları özəlləşmə ilə bağlı təkliflərlə yanaşı özəlləşdirilmiş və hazırda işləməyən müəssisələrin işlək vəziyyətə gətirilməsi ilə bağlı da təklif hazırlamalıdırlar.

Prezidentin köməkçisi qeyd edib ki, hər bir dövlət məmuru, onun ailəsi, ətrafı insanların xidmətçisidir: "Vəzifə və məmur daimi deyil. Hər bir insan bu gün vəzifədədir, sabah postunu dəyişə bilər. Bu gün vəzifədə olmayan sabah vəzifədə olanın yerinə gələ bilər. Cənab prezidentin qeyd etdiyi kimi, dövlətin siyasətinin gücü xalqa arxalanmağındadır. Yerlərdə hakimiyyətə qarşı müxalifət hərəkətlərinin heç bir perspektivi yoxdur. Hakimiyyət dayanıqlıdır,  ona etiraz edənlər heç bir sosial dayağa malik deyillər. Sosial dayaq hər bir hakimiyyətin gücüdür. Dövlət və prezident belə hesab edir ki, Azərbaycan vətəndaşlarının həll olunmaz problemləri qalmamalıdır. Azərbaycanda işsiz, sosial ehtiyac hissi yaşayan vətəndaş olmamalıdır". 

23
Teqlər:
hakimiyyət, prezident, Azərbaycan, Quba, Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov
Əlaqədar
Əli Həsənov: 2015-ci ildə Azərbaycan uğurlu inkişafını davam etdirib
Əli Həsənov: Biz bu vəziyyətdən çıxacağıq
Əli Həsənov: “Üzən məzənnə”yə keçid cəmiyyət üçün itkisiz başa gəlmir
Əli Həsənov: Yalan məlumatlar yayan KİV haqqında ölçü götürüləcək
Əli Həsənov: Neft amilindən asılılıq getdikcə aşağı düşür