Mikayıl Güləddinoğlu

“Space”də Mikayıl Güləddinoğlunun verilişi bağlandı

404
Nuşirəvan Məhərrəmli: Telekanallarda yayımlanan bəzi verilişlərə baxanda utanıram. Biz media azadlığına qarşı çıxa bilmərik.

BAKI, 23 yan — Sputnik. “”Space” telekanalında yayımlanan “Sevimli şou”nun yayımı dayandırılıb. Bu, milli-mənəvi dəyərlərə verdiyimiz qiymətin nəticəsidir”.

Sputnik-in xəbərinə görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. O bildirib ki, əvvəlki illərlə müqayisədə Azərbaycan efir məkanında qanun pozuntuları minimuma endirilib: “Buna apardığımız işlər, inzibati tənbeh tədbirləri ilə nail olunub. Yerdə qalan problemlər tədricən aradan qaldırılacaq”.

Şura sədri qeyd edib ki, telekanallar öz üzərilərində çalışmalıdırlar: “Telekanallarda yayımlanan bəzi verilişlərə baxanda utanıram. Biz media azadlığına qarşı çıxa bilmərik. Eyni zamanda, telekanallarda kadr problemi bir nömrəli problemdir”.

"Sevimli şou" verilişini Mikayıl Güləddinoğlu aparırdı.

404
İtaliya Senatının Xarici işlər və emiqrasiya daimi komissiyasının sədri Vito Petroçellinin başçılıq etdiyi nümayəndə heyəti Ağdamda

İtaliya nümayəndə heyəti Ağdam şəhərində səfərdə olub - FOTO

4
İtaliya parlamentinin üzvləri burada Ermənistanın işğal zamanı Azərbaycan ərazisində törətdiyi vandalizmi öz gözləri ilə görüblər. Səfər zamanı italiyalı qonaqlar Ağdam Cümə məscidi və Ağdam Dövlət Dram Teatrının qalıqları ilə tanış olublar.

BAKI, 16 aprel — Sputnik. Xəbər verildiyi kimi, İtaliya Senatının Xarici işlər və emiqrasiya daimi komissiyasının sədri Vito Petroçellinin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Sputnik Azərbaycan-ın məlumatına görə, səfər çərçivəsində İtaliya nümayəndə heyəti işğaldan azad olunmuş Ağdam şəhərində olub. İtaliya parlamentinin üzvləri burada Ermənistanın işğal zamanı Azərbaycan ərazisində törətdiyi vandalizmi öz gözləri ilə görüblər. Səfər zamanı italiyalı qonaqlar Ağdam Cümə məscidi və Ağdam Dövlət Dram Teatrının qalıqları ilə tanış olublar.

  • İtaliya Senatının Xarici işlər və emiqrasiya daimi komissiyasının sədri Vito Petroçellinin başçılıq etdiyi nümayəndə heyəti Ağdamda
    © Photo : Milli Mejlis of the Azerbaijan Republic
  • İtaliya Senatının Xarici işlər və emiqrasiya daimi komissiyasının sədri Vito Petroçellinin başçılıq etdiyi nümayəndə heyəti Ağdamda
    © Photo : Milli Mejlis of the Azerbaijan Republic
  • İtaliya Senatının Xarici işlər və emiqrasiya daimi komissiyasının sədri Vito Petroçellinin başçılıq etdiyi nümayəndə heyəti Ağdamda
    © Photo : Milli Mejlis of the Azerbaijan Republic
1 / 3
© Photo : Milli Mejlis of the Azerbaijan Republic
İtaliya Senatının Xarici işlər və emiqrasiya daimi komissiyasının sədri Vito Petroçellinin başçılıq etdiyi nümayəndə heyəti Ağdamda

Qonaqlar ermənilərin müharibə cinayətləri, mədəni, tarixi, dini abidələri məhv etmələri barədə ətraflı məlumatlandırılıb. Onlara məlumat verilib ki, Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən idi. Ermənilər işğal etdikləri Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları, istehsal müəssisələrini talan edib, uçurub və yandırıblar. Erməni vandalları hətta Şəhidlər xiyabanlarını, qəbristanlıqları da dağıdıblar.

Ağdam səfəri zamanı İtaliya nümayəndə heyətini Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli və digər rəsmi şəxslər müşayiət ediblər.

4

Bağbanlar köçürülüb, yurdları qalıb - VİDEO

3
(Yenilənib 10:40 16.04.2021)
1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal olunan kənd 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatdan sonra Azərbaycanın nəzarətinə qayıdıb.

BAKI, 16 aprel — Sputnik. Azərbaycan Müdafiə Nazirliyi Ağdam rayonunun Bağbanlar kəndindən videogörüntülər yayıb.

Sputnik Azərbaycan görüntüləri təqdim edir.

Bağbanlar Ağdam rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Qarqar çayının sağ sahilindən bir qədər aralı, Qarabağ düzündə yerləşir. 1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal olunan kənd 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatdan sonra Azərbaycanın nəzarətinə qayıdıb.

3
Teqlər:
Müdafiə Nazirliyi, video, Azərbaycan, Qarabağ, Ağdam