Formula-1 yarışları

Formula 1 Azərbaycana qazandıracaq?

489
(Yenilənib 14:44 11.01.2016)
İdman sahəsinin peşəkarları Bakıda keçiriləcək beynəlxalq idman tədbirinin əhəmiyyətini izah edirlər

BAKI, 11 yan — Sutnik. 2016-cı ilin yay aylarında Azərbaycanda növbəti beynəlxalq idman tədbiri — Formula 1 keçiriləcək. Bu yarışların Azərbaycanda keçirilməsinin əhəmiyyəti ilə bağlı Sputnik əməkdaşı, idman sahəsində öz sözünü demiş peşəkarların münasibətini öyrənib.

Ə

Афган Хамзаев, судья международной категории
© Photo : Ə.Həmzəyevin şəxsi arxivindən
Афган Хамзаев, судья международной категории

Əfqan Həmzəyev — beynəlxalq dərəcəli hakim: "Formula 1 dünyada çox məşhur idman növüdür. Kütləvi azarkeş ordusuna malikdir. Bu yarış elitar yarış hesab olunur, yəni dünyanın bahalı və tanınmış brend avtomobil firmaları bir növ güc nümayiş etdirirlər.

Təbii ki, bu yarışın bizdə keçiriliməsi çox qururverici haldır. Azərbaycanın dünyada tanınması və reklamı üçün əvəzolunmaz şansdır. Çünki bu yarış dünyanın, demək olar ki, hər yerində canlı verilir. Bundan əlavə keçirilən ölkənin geniş icmalı gedir. Həm də çox rentabelli yarışıdır, yəni marketinqi doğru təşkil olunsa, çoxlu gəlir əldə edə bilərik.

Ümid edək ki, bu yarış bizə tək sevinc yox, həm də dövlət büdcəmizə gəlir də gətirəcək. Əks halda, bunun faciəvi nəticələri də bizə pis təsir edə bilər. Amma mən hökümətimizə inanıram ki, onlar məhz bütün amilləri nəzərə alıb bu yarışı keçirməyə tam hazırdırlar".

Aydın Səfərov — karate (kata) üzrə çempion: "Hər bir yarışın müsbət cəhətləri var, əsas odur ki, bu yarışlar sadə insanların həyat tərzinə maneəçilik törətməsin. Şəxsən mən hesab edirəm ki, bizim bundan daha vacib işlərimiz var.

Айдын Сафаров, чемпион по каратэ
ŞƏXSİ FACEBOOK SƏHİFƏSİNDƏN
Айдын Сафаров, чемпион по каратэ

Hazırda bu yarışla insanların yaşayış səviyyələri arasında disbalans var. Hələ bundan öncə əhalinin maaşları artmalıdır, təhsil, səhiyyə və s. sahələrdə islahatlar olmalıdır, həmçinin də kənd təsərrüfatında.

Bunlar ölkənin təməlidir, eyni zamanda gömrük sistemində. Bu islahatlardan sonra belə yarışlar keçirilə bilər. Avropalıların nəyi bizdən artıqdır ki? Bu gün üçün aktual görmürəm bu yarışı".

Ильхам Магеррамов, параолимпиец
şəxsi facebook səhifəsindən
Ильхам Магеррамов, параолимпиец

İlham Məhərrəmov — paraolimpiyaçı: "Belə yarışların bizə nəsə qazandıracağını düşünmürəm. Heç olmasa bu Formula 1-i Kürdəmirdə keçirsəydilər, yenə bilərdik ki, qazancımız gözəl yor örtüyü olacaq".

489
Teqlər:
İlham, Aydın, Əfqan, Formula 1, Bakı, yarış, idman
Əlaqədar
Azərbaycanlı idmançılar növbəti dəfə dopinq qalmaqalı ilə üzləşiblər
Formula 1-ə hazırlıqla bağlı Bakı küçələrində hərəkət məhdudlaşdırılıb
Devalvasiya Formula 1 və İslam Oyunlarının büdcəsinə təsir etməyəcək
Bakıda Formula I Avropa Qran Prisinə hazırlıqla bağlı yollar bağlanıb
Azərbaycanda "Formula-1" yarışına ciddi hazırlıq gedir
Чингиз Абдуллаев

Xalq yazıçısı: “Tariximizi unutsaq, onlar yenidən işğala başlamaq üçün güc toplayacaqlar”

3
(Yenilənib 09:49 05.12.2020)
Xalq yazıçısı Çingiz Abdullayev deyir ki, bizim uşaqlarımızın, nəvələrimizin belə bir muzeyi olmalıdır ki, onlar gəlib görsünlər və heç zaman yaddan çıxarmasınlar
Çingiz Abdullayev: “Bizim tarixi muzeylərimiz çox olmalıdır”

Prezident İlham Əliyev Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb.

Xalq yazıçısı Çingiz Abdullayev Sputnik Azərbaycan-a deyir ki, imzalanmış bu Sərəncam çox lazımlıdır:

“Bizim uşaqlarımızın, nəvələrimizin belə bir muzeyi olmalıdır ki, onlar gəlib görsünlər və heç zaman yaddan çıxarmasınlar. Əgər biz bu tarixi unutsaq, onlar torpaqlarımızı işğal etmək üçün yenidən güc toplayacaqlar. Mən inanmaq istəyirəm ki, bu məsələ həmişəlik həll olunub, müharibə bitib və biz bir daha torpaqlarımızı itirməyəcəyik. Bizim tarixi muzeylərimiz çox olmalıdır ki, uşaqlarımız tariximizi bilsinlər”.

Çingiz Abdullayevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

3

Göyçaylı xəstəni polis küçədə tutdu

5
Məmmədov evdə özünü təcrid etməli olduğu halda karantin qaydalarını pozaraq ictimaiyyət arasına çıxıb. Polis əməkdaşları tərəfindən onun olduğu yer müəyyən olunub və yaşadığı ünvana göndərilib

 

BAKI, 5 dekabr — Sputnik. Göyçay şəhər sakini Xasi Məmmədov COVID-19 virusunun daşıyıcısı olduğu üçün ev şəraitində müalicəyə cəlb olunub.

Sputnik Azərbaycan DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, ancaq o, evdə özünü təcrid etməli olduğu halda karantin qaydalarını pozaraq ictimaiyyət arasına çıxıb. Polis əməkdaşları tərəfindən onun olduğu yer müəyyən olunub və yaşadığı ünvana göndərilib.

X.Məmmədov barəsində Göyçay RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

5
Teqlər:
polis, karantin, qayda pozuntusu, xəstə, Koronavirus, Göyçay
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar