Azər Rəşidoğlu, politoloq

"Azərbaycan Səudiyyə-İran gərginliyində neytral qalmalıdır"

456
(Yenilənib 13:11 11.01.2016)
Azər Rəşidoğlu: "Tehran nüvə silahının yaradılması üzrə öz proqramını bərpa edəcək və Qərblə əldə olunan razılaşma öz aktuallığını itirəcək"

BAKI, 11 yan — Sputnik. Səudiyyə Ərəbistanı ilə İran arasında gərginləşən münasibətlər "soyuq savaş" həddinə çatıb. Şiə alimi şeyx ən Nimrlə birlikdə 47 nəfər din aliminin Səudiyyə Ərəbistanında edam edilməsi Yaxın Şərqdə ciddi proseslərə səbəb oldu. İran və Səudiyyə arasında diplomatik əlaqələr kəsildi. Bu və digər məsələlərlə bağlı "Tolerantlıq" Sosial Araşdırmalar Birliyinin sədri, politoloq Azər Rəşidoğlunun Sputnik-ə müsahibəsini təqdim edirik:

— Ər-Riyad bölgənin müstəqil oyunçusu deyil. Səudiyyə Ərəbistanı bölgədə ABŞ və İsrailin maraqlarına xidmət edir və "Sem dayı"nın dəyənəyi rolunu oynayır. Səudiyyə və bir sıra ərəb ölkələri, məsələn, Bəhreyn, Qatar, BƏƏ Vaşinqtonun nəzarətində olan islam ölkələri kimi səciyyələndirilirlər və Qərblə qarşıdurma yaşayan Tehrana təzyiq vasitəsi kimi nəzərdə tutulurlar. Burada məqsəd neftin qiymətinə nəzarəti əldən verməməkdir. Yəni, savaş neft gəlirləri uğrunda gedir, söhbət radikal şiələrdən və sünnilərdən getmir. Məzhəb qarşıdurması sadəcə bir görüntüdür. Baş verənlər birbaşa neft diplomatiyasına xidmət edir. Ümumiyyətlə, şiə-sələfi qarşıdurması teologiyanın predmeti deyil, söhbət boru kəmərləri diplomatiyasından gedir. Bu gün Suriyada nə baş verir? Tehran Bəşər Əsəd hökumətini dəstəkləyir, Ər-Riyad isə qarşıdurmanın ilk günündən Azad Suriya Ordusunu dəstəkləyib və dəstəkləməkdə davam edir. Səudlar İŞİD-ə dəstək verən əsas ölkədir. Hər halda bu terrorçu təşkilata əsas maliyyə axını Ər-Riyaddan gəlir. Bu siyasəti uğurla həyata keçirə bilmək üçün məzhəb savaşı alovlandırılır. İstisna deyil ki, Yaxın Şərq yaxın illər ərzində şiə və sünnilərin münaqişəsi poliqonuna çevriləcək. Baş verənlərin idarəolunan xaos nəzəriyyəsinin tərkib hissəsi olduğunu şərh etməyə ehtiyac belə yoxdur. Bu, aksiomadır.

- Baş verənlər Tehran — Vaşinqton münasibətlərinə hansı təsiri göstərə bilər?

— Danışıqlar pozula bilər. Ən pis variantda, Tehran nüvə silahının yaradılması üzrə öz proqramını bərpa edəcək və Qərblə əldə olunan razılaşma öz aktuallığını itirəcək. İsrailin istədiyi də elə budur. İranın Qərbə birbaşa neft satması perspektivi bölgə ölkələrinin heç də hamısının maraqlarına cavab vermir. Məsələ ondadır ki, Vaşinqtonun əsas müttəfiqi olan Ər-Riyad da Tehran — Qərb razılaşmasına qısqanclıqla yanaşır. Səudlar bölgədəki neft sərvətlərinə özləri sahib çıxmaq istəyirlər. Xatırlayırsınızsa, 2011-ci ildə Səudlar Pakistanın sünni çoxluğu ilə razılaşmanı əsas götürərək, Bəhreynə sabitliyi bərpa adı ilə qoşun yeritdilər və təbii ki, əsas məqsəd bu ölkənin zəngin neft yataqlarına sahib olmaq maraqları idi. O zaman İran da proseslərə müdaxilə etmək istədi. Lakin Səudiyyə, Türkiyə və Qərb İranın nəzərinə çatdırdılar ki, Bəhreyn probleminə Tehranın müdaxiləsinə imkan verilməyəcək. Göründüyü kimi, Səudiyyə və İran arasında münaqişə çoxdan mövcuddur. Bu gün də Ər-Riyadın təzyiqləri Ankaranı narahat edir. Ankara öz diplomatiyasında Yaxın Şərq siyasətinə böyük önəm verir və ərəb ölkələrində möhkəmlənməklə bölgənin liderinə çevrilmək istəyir. Bu da Teheranın maraqlarına ziddir.

- Deməli, özünüz də təsdiq edirsiniz ki, baş verənlərin kökündə məzhəb qarşıdurması amili də dayanır…

— Bu ilk baxışdan belə görünür. Diqqətlə nəzər saldıqda, əmin olmaq olur ki, baş verənlər məzhəb uğrunda mübarizədən daha çox Yaxın Şərq uğrunda mübarizədir. İran artıq ciddi şəkildə Yaxın Şərqdəki proseslərə müdaxilə etməyə başlayıb. Yuxarıda da qeyd etdim ki, bu proses Bəhreyn və Yəməndə də birbaşa özünü göstərib. Unutmaq olmaz ki, İran ordusu və Tehranın dəstəklədiyi "Hizbullah" Suriyada fəaliyyət göstərir. İran Suriyadakı müxaliflərə qarşı mübarizə aparır. Göründüyü kimi, məsələ təkcə sünni-şiə qarşıdurması ilə yekunlaşmır. Baş verənlər güclü dövlətlər tərəfindən gündəmə gətirilmiş məsələyə bənzəyir. Bu məsələ daha çox siyasi və geosiyasi çalarlara malikdir.

- Ancaq savaşı aparan müsəlmanlardır…

— Ümumiyyətlə, Yaxın Şərqdə əhalinin böyük əksəriyyəti müsəlmanlardır. Həm də müsəlman əhalisi ayrı-ayrı məzhəb daşıyıcıları olduğundan, prosesə din qatqısı da əlavə olunur. Bu da region əhalisinin özünün məhz dini yox, qlobal proseslərin siyasi oyunçusuna çevrilməsini təmin edir. Yəni, bölgədə məzhəb savaşına qoşulanlar özləri də bilmədən qlobal güclərin yanında yer almış olurlar. Bu proseslər ideoloji yox, geosiyasi və geoiqtisadi maraqlar fonunda əhəmiyyət kəsb edir. Yəni qlobal güclərin orbitində olan dövlətləri dini-ideoloji maraqlar yox, strateji ölçülü geosiyasi və geoiqtisadi maraqlar şirnikləndirir.

- Azərbaycan kiminlədir və ya Bakı bu durumda hansı mövqe tutmalıdır? Şiə İranın, yoxsa sələfi Səudiyyənin yanında olmalıdır?

— İlk baxışdan, şiələr Azərbaycanda çoxluq təşkil edir. Lakin sual açıq qalır — Azərbaycanın rəğbəti kimədir? Tehran-Bakı münasibətlərində yaranan gərginlik fonunda Səudiyyə Ərəbistanı Azərbaycan hakimiyyətinin müttəfiqidir və Ermənistanla diplomatik münasibətləri yoxdur, İran isə İrəvanla sıx əməkdaşlıq edir. Lakin sağlam məntiq onu tələb edir ki, Azərbaycan Səudiyyə Ərəbistanı-İran gərginliyində neytral qalsın. Lakin bu məsələ o dərəcədə dərinləşməkdədir ki, Bakının proseslərə hansısa formada cəlb ediləcəyi istisna edilmir.

- Bunun Azərbaycana hansı təsiri ola bilər ki?

— Azərbaycanda demokratik institutların zəiflliyi fonunda etnik və yaxud dini qarşıdurmanın mümkünlüyü qaçılmaz olur. Demokratiyanın zəifliyi isə radikalizmə yol açır. Bu, dini və etnik qarşıdurma ilə sonuclana bilər. Belə qarşıdurmanı mümkün edən amillərdən biri də ölkədə baş verən sosial ədalətsizlik hallarıdır. Bu kimi neqativ göstəricilər millətçiliyin və etnik separatizmin, dini radikallığın inkişafına rəvac verir. Problemlərin mövcudluğunda əsas etnosu günahkar bilmək, hakimiyyəti məhz dominant etnosun təmsilçiliyi kimi göstərmək milli zəmində qarşıdurma yaratmaq istəyən qrupların fəaliyyəti üçün tam şərait yaradır. Odur ki, Bakı belə qarşıdurmalardan uzaq dursa, daha məqbuldur.

- Rusiya ilə Türkiyə arasında yaşanan gərginliyi necə dəyərləndirisiniz?

— Rusiya ilə Türkiyə arasında yaşananlar, bütün pafos və sərt ritorikaya baxmayaraq, ilk mərhələdə istər Kremlin, istərsə də Çankayanın maraqlarına cavab verirdi. Xarici düşmən amili hər iki hakimiyyətə ölkə daxilində nüfuzlarını artırmağa xidmət edən siyasi texnologiya idi. Lakin bu, uzun müddət davam edə bilməz. Unutmaq olmaz ki, Vaşinqton Suriyada Moskvaya qarşı açıq çıxış etmədi və Ankaranı dəstəkləməklə məhdudlaşdı. Düşünürəm ki, Rusiya Suriyada uzun müddət qalmayacaq və bölgənin iki əsas oyunçusu olan Ankara və Moskva arasındakı savaş tezliklə bitəcək. Moskva artıq Kiyevlə barışmağa başlayıb. Türkiyə isə bölgənin mühüm oyunçusudur və odur ki, öz maraqlarına xidmət edən addımlar atacaq. Ankaraya Yaxın Şərqdə möhkəmlənmək lazımdır, ona başqa savaşlar lazım deyil. Nə Qafqaz, nə Şərqi Avropaya təsir imkanları Ankara üçün prioritet deyil. Ankara strategiyasında Yaxın Şərqi nəzarətə almaq mühümdür. Prinsipcə, bu, neoosmanlıçılıq siyasətidir və Türkiyə bu müstəvidə uğurlara imza atır. Eyni zamanda Rusiya Türkiyə ilə münasibətlərini normallaşdırmaqda maraqlıdır

- Azərbaycanda iqtidar-müxalifət münasibətlərinin durumunu necə təhlil edərdiniz?

— Ölkədəki iqtisadi böhran yeni siyasi münasibətlərin də formalaşmasını labüd edir. İqtidar ciddi islahatlara getməyə məhkumdur və düşünürəm ki, demokratik açılım olacaq. Dövlət başçısı son çıxışlarında bu barədə açıq mesajlar verdi. Lakin ölkədə yeni münasibətlər sistemi də formalaşdırmaq lazım gəlir. Əslində, söhbət yeni müxalifətin formalaşmasından gedir. Artıq mövsümi tədbirlər planı işləməklə protest elektoratının rəğbətini qazanmaq imkansızıdr. Bu baxımdan, protest elektoratı yalnız tənqid eşitmək istəmir, eyni zamanda, vəziyyətdən çıxış yollarını göstərənləri alqışlayır. Son zamanlar Azərbaycanda müstəqil iqtisadçılar özlərini əsl reformator kimi təsdiq edə bildilər. Bu, artıq alternativ paradiqmadır və əminən ki, gələcəkdə məhz belə ekspertlər siyasi müstəvinin əsas oyunçusuna çevriləcəklər. Söhbət yalnız iqtisadi ekspertlərdən də getmir, politoloqlar, siyasi icmalçılar mövcud siyasi sistemə, iqtidar, ya müxalifət olmasından asılı olmayaraq, sivil alternativ kimi çıxış etməyə başlayıblar. Bu, münasibətləri normallaşdıran başlıca amildir.

456
Teqlər:
azər rəşidoğlu, İran, Səudiyyə Ərəbistanı, Bakı, Rusiya, Türkiyə, Azərbaycan
Mövzu:
İran - Səudiyyə Ərəbistanı qarşıdurması (10)
Əlaqədar
Ərdoğan İranı ikiüzlü adlandırdı
Küveyt də İrandakı səfirini geri çağırdı
"İran-Ərəb gərginliyi məzhəb savaşına səbəb olacaq"
İran və Rusiya ortaq bank yaratmaq istəyir
Səudiyyə Ərəbistanı dövlət neft şirkətinin hissələrini satışa çıxarıb
İbrahimi: baş verən faciədə birbaşa Səudiyyə iqtidarı günahkardır
Səudiyyə kralı faciəyə görə 3 nəfəri vəzifədən azad etdi
Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterres

BMT baş katibi narahat oldu - Qarabağa görə

0
Antoniu Quttereş hərbi əməliyyatları dayandıraraq yubanmadan konstruktiv danışıqlar aparmağa çağırıb.

BAKI, 27 sentyabr - Sputnik. BMT Baş katibi Antoniu Quttereş Azərbaycan və Ermənistana çağırış edərək hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Quterreşin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib.

"Baş katib Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xətti boyunca hərbi əməliyyatların yenilənməsindən çox narahatdır. O, güc tətbiqini qınayır və mülki əhali arasında itkilərə görə təəssüfünü bildirir", - məlumatda deyilir.

Antoniu Quttereş hərbi əməliyyatları dayandıraraq yubanmadan konstruktiv danışıqlar aparmağa çağırıb.

0
Teqlər:
BMT, Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Ermənistan ordusunun öldürdüyü beş nəfərin adları açıqlandı
Azərbaycan XİN: Ermənistan rəsmisinin irqçi və şovinist açıqlamasını pisləməyə çağırırıq
Ermənistan ordusunun silah-sursat anbarı məhv edilib - VİDEO
MN: Ermənistanın Ağdərə istiqamətindəki komandanlığına təslim olmaq təklif edilib
Baş Prokurorluq Ermənistan ordusunun yaraladığı əhali barədə məlumat yaydı

Ermənistan ordusunun öldürdüyü beş nəfərin adları açıqlandı

33
"Ermənistan tərəfinin bu vəhşilik aktını qətiyyətlə qınayır, mülki şəxslərin atəşə tutulması və bu yolla dinc əhalinin qorxu içində saxlanılması cəhdinə son verməyi tələb edirik" - Azərbaycan XİN

BAKI, 27 sentyabr - Sputnik. Cari ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində Azərbaycanın Naftalan rayonunun Qaşaltı kəndinin sakini 1951-ci il təvəllüdlü Qurbanov Elbrus və onun dörd ailə üzvü, 1956-cı il təvəllüdlü Qurbanova Şəfayət, 2006-cı il təvəllüdlü Qurbanova Fidan, 2007-ci il təvəllüdlü Qurbanov Şəhriyar və 1981-ci il təvəllüdlü Əmirova Afaq həlak olublar.

Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, Ermənistan tərəfi Azərbaycanın mülki əhalisini və infrastrukturunu məqsədyönlü şəkildə hədəfə almaqla beynəlxalq hüququn norma və prinsiplərini, xüsusilə də beynəlxalq humanitar hüquq və 1949-cu il Cenevrə Konvensiyalarını kobudcasına pozur: 

"Ermənistan tərəfinin bu vəhşilik aktını qətiyyətlə qınayır, mülki şəxslərin atəşə tutulması və bu yolla dinc əhalinin qorxu içində saxlanılması cəhdinə son verməyi tələb edirik.

Beynəlxalq ictimaiyyət tərəfindən işğalçı ölkənin Azərbaycanın mülki əhalisini hədəfə alan müharibə cinayətləri əməllərinə son verməsini Ermənistandan tələb edilməsi zəruridir. 

Ermənistan silahlı qüvvələrinin təcavüz aktı nəticəsində həyatını itirmiş mülki şəxslərimizin yaxınlarına dərin hüznlə başsağlığı veririk".

33
Teqlər:
açıqlama, Azərbaycan XİN, ölənlər və yaralılar, ölənlər, erməni təxribatı, cəbhə, Dağlıq-Qarabağ münaqişəsi, Dağlıq Qarabağ
Əlaqədar
MN: Ermənistanın Ağdərə istiqamətindəki komandanlığına təslim olmaq təklif edilib
Baş Prokurorluq Ermənistan ordusunun yaraladığı əhali barədə məlumat yaydı
Ermənistan ordusunun mərmiləri Tərtərdə evləri viran etdi - FOTO
Ermənistan ordusunun silah-sursat anbarı məhv edilib - VİDEO
Azərbaycan XİN: Ermənistan rəsmisinin irqçi və şovinist açıqlamasını pisləməyə çağırırıq