Bakıda 20 min dollara civə satanlar yaxalanıb

© gazeta-bam.ruhəbs
həbs - Sputnik Azərbaycan
Abunə olmaq
Abşeron rayon sakini İsmayıl Quliyev və Bakı şəhər sakini Ayaz Davidov 196 qram ağ civəni 20 min ABŞ dollarına satarkən tutulublar.

BAKI, 9 yan — Sputnik. Bakıda civə satan şəxslər yaxalanıb.

Sputnik-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini İsmayıl Quliyev və Bakı şəhər sakini Ayaz Davidov 196 qram ağ civəni 20 min ABŞ dollarına satarkən tutulub.

Xəbər lenti
0