вступительные экзамены

İmtahan sessiyasının şəffaf keçirilməsi ilə bağlı görüşlər başlayıb

46
(Yenilənib 19:11 08.01.2016)
Azərbaycan Dövlət İqtisad Universitetində "Bilik şəffaf və obyektiv qiymətləndirilməlidir" devizi altında görüşlərə start verilib.

BAKI, 8 yan-Sputnik. Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "Bilik şəffaf və obyektiv qiymətləndirilməlidir" devizi altında görüşlərə start verilib.

UNEC-in mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, təhsil nazirinin "İmtahan sessiyasının təşkili və keçirilməsi barədə" əmrinə əsasən həyata keçirilən ilk görüşdə təhsil mütəxəssisləri və QHT nümayəndələri qış imtahan sessiyasının gedişini izləyiblər.

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov, Azərbaycan Təhsil Şurasının sədri, əməkdar müəllim, pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev, "XXI Əsr" Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri Etibar Əliyev, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev, "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, "Azad Müəllimlər" Birliyinin sədri Məlahət Mürşüdlü, təhsil üzrə mütəxəssislər Nadir İsrafilov və Böyükağa Mikayıllıdan ibarət nümayəndə heyəti UNEC-in bütün tədris binalarında olublar. İmtahan prosesini yaxından izləyən və tələbələrlə söhbət edən müşahidəçilər sonda UNEC-in rektoru, professor Ədalət Muradovla görüşüblər.

Görüş iştirakçıları UNEC-in innovativ metodlarla idarə olunduğunu və bunun dövrün tələblərinə cavab verən mütəxəssis hazırlığı üçün mühüm şərtlərdən biri olduğunu bildiriblər. Universitetdə tələbə biliyinin qiymətləndiriləsində yeni mərhələyə qədəm qoyulduğunu müşahidə etdiklərini bildirərək, bu təcrübənin digər ali məktəblərdə də tətbiq olunmasını məqsədəuyğun hesab ediblər. Müşahidəçilər "biliyə düzgün qiymət vermək dövlətə ən böyük xidmətdir" deyərək, həm də UNEC-in elektron universitetə çevrilməsinin dövlətin elektron hökumət siyasətinin həyata keçirilməsinə dəstək olduğunu vurğulayıblar. 500 tələbənin bir saat ərzində imtahan verməsi və elektron apellyasiyanın tələbənin vaxtına qənaət etməsi üçün mühüm amil olduğunu da qeyd ediblər.

UNEC-də qış imtahan sessiyası fevralın 1-dək davam edəcək.

46
Teqlər:
professor Şahlar Əsgərov, UNEC-in rektoru, professor Ədalət Muradov, Böyükağa Mikayıllı, Nadir İsrafilov, "Azad Müəllimlər" Birliyinin sədri Məlahət Mürşüdlü, "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev, XXI Əsr" Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri Etibar Əliyev, Azərbaycan Dövlət İqtisad Universiteti, UNEC, imtahan, professor, tələbə
Əlaqədar
İqtisad Universiteti devalvasiya ilə bağlı mühüm addımlar atıb
Təhsil naziri: Azərbaycana kreativ düşüncəli peşəkarlar lazımdır
HHQ-nin təlim-döyüş uçuşları

Azərbaycan Hərbi Hava Qüvvələrinin təlim-döyüş uçuşlarından möhtəşəm görüntülər-VİDEO

2
(Yenilənib 18:39 24.09.2020)
Müasir manevrli hava döyüşlərinin aparılması üzrə tapşırıqların yerinə yetirilməsi zamanı təyyarələrin ekipajları növbə ilə düşmənin yer hədəflərinin aşkarlanması və məhv edilməsi tapşırıqlarını icra edirlər.

BAKI, 24 sentyabr — Sputnik. Müdafiə Nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) təlim-döyüş uçuşları keçirilir.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, uçuşlar zamanı əsas diqqət müxtəlif hündürlüklərdə və sürətlərdə hücum və müdafiə manevrlərindən istifadə edərək pilotaj texnikasına yönəldilir.

Müasir manevrli hava döyüşlərinin aparılması üzrə tapşırıqların yerinə yetirilməsi zamanı təyyarələrin ekipajları növbə ilə düşmənin yer hədəflərinin aşkarlanması və məhv edilməsi tapşırıqlarını icra edirlər.

https://www.youtube.com/watch?time_continue=9&v=qDnTN-ENFss&feature=emb_logo

2
Teqlər:
hərbi təyyarə, döyüş, Azərbaycan Hərbi Hava Qüvvələri, Müdafiə Nazirliyi
Tələbələr imtahan verirlər, arxiv şəkli

Bəzi tələbələrin təhsil haqqı dövlət tərəfindən ödəniləcək

3
(Yenilənib 18:00 24.09.2020)
Bu abituriyentlər sənədlərini hazırlamalı və universitetə təqdim etməlidirlər. Yalnız bundan sonra onların təhsil haqqı dövlət hesabına ödəniləcək.

BAKI, 24 sentyabr — Sputnik. Ola bilsin ki, gələcəkdə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan abituriyentlər sənəd qəbulu zamanı müəyyən edilsin.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, hazırda ali məktəblərə sənəd qəbulu zamanı abituriyentin həssas qrupa aid olub-olmadığı bilinmir:

"Amma ola bilsin ki, belə abituriyentlərin sosial statusu ilə bağlı gələcəkdə təqdim edə biləcəkləri sənəd əsasında onların sayını elə sənəd qəbulu zamanı müəyyən edək. Bu səbəbə görə hazırda bizdə bu il ali məktəbə qəbul olan həssas təbəqəyə aid olan abituriyentlərin sayı barədə məlumat yoxdur. Biz ərizələri qəbul edən zaman şəxsiyyət vəsiqəsinin FİN kodu ilə abituriyentin kimliyini yoxlayırıq".

M.Abbaszadə əlavə edib ki, ödənişli ixtisaslara qəbul olunanların bir qisminin təhsil haqqı dövlət hesabına ödəniləcək:

"Bu, qaçqın və məcburi köçkünlər, şəhid ailələrinin üzvləri üçün həmişə olub, amma bu ildən valideyn himayəsindən məhrum olan və s. həssas əhali qrupuna aid edilən ailələrin övladlarının təhsil haqları dövlət tərəfindən ödəniləcək. Bu abituriyentlər sənədlərini hazırlamalı və universitetə təqdim etməlidirlər. Yalnız bundan sonra onların təhsil haqqı dövlət hesabına ödəniləcək".

3
Teqlər:
Məleykə Abbaszadə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası, Dövlət İmtahan Mərkəzi
MDU, arxiv şəkli

Rusiyada oxumağa gedənlərə müjdə: kvota iki dəfə artırılacaq təqaüdlər gözlənilir

0
(Yenilənib 18:37 24.09.2020)
Rusiyanın "Rossotrudniçestvo" agentliyinin rəhbəri Yevgeni Primakov hesab edir ki, yaxın xaric və Baltikyanı ölkələrdən olan abituriyentlərə Rusiya universitetlərində pulsuz yerlərin verilməsi formatı islah olunmalıdır.

BAKI, 24 sentyabr — Sputnik, Aleksey Stefanov. Rusiya Dövlət Dumasının deputatı Yevgeni Primakov bu il iyunun sonunda "Rossotrudniçestvo" agentliyinin rəhbəri təyin edilib. O, dərhal Rusiya agentliyinin fəaliyyətində ciddi dəyişikliklər vəd edib.

“Rossotrudniçestvo”nun yeni rəhbəri Rusiyanın ali məktəblərində xarici vətəndaşların təhsil alması üçün kvotaların ayrılması sistemini ağrılı mövzulardan biri kimi qeyd edib.

"Kvotaların sayı artacaq. Prezident deyib ki, onların sayı daha çox olacaq. 2023-cü ilə qədər kvotaların sayı iki dəfə artmalıdır. Amma biz Təhsil və Elm Nazirliyindən, Dövlət Dumasından olan həmkarlarımızla müzakirə edirik ki, kvota ilə bağlı söhbət özü o qədər də səmərəli deyil", – Primakov Sputnik agentliyinə bildirib.

O, Belarusu nümunə gətirib – bu ölkə üçün ali məktəblərdə çox sayda büdcə yerləri ayrılıb, lakin Rusiya üçün "hətta Polşa ilə rəqabət aparmaq çətindir".

"Polyaklar yalnız oxumağa imkan vermir, həm də bəzi təqaüdlər, tələbələr üçün qrantlar ayırırlar. Biz əgər uşaqlara yalnız gəlmək və oxumaq təklif ediriksə, rəqabət aparmaq çətindir. Sistemi təkmilləşdirmək lazımdır ki, müəyyən məqamda heç olmasa bu kvotaların bir hissəsində qrantlar və təqaüdlər komponenti olsun. Yalnız "gəl oxu" yox, həm də təyyarə bileti, ev və ya yataqxana haqqını ödəmək imkanı olmalıdır", – Primakov bildirib.

O deyib ki, "Rossotrudniçestvo" əcnəbi tələbələrin Rusiyaya gələrək təhsil aldıqları sahədə yüksək səviyyəli mütəxəssis və ekspert olmalarında, təhsil alandan sonra isə evə qayıdaraq orada onlar üçün əhəmiyyətli mövqe tutmasında, yaxşı işlərinin olmasında maraqlıdır. Lakin indiki sistemdə bu planları həyata keçirmək tez-tez mümkün olmur.

“Rusiyaya gələn uşaqlar var ki, onlar ağır şəraitə düşürlər, dalandar, taksi sürücüsü kimi işləməyə gedirlər. Bu, hətta bizim büdcə vəsaitlərimizin bu uşaqların təhsilinə xərclənməsi baxımından da düzgün deyil", – Primakov bildirib.

O, əlavə edib ki, hələ ki kvotaların ayrılması sistemində islahatların aparılması ilə bağlı aydın planlar yoxdur, problem hələ yalnız müzakirə olunur. Lakin Primakov əmindir ki, islahatsız artıq olmaz.

Xarici tələbələr üçün büdcə yerlərinin 15 mindən 30 minə artırılması məsələsi 2020-ci ilin əvvəlində Dövlət Dumasında geniş müzakirə olunub. Həmin vaxt Dumanın MDB İşləri, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqələr Komitəsinin sədri Leonid Kalaşnikov 15 min yerin Rusiyanın beynəlxalq roluna və humanitar qüvvəsinə uyğun gəlmədiyini deyib. O da təkcə Belarus vətəndaşları üçün 10 min büdcə yeri ayıran Polşanı və hər il 5 min Moldova vətəndaşını pulsuz oxudan Rumıniyanı nümunə gətirib. Halbuki Rusiyada təhsil almaq üçün müraciət edən əcnəbilərin sayı 100 min nəfərə yaxındır. Nəticədə, Təhsil və Elm Nazirliyi əcnəbi tələbələr üçün kvotaların sayını 30 min nəfərə qədər artırmağı planlaşdırır.

 

0
Teqlər:
Rossotrudniçestvo, Yevgeni Primakov