CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DTX Nardaran sakininin məxfi əməkdaşlığa cəlb edildiyini açıqlayıb

© Photo : STRМИНИСТЕРСТВО НАЦИОНАЛЬНОЙ БЕЗОПАСНОСТИ АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ
МИНИСТЕРСТВО НАЦИОНАЛЬНОЙ БЕЗОПАСНОСТИ АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ - Sputnik Azərbaycan
Abunə olmaq
Nardaran qəsəbə sakini Natiq Kərimovun dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr müəyyən edilib.

BAKI, 7 yan-Sputnik. Dövlət Təhlükəsizliyi Xidməti Nardaran sakini Natiq Kərimovun həbsi ilə bağlı açıqlama yayıb.

Sputnik Dövlət Təhlükəsizliyi Xidmətinin (DİN) mətbuat xidmətinin məlumatına istinadla xəbər verir ki, DTX-nın həyata keçirdiyi istintaq-əməliyyat tədbirlərinin nəticələrinə əsasən, Azərbaycan vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbə sakini Kərimov Natiq Əlövsət oğlunun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək uzun müddət həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Bununla əlaqədar N. Kərimov Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq 7 yanvar 2016-cı il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bu gün Nardaran sakini Natiq Kərimov barəsində məhkəmə qərarı elan olunub.
N. Kərimov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Xəbər lenti
0