Azərbaycan 143 erməni hərbçisini məhv edib

© mod.gov.azÖn cəbhə
Ön cəbhə - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistan Silahlı Qüvvələrinə aid 11 pilotsuz uçan aparat məhv edilib.

BAKI, 5 dek-Sputnik. Ermənistan Silahlı Qüvvələri tərəfindən 2015-ci ildə cəbhə xəttində atəşkəs rejimi ümumilikdə 8830 dəfə pozulub.

Sputnik APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqə əsasən xəbər verir ki, 2015-ci ilin yanvar ayında 714, fevralda 625, martda 682, apreldə 575, mayda 728, iyunda 738, iyulda 819, avqustda 836, sentyabrda 828, oktyabrda 695, noyabrda 773, dekabrda 817 atəşkəs pozuntusu faktı qeydə alınıb.

Ermənistan Silahlı Qüvvələrinə məxsus sığınacaqlara endirilən sərrast zərbələr nəticəsində erməni tərəfinin xeyli canlı qüvvəsi və texnikası sıradan çıxarılıb.
Erməni silahlı bölmələri atəşkəs rejimini ən çox avqust ayında pozublar — 836 dəfə.

Ermənistan əsgəri - Sputnik Azərbaycan
QARABAĞ
Ermənistan ordusunun 21 hərbçisi məhv edilib

Ötən il Qarabağ cəbhəsində Ağdam və Füzuli istiqaməti ən gərgin ərazi olub.

Ağdam istiqamətində atəşkəs 2597, Füzuli istiqamətində isə 1726 dəfə pozulub. Qalan atəşkəs pozuntuları isə digər rayonların payına düşür.

Atəşkəs pozuntularının böyük hissəsi Qarabağ cəbhəsində baş verib.

2015-ci ildə erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 mm çaplı minaatanlardan, iriçaplı pulemyotlardan istifadə etməklə aktiv təxribat fəaliyyətləri keçirməyə cəhd göstərib. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, hərəkət cəhdlərinin qarşısı alınıb.

Eyni zamanda, erməni silahlı bölmələri ötən il Azərbaycanın yaşayış məntəqələrini də atəşə tutub.

əsgər atəşkəs - Sputnik Azərbaycan
Ermənistan ordusu atəşkəsi 127 dəfə pozdu, 130 cavab zərbəsi aldı

Ötən il cəbhədə baş vermiş döyüş toqquşmaları nəticəsində müdafiənin ön xəttində yerləşən əsgər və zabitlərimiz düşmənə ağır zərbələr vurublar. Ermənistan Silahlı Qüvvələrinə məxsus sığınacaqlara endirilən sərrast zərbələr nəticəsində erməni tərəfinin xeyli canlı qüvvəsi və texnikası sıradan çıxarılıb. Düşmən ümumilikdə il ərzində 143 ölü və 100-dən çox yaralı itki verib.

2015-ci ildə Ermənistan Silahlı Qüvvələrinə məxsus 11 kiçik ölçülü pilotsuz uçan aparat aşkarlanaraq Azərbaycan Hərbi Hava Qüvvələri Hava Hücumundan Müdafiə Qoşunlarının bölmələri tərəfindən sərrast atəşlə məhv edilib.

2015-ci ildə Ermənistan Silahlı Qüvvələrinin bir hərbçisi Azərbaycan tərəfə təslim olub.

Ötən il qoşunların təmas xəttində düşmənlə döyüş toqquşmasında Silahlı Qüvvələrimiz 19 şəhid verib.

Xəbər lenti
0