Günəşli platformasında baş verən yanğının söndürülməsi

FHN-in təyyarəsi itkin düşmüş iki neftçinin cəsədini ölkəyə gətirəcək

1943
FHN-in "BE-200ÇS" amfibiya tipli təyyarəsi istintaq qrupu ilə birgə cəsədlərin tanınması və respublikaya gətirilməsi üçün Türkmənistana yola düşüb.

BAKI, 4 yan-Sputnik. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) təyyarəsi Xəzər dənizinin Türkmənistan sektorunda tapılmış 2 neftçinin meyitlərini gətirmək üçün bu ölkəyə yola düşüb.

Sputnik FHN-in saytına istinadla xəbər verir ki, Xəzəryanı ölkələrin müvafiq qurumlarına müraciətdən sonra aparılan axtarış-xilasetmə işləri zamanı Xəzər dənizinin Türkmənistan sahillərindən 65-70 km uzaqlıqda 2 kişi cəsədi aşkar edilib və Türkmənistana aid gəminin göyərtəsinə qaldırılaraq Kiyanlı dəniz limanına aparılıb. Cəsədlərə ilkin baxış zamanı birinin geyiminin üzərində "Azneft" sözləri yazıldığı müəyyən edilib.

Məlumat daxil olduqdan sonra FHN-in "BE-200ÇS" amfibiya tipli təyyarəsi istintaq qrupu ilə birgə cəsədlərin tanınması və respublikaya gətirilməsi üçün Türkmənistana yola düşüb.

1943
Teqlər:
Təyyarə, "BE-200ÇS" amfibiya tipli təyyarəsi, BE-200ÇS, Xəzəryanı, Xəzər, Türkmənistan, Fövqəladə Hallar Nazirliyi, FHN, Azneft, "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın, "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülü, Günəşli platforması, Günəşli
Əlaqədar
“Günəşli”dəki qəzada itkin düşənlərdən daha birinin cəsədi tapılıb
"Günəşli" yatağındakı qəzada xəsarət alan 5 neftçi evə buraxılıb
"Günəşli" yatağındakı bir quyuda yanğın tam söndürülüb
İtkin düşmüş daha bir neftçinin meyiti tapılıb
İtkin neftçilərin ailələri axtarışlarda iştirak edəcək
Uşaqlar, arxiv şəkli

Müharibədən əziyyət çəkmiş uşaqlara göstərilən sosial-psixoloji dəstək gücləndiriləcək

5
(Yenilənib 23:15 27.11.2020)
Sənəddə Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkmiş uşaqlara və onların ailələrinə sosial-psixoloji dəstək tədbirlərinin gücləndirilməsi öz əksini tapıb

BAKI, 27 noyabr — Sputnik. "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı" yerli səviyyədə uşaqları müdafiə sistemini gücləndiməklə, ölkə üzrə uşaqları müdafiə mexanizminin təkmilləşdirilməsi və genişləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əksini tapıb.

Fəaliyyət Planında pandemiya və digər fövqəladə vəziyyətlər də nəzərə alınmaqla, uşaq hüquqlarının müdafiəsinə hərtərəfli yanaşma prinsipləri, xüsusi vəziyyətlərdə uşaqların bütün növ xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin olunması məsələləri, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkmiş uşaqlara və onların ailələrinə sosial-psixoloji dəstək tədbirlərinin gücləndirilməsi öz əksini tapıb. Eyni zamanda, xarici ölkələrdə münaqişə qurbanı olmuş və daha sonra ölkəmizə qaytarılmış Azərbaycan Respublikası vətəndaşı olan uşaqların cəmiyyətə reinteqrasiyası istiqamətində də fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulub.

Çətin həyat şəraitində, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların aşkarlanması və onların sosial müdafiəsi, reabilitasiyası, cəmiyyətə inteqrasiyası sahəsində tədbirlərin həyata keçirilməsi, eyni zamanda, ölkəmizdə alternativ qayğı xidmətlərinin inkişafı, həyatın bütün sahələrində uşaqlara qarşı zorakılığın qadağan olunması ilə bağlı qanunvericilik təkliflərinin işlənilməsi Fəaliyyət Planında xüsusi yer tutur.

5
Teqlər:
psixoloji yardım, sosial, reabilitasiya, əziyyət, müharibə, uşaqlar
Azərbaycan bayrağı, arxiv şəkli

Vətən müharibəsində iştirak edən gənclərə növbəti dəstək

16
(Yenilənib 22:37 27.11.2020)
"İşəgötürənlər üçün Əməkhaqqı Subsidiyası", "Biznesini Yarat Marafonu", "Peşəkar Gənclik Layihəsi"nin həyata keçirilməsi planlaşdırılır

BAKI, 27 noyabr — Sputnik. Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Respublikasının Gənclər Fondu ortaq layihələrə başlayacaq. Fonddan Sputnik Azərbaycan-a verilən məlumata görə, iki qurum tərəfindən "Gənclərin dayanıqlı məşğulluq proqramı"na start verilməsi və bu proqram çərçivəsində "İşəgötürənlər üçün Əməkhaqqı Subsidiyası", "Biznesini Yarat Marafonu", "Peşəkar Gənclik Layihəsi"nin həyata keçirilməsi planlaşdırılır.

Proqramın və həyata keçiriləcək layihələrin müzakirəsi məqsədilə Dövlət Məşğulluq Agentliyi və Gənclər Fondu arasında onlayn görüş keçirilib. Görüşdə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və iki qurumun əməkdaşları iştirak ediblər.

Bildirilib ki, layihələrin icrası zamanı işsiz və işaxtaran, ixtisası və peşəsi olmayan, əmək qabiliyyətli əlilliyi olan, risk qrupuna daxil olan gənclərlə yanaşı, Vətən müharibəsində iştirak edən, ikinci Qarabağ müharibəsi nəticəsində zərər görən və ya şəhid ailəsinin üzvü olan gənclərə üstünlük veriləcək.

Qeyd edilib ki, layihənin əsas məqsədi də xüsusilə həssas qrupdan olan gənclərin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluqlarının təmin edilməsi, gənclərdə rəqabətə davamlılığın artırılması, mövcud potensiallarının reallaşdırılmasıdır.

Görüşdə hər iki qurumun üzərinə düşən öhdəliklər də müzakirə edilib və vəzifə bölgüsü aparılıb. Yaxın günlərdə "Gənclərin dayanıqlı məşğulluq proqramı" və proqram çərçivəsində həyata keçiriləcək layihələr ictimaiyyətə geniş təqdim ediləcək.

16
Teqlər:
əməkhaqqı, biznes, , dəstək, iştirakçı, qazi, Qarabağ, Vətən müharibəsi
Netflix şirkətinin binası, arxiv şəkli

"Oskar" mükafatında yeni rekordçu ola bilər

0
(Yenilənib 23:25 27.11.2020)
Sofi Lorenin iştirak etdiyi "The Life Ahead" və Priyanka Çopranın rol aldığı "The White Tiger" filmlərinin də şansı olduğu vurğulanır

BAKI, 28 noyabr — Sputnik. "Netflix" 2021-ci ildə "Oskar" mükafatının təqdimetmə mərasimində "Ən Yaxşı Film" nominasiyaları üzrə yeni rekordçu ola bilər.

Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, "Netflix"in namizədləri arasında Aaron Sorkinin "The Trial of the Chicago 7" və Devid Finçerin "Mank", Nikol Kidmanın iştirakı ilə "Ma Rainey"s Black Bottom", Meril Stripin oynadığı "The Prom", Spayk Linin "Da 5 Bloods" filmləri və Corc Kluninin genişmiqyaslı "The Midnight Sky" layihəsi yer alıb.

Bundan əlavə, Sofi Lorenin iştirak etdiyi "The Life Ahead" və Priyanka Çopranın rol aldığı "The White Tiger" filmlərinin də şansı olduğu vurğulanıb.

Nəşrin yazdığına görə, əvvəlki rekord MGM ("Metro-Goldwyn-Mayer") kino şirkətinə məxsus olub.

0
Teqlər:
film, rekord, Netflix şirkəti, Oskar mükafatı