həbs

Bakıda dolları 2 manata satan 3 dəllal tutuldu

77
DİN mətbuat xidmətinin rəisi Sadiq Gözəlovun sözlərinə görə, artıq Bakıda xarici valyutanın qanunsuz mübadiləsini həyata keçirən 3 nəfər saxlanılıb.

BAKI, 28 dek — Sputnik. Azərbaycanda xarici valyutanın qanunsuz mübadiləsini həyata keçirən 3 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov APA-nın sorğusuna cavab olaraq bildirib ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə müşayiət olunan bu cür hərəkətlərin qarşısının alınması sahəsində əlavə tədbirlərə dair xüsusi göstəriş imzalanıb.

Həmin göstərişdə Mərkəzi Bankın İdarə Heyətinin 28 iyun 2006-cı il tarixli Qərarı ilə təsdiq edilmiş "Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması qaydaları"nın tələblərini pozmaqla müvafiq icazəsi olmadan qanunsuz fəaliyyət göstərən mübadilə yerlərinin aşkarlanması məqsədilə aidiyyəti qurumlarla birgə qanunvericiliyə əsasən operativ tədbirlərin, o cümlədən valyuta tənzimi haqqında mövcud qanunvericiliyi pozmaqla valyuta sərvətlərinin ictimai yerlərdə alınıb-satılmasını və ya dəyişdirilməsini həyata keçirən şəxslərin müəyyənləşdirilərək barələrində İnzibati Xətalar Məcəlləsinin 222.1-ci maddəsinə uyğun olaraq (inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 30%-dən 70%-dək miqdarda cərimə) müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur:

“Artıq göstərişin tələblərinə uyğun olaraq, polis əməkdaşları tərəfindən xarici valyutanın qanunsuz mübadiləsini həyata keçirilməsinə qarşı tədbirlərə başlanılıb və bu işlə məşğul olan 3 nəfər saxlanılıb. Eyni zamanda, vətəndaşların nəzərinə çatdırmaq istərdik ki, göstərilən istiqamətdə tədbirlər bundan sonra da qətiyyətlə davam etdiriləcək”. 

копейки на фоне доллара
© Sputnik / Natalya Seliverstova

Qeyd edək ki, son günlər manatın məzənnəsində olan dəyişikliklərdən sui-istifadə edən bəzi şəxslər tərəfindən xarici valyutanın alınması və satılmasının Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi qaydada yalnız müvəkkil banklar vasitəsilə həyata keçirilməsinə dair normativ hüquqi aktların tələbləri pozulmaqla qanunazidd hallara yol verilir, xarici valyutanın mübadiləsi buna müvafiq icazəsi olmayan və qanunsuz fəaliyyət göstərən şəxslərin təşkil etdiyi mübadilə yerlərində, xüsusən iri ticarət mərkəzlərində və digər ictimai yerlərdə alınıb-satılır və ya dəyişdirilir.

77
Mövzu:
Azərbaycan valyutasının ucuzlaşması (22)
Əlaqədar
Mərkəzi Bank 1 dolların 2 manat olması məsələsinə aydınlıq gətirdi
Dollar sabah iki manat ola bilər
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda son sutkada 2075 nəfər COVID-19-a yoluxub

8
Azərbaycanda indiyədək ümumilikdə 305 933 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 269 965 nəfər müalicə olunaraq sağalıb

BAKI, 21 aprel — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2075 yeni yoluxma faktı qeydə alınıb, 2480 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.

Ölkədə son sutka ərzində 12 679, hazırkı dövrədək isə 3 141 335 test aparılıb.

Azərbaycanda indiyədək ümumilikdə 305 933 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 269 965 nəfər müalicə olunaraq sağalıb, 4235 nəfər vəfat edib, aktiv xəstə sayı 31 733 nəfərdir.

8
Məmur, arxiv şəkli

Bank xəzinadarı yarım milyonluq vəsaiti mənimsədiyi üçün saxlanıldı

4
(Yenilənib 16:45 21.04.2021)
Qeyd edilən faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

BAKI, 21 aprel — Sputnik. "Rabitəbank" ASC-nin Lənkəran rayon filialının xəzinədarı Sadıqzadə Cəfər Ceyhun oğlunun qanunsuz hərəkətləri barədə daxil olan müraciət əsasında Lənkəran rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Lənkəran rayon prokurorluğundan Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilib. Araşdırmalarla Cəfər Sadıqzadə tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə işlədiyi bankda ona etibar edilib kassadan ümumilikdə 563 min manat və 1300 ABŞ dolları məbləğində maliyyə vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

20 aprel 2021-ci il tarixdə Cəfər Sadıqzadə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

4
Xəstəxanada uşaq, arxiv şəkli

Cinsi orqanı kəsilən uşağın anası - "O qadın uşağımı yenə hədələyir"

0
(Yenilənib 17:19 21.04.2021)
"Qadın bu işi qızı ilə birgə görüb. Uşaq əllərindən qaçıb evə gəlməsəydi, qanaxmadan ölə bilərdi" - zərərçəkmişin anası.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 21 aprel — Sputnik. Zaur Baxşəliyevin aparıcılıq etdiyi "Bizimləsən" verilişində Bərdə rayonunda bir neçə gün öncə 10 yaşlı uşağın cinsi orqanını kəsən 40 yaşlı Aidə Əzizovanın çıxış etməsi ictimaiyyətdə geniş rezonansa səbəb olub. Milli Televiziya və Radio Şurasının qərarı ilə verilişin yayımı bir günlük dayandırılaraq ATV telekanalına qarşı dörd min manat məbləğində cərimə iddiası qaldırılsa da, cinayət törədənlərin efirə çıxması birmənalı qarşılanmır.

Sputnik Azərbaycan-a məsələ ilə bağlı açıqlama verən teletənqidçi Qulu Məhərrəmli bildirib ki, bu hadisəni törədən şəxsin əməli barədə çıxıb efirdə danışması təqdir ediləcək hal deyil:

"Canlı efirlərdə bu cür halların olmasını ciddi qəbahət hesab edirəm. Azərbaycanda bunların hamısı sensiya axtarışı, qeyri-adilik, reytinq məqsədi güdür. Televiziyalar veriliş hazırlayır və bundan reytinq qazanmaq istəyirlər".

Q.Məhərrəmli deyir ki, mahiyyət etibarilə verilişin aparıcısı Zaur Baxşəliyev istedadlı aparıcıdır: "Onun düşüncəsi, veriliş aparmaq qabiliyyəti var. Amma bu verilişin redaktoru, prodüsseri var ki, onlar məsuliyyətli olmalıdırlar. Məsələnin mahiyyətini bilə-bilə bu cür cinayətin efirdə etiraf olunması yolverilməzdir. Məsuliyyət və peşəkarlıq olmadıqda bu cür hallar ortaya çıxır. Bu baxımdan mən MTRŞ-nın addımını çox doğru hesab edirəm. Bu cür kəskin reaksiyalar olmasa, efirdə belə hallar tez-tez baş verər".

Teletənqidçi bildirir ki, telekanallar məsuliyyəti artırmalı, efirə gedəcək materiallara diqqət yetirməlidirlər. Bunun üçün isə yaradıcı qrupda məsul şəxslər olmalıdır. Q.Məhərrəmli onu da əlavə edib ki, efirə məsul şəxslər ictimai əxlaq normasını unudurlar. Bu da çox məsuliyyətsiz yanaşmadır.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə isə bildirib ki, uşaqlara qarşı bu cür zorakılıq yolverilməzdir. K.Ağazadə deyir ki, həmin qadının efirə gələnədək məsuliyyətə cəlb edilməməsi anormaldır:

"Polis o qadını efirə gəlməmiş götürüb aparmalıydı. Bu qadının əməlini çıxıb efirdən yaxşı bir iş kimi danışması təəccüb doğurur. Bu gün çox təəssüf ki, o qadının əməlinə haqq qazandıranlar da var. Bu çox dəhşətli məsələdir", - deyə K.Ağazadə bildirib.

Bərdə Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Əlzamin İsayev ailəlikcə koronavirusa yoluxduqlarından məsələdən xəbərsiz olduğunu bildirib. İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə Məsləhətçi-psixoloqu İsa İsmayılov isə bu məsələdən xəbərdar olduğunu desə də onlara rəsmi məktub daxil olmadığını söyləyib.

Hadisə zamanı xəsarət alan 10 yaşlı uşağın valideyni Ülviyyə Mirzalıyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, övladının durumu hazırda çox pisdir: "Uşağı həkimə aparmışıq, cinsi orqanına tikiş qoyulub. Cinayəti törədən qadın uşağımın sünnət dərisindən kəsib. Bu işi qızı ilə birgə görüb. Uşaq əllərindən qaçıb evə gəlməsəydi, qanaxmadan ölə bilərdi".

Ülviyyə Mirzəliyeva bu hadisədən sonra uşağın psixologiyasında ciddi problem olduğunu söyləyir. Onun sözlərinə görə, uşağı gecələr yatmır, tez-tez qışqıraraq oyanır. Valideyn bu hadisənin binada yaşayanları da xofa saldığını söyləyir: "İnanın ki, bütün bina hadisədən sonra narahatdır. Heç kəs uşağını bayıra buraxmaq istəmir. Bu qadının azadlıqda olması uşaqların həyatı üçün təhlükədir. Mən onun yaşadığı binadan kirayədən çıxıb bir qədər kənarda ev kirayə götürmüşəm. Amma yenə uşaq qorxur".

Valideyn bildirir ki, qadın bu əməlindən peşman deyil və özünə haqq qazandırır:

"Binanın qarşısında qışqırır ki, pulunu verib cəzadan qurtulacaq. Mən aidiyyəti qurumlardan xahiş edirəm ki, bu qadının layiqli cəza almasını təmin etsinlər. Şikayətimi geri götürməyəcəm. Çünki mənim övladımı yenidən cinsi orqanını kəsməklə hədələyir".

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Sputnik Azərbaycan-a bildirib ki, artıq hadisə ilə bağlı cinayət işi açılıb: "Faktla bağlı Bərdə rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanılıb. İstintaq hərəkətləri davam etdirilir. İstintaq yekunlaşdıqdan sonra iş materialları məhkəməyə göndəriləcək".

Qeyd edək ki, Bərdə rayonunda bir neçə gün öncə 40 yaşlı Aidə Əzizova 10 yaşlı uşağın cinsi orqanını kəsib. O, bu əməlini ATV telekanalında yayımlanan "Bizimləsən" verilişində açıq şəkildə danışaraq əməlinə haqq qazandırıb. Bildirib ki, 10 yaşlı oğlan onun 3 yaşlı qızına qarşı seksual hərəkətlər edib.

0