Əli Həsənov: Biz bu vəziyyətdən çıxacağıq

12
Azərbaycan prezidentinin köməkçisi: Gələn il çətin il olacaq, dünya neft bazarındakı vəziyyət Azərbaycana da təsir edir.

BAKI, 25 dek-Sputnik. Gələn il çətin il olacaq, dünya neft bazarındakı vəziyyət Azərbaycana da təsir edir.

Sputnik-in məlumatına görə, bunu bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyim Fondunun Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə keçirdiyi fərdi jurnalist müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimdə Azərbaycan prezidentinin köməkçisi Ə. Həsənov deyib.

Jurnalistləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik edən Əli Həsənov, bu çətin vəziyyətdən çıxacağımızı, vəziyyətdən çıxmaq üçün dövlətin müvafiq konsepsiyasının olduğunu deyib.

Ə. Həsənov bildirib ki, dövlət başçısı və komandası nikbin əhval-ruhiyyədədir: "Azərbaycan mediasının da əzmi imkan verəcək ki, gələcəyə uğurla addımlayaq. Prezidentinin qarşısında Azərbaycan dövlətinin maraqlarının müdafiəsi, faydalı qarşılıqlı əməkdaşlıq dayanır. Media Azərbaycan hakimiyyətinin tərəfdaşı, partnyorudur. Dövlət başçısı da dəfələrlə deyib ki, medianı oxuyur və ona uyğun da idarəçilik qurur. Cəmiyyətinin rəyinin hakimiyyətə çatdırılması mühüm vəzifədir və biz bundan sonra da bundan istifadə edəcəyik. Bizimlə bağlı hansı qərəzli kampaniya aparılır, aparılsın, Azərbaycan heç bir dövlətdən geri qalmır, ölkədə söz və mətbuat azadlığı təmin olunub. İstənilən tərəflə bu barədə diskussiya apara bilərik".

12
Teqlər:
jurnalist, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il, Əli Həsənov, Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Əli Həsənov, Azərbaycan
Əlaqədar
Əli Həsənov: “Üzən məzənnə”yə keçid cəmiyyət üçün itkisiz başa gəlmir
Taxıl biçini, arxiv şəkli

Taxıl biçini başlayacaq - Kombaynlara GPS qoşulur

6
(Yenilənib 23:29 08.05.2021)
May ayının sonundan etibarən Azərbaycanda taxıl biçininə başlanılacaq. Hazırda biçinə cəlb ediləcək kombaynlar üzərində sazlama işləri aparılır.

BAKI, 8 may — Sputnik. May ayının sonundan etibarən Azərbaycanda taxıl biçininə başlanılacaq. Bununla əlaqədar "Aqroservis" ASC tərəfindən biçinə hazırlıq işlərinin əsas mərhələsinə start verilib.

Sputnik Azərbaycan xəbər verir ki, hazırda biçinə cəlb ediləcək kombaynlar üzərində sazlama işləri aparılır. Bütün rayonlar üzrə mövcud kombaynlara texniki baxış keçirilir, nasaz vəziyyətdə olan texnikalarda təmir işləri həyata keçirilir.

Həmçinin, biçin zamanı düzgün dislokasiya planının qurulması üçün kombaynlar GPS nəzarət sistemi ilə təchiz edilir. Bu innovativ nəzarət sistemi biçin zamanı düzgün dislokasiya yaradılması, operativliyin təmin edilməsi, prosesə nəzarət edilməsi və şəffaf idarəetmə mexanizminin qurulmasına imkan yaradır.

Qeyd edək ki, taxıl biçininə hazırlıqların ilkin mərhələsində cari ildə taxıl biçininin itkisiz və mütəşəkkil həyata keçirilməsi məqsədilə kombaynları idarə edəcək mexanizatorlara ödənişsiz təlimlər keçirilib. Müxtəlif markalı kombaynlar üzrə ümumlikdə 263 mexanizator təlimlərdə iştirak edib. Təlimlərdə yüksək nəticə əldə edən mexanizatorlar sertifikat ilə təmin ediliblər.

6
Şuşa şəhəri, arxiv şəkli

Şuşada yeni məktəb tikiləcək

16
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

 

BAKI, 8 may — Sputnik. Prezident İlham Əliyev Şuşa şəhərində yeni ümumtəhsil məktəbinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Şuşa şəhər 1 nömrəli 960 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 3,0 (üç) milyon manat vəsait ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

16