BAKI, 24 dek-Sputnik. Hesablama Palatası "Azərsu" ASC-nin fəaliyyətində ciddi nöqsanlar aşkarlayıb. Palatanın Vüqar Gülməmmədovun sədrliyi ilə keçirilmiş iclasında "Azərsu" ASC-də "Azərbaycanın kiçik şəhərlərində su təchizatı və kanalizasiya layihəsi" və "Açıq kommunal infrastruktur Proqramı-II" layihələrinə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyindən (YBƏA) və Almaniyanın "KfW" Bankından cəlb olunmuş kreditlər və dövlət əsaslı vəsait qoyuluşu üzrə aparılmış auditin nəticələri müzakirə edilib.
Sputnik APA-ya istinadla xəbər verir ki, auditor C.Həsənov "Azərsu" ASC-nin Nizamnaməsində onun səhmlərinin dövlət mülkiyyətində saxlanıldığı dövrdə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid məsələlərin həllinin qanunvericiliyə uyğun olaraq müvafiq qaydada hansı dövlət orqanları tərəfindən həyata keçirilməsinin tənzimlənmədiyini, İdarə Heyəti haqqında Əsasnamənin qəbul edilmədiyini diqqətə çatdırıb.
Auditor kredit vəsaitindən istifadənin geçikməsi nəticəsində kreditin 5,5 il ərzində cəmi 21,2%-i istifadə olunduğunu, müqavilənin icra müddətinin uzadılması və bəzi xidmətlər üzrə əlavə vəsaitin məbləğinin Azərbaycan hökumətinin payı hesabına maliyyələşdiriləcək müvafiq hissəsinin artmasına şərait yaratdığını bildirib.
Auditor layihələr üzrə investisiya təkliflərinin dəqiq hesablamalarla əsaslandırılmaması və nəzərdə tutulmuş icra qrafiklərinə riayət edilməməsi səbəbindən müvafiq illər üzrə ilkin olaraq dövlət əsaslı vəsait qoyuluşundan ayrılmış vəsaitin məbləğinin dəfələrlə dəyişdirildiyini, layihələr üzrə tikinti-quraşdırma işlərinin ehtimal olunan dəyəri müəyyən edilərkən Azərbaycan ərazisində mövcud olan qiymətlərdən fərqli qiymətlərin tətbiq edildiyini qeyd edib.
Həmçinin layihə-smeta sənədlərinin vaxtında hazırlanmaması və tikinti işləri üzrə layihələrə edilən dəyişikliklərin ayrılan vəsaitlərdən səmərəli istifadə olunması üçün qeyri-münbit şərait yaratdığını, nəticədə bəzi hallarda podratçılara artıq vəsait ödənildiyini nəzərə çatdırıb.
C.Həsənov nəql borusuna müvəqqəti qoşulmalar və razılaşdırılmamış dəyişikliklərin bir sıra hallarda nəql borularının əsaslı səbəb olmadan zədələnməsinə, ümumilikdə bütöv sistemlərin funksionallığının risklərlə müşahidə olunmasına və layihələr üzrə əhalinin 24 saatlıq davamlı su təchizatı və kanalizasiya sistemləri ilə təmin olunmasına neqativ təsir etməsinə gətirib çıxardığını qeyd edib. Eyni zamanda bütün bunların layihələr üzrə nəzərdə tutulmuş işlərin başa çatdırılmaması və davam etdirilməsinin, obyektlərin istifadəyə verilməməsinin isə nəzərdə tutulmuş digər son hədəf göstəricilərinə (xidmət göstərilən və ya əhatə olunan əhalinin faizi, çirkab suların emal edilərək Xəzər dənizinə, kanal və ya çaylara axıdılması kimi göstəricilər) nail olunması səviyyəsinin qiymətləndirilməsinə imkan vermədiyini söyləyib.
Auditor tövsiyələri diqqətə çatdıraraq, səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid məsələlərin qanunvericiliyə uyğun tənzimlənməsi və Cəmiyyətin İdarə heyəti haqqında Əsasnamənin qəbul edilməsi istiqamətində müvafiq tədbirlər görülməsini, dövlət əsaslı vəsait qoyuluşu üzrə büdcə təkliflərinin "Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları"nın və digər aidiyyəti qanunvericilik aktlarının tələblərinə əməl edilməklə tərtib edilməsini zəruri hesab edib.
Eyni zamanda investisiya təkliflərinin dəqiq hesablamalar aparılmaqla təqdim edilməsi və nəzərdə tutulmuş icra qrafiklərinə riayət edilməsi təmin olunması, ödənişlərinin artmasına, həmçinin sifarişçi ilə razılaşdırılmadan layihə üzrə iş həcminə əlavə və dəyişikliklərin aparılmasına və əlavə vəsait xərcinə yol verilməməsi məqsədilə fəaliyyətin gücləndirilməsi, texniki-iqtisadi əsaslandırma sənədi olan Yekun Hesabatlarda layihə üzrə əhəmiyyətliliyi özündə əks etdirən əsas hədəf göstəricilərinə layihələrin son icra müddətinədək nail olunması istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədəmüvafiq hesab olunub.
ASC tərəfindən layihə üzrə nəzərdə tutulan maliyyə resurslarından məhsuldar istifadə olunması, kredit və qrant vəsaitlərinin məqsədyönlü və qənaətlə istifadəsi üzrə aparıla biləcək monitorinq və ya digər müşaiyyətedici tədbirlər həyata keçirilməklə layihələrin icrasına ayrılan vəsaitlərdən istifadənin səmərəliliyinin yüksəldilməsi, tikinti işlərinin keyfiyyətinin artırılması və vaxtında başa çatdırılması istiqamətində təxirəsalınmaz tədbirlərin də həyata keçirilməsini zəruri hesab edilib.
Sonda nəzarət tədbirinin nəticələri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilib, Kollegiya qərarı səsə qoyularaq qəbul edilib.
BAKI, 21 yanvar - Sputnik. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Fransa Respublikasının xarici işlər naziri Jan İv Lö Drian arasında telefon danışığı baş tutub.
Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Naziriliyindən məlumat verilib.
Nazirlər bölgədəki son vəziyyət, o cümlədən Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatların icrası ilə bağlı fikir mübadiləsi aparıblar.
Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin cari vəziyyəti müzakirə edilib və bu sahədə dialoqun davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
BAKI, 21 yanvar - Sputnik. Bu ilin 21 yanvar tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Türkmənistana səfəri çərçivəsində Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ilə təkbətək, eləcə də nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşləri keçirilib.
XİN-in Mətbuat Xidməti idarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüşdə iki ölkə arasında siyasi, iqtisadi, enerji, nəqliyyat-logistika, mədəni-humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmləndirilməsi məsələləri daxil olmaqla, geniş spektr üzrə ətraflı fikir mübadiləsi aparılıb.
Xəzər dənizində “Dostluq” yatağının hidrogen resurslarının birgə kəşfiyyatı və istismarı üzrə hökumətlər arasında Anlaşma Memorandumunun imzalanması hər iki dövlət arasında, eləcə də Xəzər dənizi bölgəsində əməkdaşlığın genişləndirilməsi, habelə enerji təhlükəsizliyinin möhkəmləndirilməsinin bariz nümunəsi kimi qeyd olunub. Razılaşmanın əldə edilməsi eyni zamanda Xəzər dənizinin sülh, mehriban qonşuluq və dostluq dənizi olmasını möhkəmləndirdiyi və Xəzər dənizində əməkdaşlıq və qarşılıq etimad mühitinin gücləndirilməsinə töhfə verdiyi vurğulanıb.
Tərəflər, regional əməkdaşlıq, o cümlədən üçtərəfli formatda əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bu ilin yanvarın 16-da Azərbaycan, Türkmənistan və Əfqanıstan arasında ticarət və investisiya, energetika, nəqliyyat və logistika, telekommunikasiya və informasiya texnologiyaları, gömrük və sərhəd məsələləri sahələrində əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üzrə Yol Xəritəsinin imzalanmasına istinad edilərək, bu xüsusda tədbirlərin icrası məsələləri müzakirə edilib.
Görüşdə tərəflər ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı və qarşılıqlı dəstəyi, eləcə də qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
BAKI, 22 yanvar — Sputnik. Dünya şöhrətli fransız aktyoru və rejissoru Alen Delonun xanımı Natali Delon dünyasını dəyişib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə aktyorun oğlu Antoni Delon "Instagram" səhifəsində paylaşım edərək "Rahat yat, ana!" yazıb. Aktrisanın ölüm səbəbləri hələlik məlum deyil.
Qeyd edək ki, Alen Delon və Natali Delon 1964-ci ildə evləniblər. Natali ilə olan evlilikdən onun Antoni adlı bir oğlu var.
View this post on Instagram
Onu da bildirək ki, Natali Delon 1964-1968-ci illərdə Alen Delonla evli olduğu zamanlarda, ərinin sayəsində kinoya gəlib. Birlikdə çəkdikləri ilk "Samuray" filmi ilə böyük bir uğur qazanıb. Boşandıqdan sonra Natali digər məşhur rejissorlarla işləməyə davam edib. Sonra rejissorluq etməyə və ssenari yazmağa başlayıb.