ABŞ bayrağı. Arxiv şəkli

ABŞ səfirliyi: Azərbaycanla dialoqa hazırıq

93
(Yenilənib 13:13 24.12.2015)
ABŞ səfirliyi Rövşən Rzayevin hazırladığı "ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında" qanun layihəsinə reaksiya verib.

BAKI, 24 dek-Sputnik. Biz hələ layihəni görməmişik. Lakin həmişə Azərbaycanla insan hüquqları məsələləri üzrə müzakirələrin aparılması imkanlarını alqışlayırıq.

Sputnik Meydan TV-yə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi deputat Rövşən Rzayevin Milli Məclisə təqdim etdiyi "ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında" qanun layihəsinə münasibətində bildirib.

Səfirlik qeyd edib ki, bu məsələdə Azərbaycanla dialoqa hazırdırlar:
"Heç bir ölkə mükəmməl deyil. İnsan haqları və demokratik prinsiplərin qorunmasının təmin olunması təkmilləşdirmə sahələri ilə bağlı davamlı dialoq və təhlilin aparılmasını tələb edir. Biz əvvəlki kimi bu məsələlərin üzərində hər iki ölkənin faydalanması üçün Azərbaycanla açıq və səmimi dialoqa hazırıq".

93
Mövzu:
Amerikaya Azərbaycanın cavabı (8)
Əlaqədar
Azərbaycan ABŞ siyasi elitasını ölkəyə buraxmaya bilər
ABŞ Azərbaycanı diz çökdürmək istəyir
ABŞ-dakı erməni lobbisi öz ampluasındadır
ABŞ-da Azərbaycan əleyhinə aktı yəhudi lobbisi əngəlləyə bilər

Yanvarın 25-nə qədər ölkədə ictimai nəqliyyat işləməyəcək

13
(Yenilənib 00:11 23.01.2021)
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

BAKI, 23 yanvar - Sputnik. Bu gündən yanvarın 25-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Bununla əlaqədar 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

13

Təhsil naziri: "Öyrənmə motivasiya arasında çox böyük əlaqə var"

13
Emin Əmrullayev: "Mövcud problemlərin şagirdin biliyində geriləmə və ya irəliləməyə səbəb olması ilə bağlı müəyyən ölçmələr aparmaq lazımdır".

BAKI, 22 yanvar - Sputnik. Təhsil naziri Emin Əmrullayev pandemiya ilə əlaqədar şagirdlərin dərslərində bəzi geriləmələrin olması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

Xəzər Televiziyasında yayımlanan “Vaxt gəldi” proqramında nazir övladlarından birinin 1-ci sinfə getdiyini, digərinin isə məktəbəqədər yaşda olduğunu deyib. O, distant təhsilin problemlərindən bəhs edərkən deyib:  

“Distant təhsil və teledərslər öz-özlüyündə izləmə baxımından maraqlı prosesdir. Eyni zamanda bu, çox çağırışlı məsələdir, o mənada ki, problemlidir. Belə ki, avadanlıqdan istifadə və ya müxtəlif problemlər meydana çıxır. Misal olaraq, hava soyuq olanda işıqlar sönə bilər. Bunu uşağa izah etmək məsələsi var. Odur ki, mövcud problemlərin şagirdin biliyində geriləmə və ya irəliləməyə səbəb olması ilə bağlı müəyyən ölçmələr aparmaq lazımdır”.

Nazir ibtidai siniflərdə şagirdlərin sosial-psixoloji, sosial-emosional inkişafına fokuslaşmalı olduğumuzu da qeyd edib:

“Biz emosiyalara və ya hansısa gümanlara yox, faktlara, ölçmələrə, elmə inanmalıyıq. Hazırda bununla bağlı planlar var və bunlardan biri də şagirdlərin biliyinin qiymətləndirilməsinin aparılmasıdır. Təbii, şagirdlər də dərsə qayıtmalıdır ki, biz bunu edə bilək. Yaxud başqa formatlar da düşünə bilərik. İnandığım budur ki, fokuslanmalı olduğumuz məsələ, xüsusilə də ibtidai sinifdə şagirdlərin sosial-psixoloji, sosial-emosional inkişafıdır. Mənə görə məktəb insanın sosial emosional inkişafını irəli aparan yer olmalıdır. Çünki öyrənmə və motivasiya arasında çox böyük əlaqə var”.

13
Teqlər:
Azərbaycanın təhsil naziri, təhsil naziri, Emin Əmrullayev
Tibb işçisi Dövlət Gömrük Komitəsinin hospitalında, arxiv şəkli

Koronavirusun ağciyərlərə düşməsinin yeni yolu aşkarlandı

0
(Yenilənib 00:40 23.01.2021)
Çin alimləri laboratoriya şəraitində xəstələrin yoluxmuş orqan hüceyrələrindəki 22 zülal səviyyəsini ölçərək virusun reseptorlarla hansı yolla birləşdiyini müəyyən ediblər.

BAKI, 23 yanvar — Sputnik. Elm adamları koronavirusun ağciyərlərə düşməsinin yeni metodunu müəyyənləşdiriblər. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, tədqiqatın nəticəsi "Cell Research" jurnalında dərc olunub. Çin alimləri laboratoriya şəraitində xəstələrin yoluxmuş orqan hüceyrələrindəki 22 zülal səviyyəsini ölçərək virusun reseptorlarla hansı yolla birləşdiyini müəyyən ediblər.

Tədqiqat zamanı koronavirusun insan bədəninə düşməsi üçün əsas "giriş qapısı" sayılan ACE2 ekspressiyasının ağciyər və traxeyanın bütün hüceyrə xətlərində aşağı, böyrəklərdə və həzm sistemi orqanlarında isə daha aktiv olduğu ortaya çıxıb.

Bununla belə, elm adamları başqa bir zülal – UFO (AXL) tirozin-protein kinaz reseptoru da aşkarlayıblar ki, onun tənəffüs sistemində həddən artıq olması SARS-CoV-2 virusunun hüceyrələrin daxilinə nüfuz etməsini sürətləndirir. Qeyd olunur ki, bu ferment bir sıra fizioloji proseslərə cavabdehdir.

Əldə olunan nəticələr əsasında alimlər bu qərara gəliblər ki, həmin reseptorları söndürərək, ağciyərlərdə virus konsentrasiyasını əhəmiyyətli dərəcədə azaltmaq mümkündür.

0
Teqlər:
Koronavirus, epidemiya, COVID-19