Vergilər nazirliyi

Müğənnilər vergiyə cəlb olundular

1025
(Yenilənib 18:28 22.12.2015)
Ədalət Şükürov, Manaf Ağayev və Balaoğlan Əşrəfov vergiləri ödəyib, Almaz Ələsgərli isə cərimələnib.

BAKI, 22 dek-Sputnik. Vergilər Nazirliyi bir qrup müğənnini vergi borclarını ödəmədiyi üçün cərimələyib.

Nazirliyə dəvət olunan müğənnilərdən ilin sonundək vergi borclarını ödəmək tələb edilib.

Sputnik-in məlumatına görə, bu barədə APA-ya müğənnilər özləri məlumat veriblər. Əməkdar artist Ədalət Şükürov deyib ki, 20 gün əvvəl nazirliyə çağırılıb.

"Mənimlə bağlı heç bir problem aşkarlanmadı. Bir nəfər işçimlə bağlı xırda məsələ var idi, onu həll etdik. Mən hər rübün axırında dövlətin vergisini verirəm, illik hesabatlarımı təqdim edirəm. Həyat yoldaşım iqtisadçıdır, ona görə, bu sahədə mənim heç bir çətinliyim olmayıb ki, indi əziyyətini çəkim. Amma elə müğənnilər var ki, onların 30 min və daha artıq borcu var. Ola bilər, həmin borclara görə, müğənnilərə xaricə çıxış imkanı məhdudlaşdırılsın" — deyə Şükürov bildirib.

Müğənni əlavə edib ki, məsələnin bu yerə gəlib çıxmasında təkcə müğənnilər günahkar deyil: "Şübhəsiz ki, müğənnilər vergi ödəməlidirlər. Amma bu məsələdə aidiyyəti şəxslər maarifləndirici tədbirlər görsəydilər, problem bu qədər böyük olmazdı".

Müğənni Manaf Ağayevə də vergi borcu ilə bağlı bildiriş gəlib. M. Ağayev bir neçə gün əvvəl borcunu ödədəyini deyib: "Vergi borcu ilə bağlı mənə bildiriş gəlmişdi, aparıb borcumu ödədim. Məbləği demək istəmirəm. Əsas odur, indi borcum yoxdur. Başqa müğənnilərə də bu cür vergi borcları gəlib. Kimin nə qədər borcu var, onu deyə bilmərəm".

Əməkdar artist Baloğlan Əşrəfov da vergini vaxtında ödəyən sənətçilərin sırasındadır. Əməkdar artistin sözlərinə görə, o, hər rübün axırı vergi borcunu ödəyir: "Mənim heç bir vergi borcum yoxdur. Vaxtı-vaxtında ödəyirəm, ona görə heç bir narahatlığım yoxdur".

Müğənni Almaz Ələsgərlini 3000 manat cərimələyiblər: "Borcum var, hələ ödəməmişəm. İlin axırına qədər ödəyəcəyəm".

Xalq artisti Gülyaz Məmmədova və müğənni Vasif Məhərrəmli məsələ ilə bağlı açıqlama verməkdən imtina ediblər.

1025
Teqlər:
Vasif Məhərrəmli, Gülyaz Məmmədova, Almaz Ələsgərli, Baloğlan Əşrəfov, Manaf Ağayev, Ədalət Şükürov, Müğənnilər, Vergilər Nazirliyi

İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb - VİDEO

7
(Yenilənib 09:35 28.11.2020)
Azərbaycanın Kəlbəcər rayonu üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq, noyabrın 25-də erməni işğalından azad edilib.

BAKI, 28 noyabr - Sputnik. İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Həmin möhtəşəm kadrları təqdim edirik.

7
Teqlər:
Azərbaycan bayrağı, Müdafiə Nazirliyi, Üçtərəfli bəyanat, Kəlbəcərin azad olunması
Uşaqlar, arxiv şəkli

Müharibədən əziyyət çəkmiş uşaqlara göstərilən sosial-psixoloji dəstək gücləndiriləcək

6
(Yenilənib 23:15 27.11.2020)
Sənəddə Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkmiş uşaqlara və onların ailələrinə sosial-psixoloji dəstək tədbirlərinin gücləndirilməsi öz əksini tapıb

BAKI, 27 noyabr — Sputnik. "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı" yerli səviyyədə uşaqları müdafiə sistemini gücləndiməklə, ölkə üzrə uşaqları müdafiə mexanizminin təkmilləşdirilməsi və genişləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əksini tapıb.

Fəaliyyət Planında pandemiya və digər fövqəladə vəziyyətlər də nəzərə alınmaqla, uşaq hüquqlarının müdafiəsinə hərtərəfli yanaşma prinsipləri, xüsusi vəziyyətlərdə uşaqların bütün növ xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin olunması məsələləri, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkmiş uşaqlara və onların ailələrinə sosial-psixoloji dəstək tədbirlərinin gücləndirilməsi öz əksini tapıb. Eyni zamanda, xarici ölkələrdə münaqişə qurbanı olmuş və daha sonra ölkəmizə qaytarılmış Azərbaycan Respublikası vətəndaşı olan uşaqların cəmiyyətə reinteqrasiyası istiqamətində də fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulub.

Çətin həyat şəraitində, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların aşkarlanması və onların sosial müdafiəsi, reabilitasiyası, cəmiyyətə inteqrasiyası sahəsində tədbirlərin həyata keçirilməsi, eyni zamanda, ölkəmizdə alternativ qayğı xidmətlərinin inkişafı, həyatın bütün sahələrində uşaqlara qarşı zorakılığın qadağan olunması ilə bağlı qanunvericilik təkliflərinin işlənilməsi Fəaliyyət Planında xüsusi yer tutur.

6
Teqlər:
psixoloji yardım, sosial, reabilitasiya, əziyyət, müharibə, uşaqlar