Günəşli platformasında baş verən yanğının söndürülməsi

"Günəşli" yatağındakı qəzada xəsarət alan 5 neftçi evə buraxılıb

34
(Yenilənib 14:45 16.12.2015)
SOCAR-ın "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində xəsarət alan və Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən neftçilərdən 25-nin müalicəsi davam edir.

BAKI, 16 dek-Sputnik. SOCAR-ın "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində xəsarət alan və Mərkəzi Neftçilər Xəstəxanasına (MNX) yerləşdirilən neftçilərdən 5 nəfəri evə buraxılıb. 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, neftçilərdən Allahverdi Məmmədov, Kamran Tarıverdiyev, Vidadi Sarıyev, Bəhruz Babayev və Coşqun Qarayev müalicə olunduqları üçün evə buraxılıblar.

Hal-hazırda xəstəxanada qalan 25 neftçinin müalicəsi davam etdirilir.

"Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində xilas edilmiş 33 nəfərdən 32-si Mərkəzi Neftçilər Xəstəxanasında nəzarətə götürülmüşdü. Onlardan ağır yaralı olan 8 nəfər xilas olunduqları ilk gündə, qalanları isə sonrakı günlərdə MNX-yə müalicə üçün gətirilmişdilər.

  

Sözügedən qəza nəticəsində 33 nəfər xilas edilmiş, 1 nəfər ölmüş, 29 nəfər isə itkin düşmüşdü. Sonradan itkin düşənlərdən 6 nəfərin cəsədi tapılmışdı. 23 nəfərin taleyindənsə indiyə qədər heç bir xəbər yoxdur. Onların axtarışı üzrə işlər davam edir.

34
Teqlər:
itkin düşən, Neftçi, Səhiyyə Nazirliyi, neftçilər, Mərkəzi Neftçilər Xəstəxanası, "Günəşli" yatağı, "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza, SOCAR, Azərbaycan
Əlaqədar
"Günəşli" yatağında zərər çəkmiş 20 neftçi xəstəxanaya yerləşdirilib
"Günəşli" yatağındakı yanğınla bağlı rəsmi məlumat verildi
"Günəşli" yatağında xilas edilənlərin sayı 32 nəfərə çatıb
"Günəşli" yatağında xilas edilənlərin sayı 29 nəfərə çatıb
"Günəşli" yatağında 7 neftçi xilas edilib
"Günəşli" qəzasının qurbanlarının ailələrinə 15 min manat veriləcək
"Günəşli" yatağındakı qəzada həlak olan iki neftçi dəfn edilib

Azərbaycanlı müğənnini Rusiyanın ən çox qazanan blogeri ilə "sevgili" etdilər

25
Bu qızın sevgilisi, demək olar ki, hər gün ona iri çiçək dəstələri göndərir, o isə bunları sosial şəbəkələrdə paylaşır. Amma oğlanın adını heç kim bilmir.

BAKI, 3 mart - Sputnik. Rusiya KİV-i Azərbaycan əsilli populyar müğənni Jony-nin (Cahid Hüseynli) məşhur videobloger Dina Sayeva ilə sevgili olduğunu yazır. Sayeva ən çox pul qazanan Tik-Tok vlogerlərindəndir. 

Bu qızın sevgilisi, demək olar ki, hər gün ona iri çiçək dəstələri göndərir, o isə bunları sosial şəbəkələrdə paylaşır. Bu günlərdə göndərilən buket, az qala, kol boyda imiş.

Sayeva sevgilisinin adını gizləyir. Ancaq Rusiya KİV-ləri yazır ki, onun sevgilisi Jony-dir. Yeri gəlmişkən, Cahid də bu şayiələri təsdiqləməyə tələsmir.

Dina Sayeva Tacikistandandır. TikTok-un rusdilli seqmentinin ən populyar hesabının sahibidir. 2020-ci ildə Rusiya Forbes-u onu ən çox qazanan tiktokerlərin siyahısında ikinci sırada göstərmişdi.

2020-ci ilin sonunda Sayeva musiqi karyerasına başladı. Debüt mahnısı isə "Səni axtarıram" ("Я ищу тебя") oldu.

Jony dörd yaşı olanda valideynləri ilə Azərbaycandan Moskvaya köçüb. Uşaq vaxtından populyar olmaq istəyib və nəhayət, arzusunu gerçəkləşdirib. Öz dediyinə görə, populyarlaşmasında sosial şəbəkələr böyük rol oynayıb. Bakıda ilk dəfə "Jara-2019" musiqi festivalında çıxış edib. 

Müğənni azərbaycanlı ifaçı Elman Zeynalovun təsis etdiyi Raava Music musiqi leyblının artistləri sırasındadır. 2019-cu ildə ВКонтакте-nin versiyasına görə, ilin "Ən qabaqcıl" müğənnisi adını alıb. Onun "Xiyaban" ("Аллея") sinqlı isə 5 qat platin statusu alıb. 

 

25
Nazirlər Kabineti

Nazirlər Kabineti 8 Marta görə qərarında dəyişiklik etdi

61
Nazirlər Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarında dəyişiklik edib.

BAKI, 3 mart - Sputnik. Azərbaycan ərazisində 6 mart saat 00:00-dan 9 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

Sputnik Azərbaycan bildirir ki, Nazirlər Kabineti bununla bağlı “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarında müvafiq dəyişiklik edib.

Bundan öncə “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərara əsasən, Azərbaycan ərazisində 6 mart saat 00:00-dan 8 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılmalı idi.

Qeyd edək ki, 8 Mart Beynəlxalq Qadınlar Günü qeyri-iş günüdür.

61
Teqlər:
ictimai nəqliyyat, 8 Mart Beynəlxalq Qadınlar Günü, karantin, qərar, Nazirlər Kabineti
Türkiyənin Cobra zirehli maşını, arxiv şəkli

Türkiyə minaya davamlı yeni zirehli maşınını göstərdi - VİDEO

0
Cobra zirehli maşınlarının əvvəlki versiyaları 15 ölkədə, o cümlədən Azərbaycanda, Gürcüstanda və Qazaxıstanda istifadə olunur. 

BAKI, 3 mart - Sputnik. Türkiyənin Otokar şirkəti Cobra sinfindən olan, mina əleyhinə müdafiə ilə təmin olunmuş təkərli zirehli Cobra II MRAP avtomobilini nümayiş etdirib. 

Sputnk Azərbaycan Anadolu agentliyinə istinadən bildirir ki, Cobra II MRAP ekipajı ballistik, mina və əldəqayırma partlayıcı təhlükəsindən qoruyur. 

​Zirehli maşının xüsusi konstruksiyası, təmir və xidmətin asanlığı hətta döyüş şəraitində belə onu tam və sürətli yığıb-sökməyə imkan verir. 

Zirehli maşında 11 sərnişin yerləşir, tələbə görə, üç və ya beş qapılı ola bilər.

Cobra zirehli maşınlarının əvvəlki versiyaları 15 ölkədə, o cümlədən Azərbaycanda, Gürcüstanda və Qazaxıstanda istifadə olunur. 

0