вступительные экзамены

Xaricdə təhsil alacaq tələbələrin statistikası açıqlanıb

74
(Yenilənib 19:04 16.12.2015)
Bu il 373 nəfər tələbənin adı təqaüdçülər siyahısına daxil edilib.

BAKI, 16 dek-Sputnik. Xaricdə Təhsil üzrə Dövlət Proqramı çərçivəsində tələbələrin seçimi başa çatıb.

Spurnik Təhsil Nazirliyinə istinadən xəbər verir ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 2015-ci il üzrə qəbula dair yekun statistika açıqlanıb.

Dövlət Proqramı çərçivəsində son qəbul ili olan 2015-2016-cı tədris ili üzrə, bununla da ümumilikdə, Dövlət Proqramı üzrə tələbələrin seçimi başa çatıb.

Dövlət Proqramının müvəffəqiyyətlə başa çatmış sonuncu qəbul ilində 373 nəfər tələbənin adı təqaüdçülər siyahısına daxil edilib.

"Bu ilki müsabiqədə də üstünlük bakalavriatdan sonrakı təhsil səviyyələrinə verilib və 176 nəfər magistratura, 25 nəfər doktorantura, 70 nəfər rezidentura, 102 nəfəri isə baza ali tibb və bakalavriat təhsil səviyyələrində təhsil almaq hüququ qazanıb." — Təhsil Nazirliyinin məlumatında deyilir.

Burada həmçinin bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə hazırlanan və 16 aprel 2007-ci il tarixli sərəncamı ilə təsdiq olunan "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın əsas məqsədləri ölkədə rəqabətqabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından respublikamızın müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, Azərbaycan gənclərinin layiqli ali təhsil almaları üçün lazımi şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyi və səmərəliliyinin artırılmasını təmin etməkdən ibarətdir.

Sözügedən məqsədlərin icrasının həyata keçirilməsi üçün Dövlət Proqramının icrasının 9 ili ərzində müvafiq hüquqi baza formalaşdırılıb və icra müddətində meydana çıxan məsələlər əsasında daha da təkmilləşdirilib, namizədlərə elektron şəkildə sənədləri təqdim etmə imkanı yaradılıb, onlarla fərdi qaydada keçirilən müsahibələr təşkil olunub və tələbələrin təhsil şəraitinin yaxşılaşdırılması üçün islahatlar aparılıb.

Dövlət Proqramı çərçivəsində gənclərin dünyanın aparıcı ali təhsil müəssisələrində ölkəmiz üçün prioritet hesab olunan ixtisaslar üzrə təhsil alması üçün Təhsil Nazirliyi, aidiyyəti dövlət qurumları və ali təhsil müəssisələri mütəxəssislərinin iştirakı ilə seçimlər aparılıb və ümumilikdə 3558 nəfər təhsil almaq hüququ qazanıb. Böyük Britaniya, Türkiyə, Almaniya, Kanada, Niderland Krallığı tələbələrin təhsil almaq üçün ən çox seçdikləri ilk 5 ölkə olub. Seçimlər nəticəsində magistratura təhsil səviyyəsində daha çox tələbə təhsil almaq hüququ qazanıb. Dövlət Proqramı çərçivəsində azərbaycanlı tələbələr Harvard Universiteti, Kembric Universiteti, Oksford Universiteti, London İmperial Kolleci, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Orta Doğu Texniki Universiteti, Toronto Universiteti, Nanyanq Texnologiya Universiteti, Kyoto Universiteti kimi yüksək nüfuzlu ali təhsil müəssisələrində təhsil alırlar.

İndiyədək Dövlət Proqramı çərçivəsində müvafiq məzun qeydiyyatından 1147 nəfər keçib. Təhsillərini yüksək akademik göstəricilərlə tamamlamış məzunların 60 faizi özəl, 40 faizi isə dövlət sektorunda fəaliyyət göstərir. Dövlət Proqramı çərçivəsində təhsil almış tələbələrin dövlət qulluğuna qəbul imtahanlarının birbaşa müsahibə mərhələsinə buraxılması isə əldə olunan bilik və səriştənin dövlət idarəetməsi üçün istifadə olunmasına geniş şərait yaradır.

Dövlət Proqramı çərçivəsində sonuncu təhsilalanın (tibb təhsilinin rezidentura səviyyəsi üzrə) 2021-ci ildə məzun olması gözlənilir.

Dövlət Proqramının icrası müddətində həyata keçirilən tədbirlər və əldə olunan nəticələr əsas prioritetlərdən biri hesab olunan "Qara qızılın insan kapitalına çevrilməsi" istiqamətində görülən işlərə təkan verir.

74
Teqlər:
Kyoto, Nanyanq, Toronto, Harvard, London İmperial Kolleci, Dövlət Proqramı, rezidentura, doktorantura, magistratura, Xaricdə Təhsil üzrə Dövlət Proqramı, Oksford Universiteti, Kembric Universiteti, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Moskva, İlham Əliyev, Təhsil Nazirliyi, Azərbaycan
Əlaqədar
Xaricdə təhsil alanlara dini mərasimləri aparmaq qadağan ediləcək
Nazirlər Kabinetinin təhsil sahəsində səlahiyyəti artırılıb
Aİ Azərbaycan təhsilinə 19 milyon avroluq yardım ayıracaq
Qadın sürücü

Polis Salyandan maşın qaçırdan iki qadını yaxalayıb

8
(Yenilənib 23:51 08.03.2021)
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıb. 

BAKI, 8 mart - Sputnik. Salyanda ötən gün qeyri-adi hadisə baş verib. Belə ki, Salyan Rayon Polis Şöbəsinə martın 7-də saat 16.00 radələrində rayon ərazisindən Bakı şəhər sakini S. Nəcəfova məxsus “Opel” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıb. 

Onların Bakı şəhər sakinləri M.Bayramova və M.Orduxanova olduğu məlum olub. Maşını qaçıranlar saxlanılarkən sükan arxasında M.Bayramova, sərnişin oturacağında isə M.Orduxanova olub. 

Salyan Rayon Polis Şöbəsi hazırda hadisənin təfərrüatlarını araşdırır. 

8

Azərbaycanın rayonlarına qar yağış yağır

5
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, respublikanın dağlıq rayonlarına qar, aran rayonlarına isə yağış yağır.

BAKI, 8 mart - Sputnik. Milli Hidrometeorologiya Xidməti Respublikamızdakı hava şəraiti ilə bağlı son məlumatları açıqlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, martın 8-i saat 21:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib.

Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Ceyrançöl, Ağdam, Ağstafa, Tovuz, Zaqatala, Şəki, Quba, Kişçay (Şəki), Sarıbaş (Qax), Şahdağda qar yağıb.

Nabran, Biləsuvar, Neftçala, Hacıqabul, Cəfərxan, Sabirabad, Kürdəmir, İmişli, Beyləqan, Yevlax, Göyçay, Mingəçevir, Ağsu,Şəmkir, Naxçıvan, Naftalanda yağış yağıb.

5
Gürcüstanda etirazlar

Gürcüstanda yeparxiya davası dindarların balkondan yıxılması ilə nəticələnib - VİDEO

0
(Yenilənib 00:20 09.03.2021)
Balkonda davam edən dava zamanı taxta dirəklər sınıb və oradakılar yerə yıxılıb. Xəsarət alanların arasında Gürcüstan telekanallarının jurnalistləri və operatorları da olub.

BAKI, 9 mart - Sputnik. Gürcüstanın Martvili şəhərindəki Çkondid yeparxiyasında baş verən dava zamanı on nəfər eyvandan yıxılıb, onlardan altısı xəsarət alıb.

Sputnik Gürcüstan xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi hadisəni araşdırmağa başlayıb.

Məlumata görə, yeni hakim mitropolit Stefanın sədrliyi ilə keçirilən qapalı iclasda ruhanilər arasında yaranmış mübahisə dava ilə bitib.

Çkondid və Martvilinin yeni mitropoliti Stefan ata keçmiş mitropolitin tərəfdarı olan iki dyakonun ibadət etməsini qadağan edib.

Bundan sonra yeparxiya xadimləri arasında qarşıdurma yaranıb. Kilsə və pastva xadimləri münasibətlərə aydınlıq gətirmək istəyiblər. Qarşıdurma binanın ikinci mərtəbəsinin eyvanında davam edib. Nəticədə taxta dirəklər sınıb və oradakılar yerə yıxılıb. Xəsarət alanların arasında Gürcüstanın Formula-1, POSTV, TV Pirveli, Rustavi 2 telekanallarının jurnalistləri və operatorları da olub.

Xəsarət alanlar təcili yardım briqaları tərəfindən xəstəxanaya aparılıb. Gürcüstan Patriarxlığı hələlik Çkondid yeparxiyasında baş verənləri şərh etməyib.

Gürcüstanın Daxili İşlər Nazirliyi Martvili rayonundakı Çkondid yeparxiyasında baş verən dava faktı ilə bağlı cinayət işi qaldırıb. "Ehtiyatsızlıqdan sağlamlığa zərər vurma" maddəsi üzrə təhqiqat aparılır. Gürcüstan qanunvericiliyinə görə, bu maddə özündə inzibati cərimələri və yaxud iki ilə qədər islah işlərini nəzərdə tutur.

 

0