Siyavuş Novruzov

Yas mərasimləri qanunla tənzimlənəcək

540
Siyavuş Novruzov: Yas mərasimlərində israfçılığa yol verilməməsi ilə bağlı məsələ qaldırılmışdı, amma insanların bir hissəsi buna əməl etdi, digər hissəsi isə əməl etmədi.

BAKI, 15 dek-Sputnik. Yas mərasimlərinin keçirilməsi ilə bağlı qanunun qəbul edilməsinə ehtiyac var.

Sputnik Trend-ə istinadən xəbər verir ki, bu fikri Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov səsləndirib.

O, bildirib ki, Azərbaycanda yas mərasimlərinin keçirilməsi ilə bağlı vahid qaydaların müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.

"Bilirsiniz ki, bir müddət öncə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən də yas mərasimlərində israfçılığa yol verilməməsi ilə bağlı məsələ qaldırılmışdı. Bununla bağlı tövsiyələr, ayrı-ayrı ziyalıların mətbuatda çıxışları olsa da, insanların bir hissəsi buna əməl etdi, digər hissəsi isə əməl etmədi" — deyən Novruzov hesab edir ki, bu problemin həlli müvafiq qanunun qəbulundən keçir.

"Dünyada bu baxımdan bir çox təcrübələr var. Hazırda Türkiyə, İran, Pakistan və digər müsəlman ölkələrinin bu istiqamətdə təcrübələrini öyrənirik. Fikirləşirik ki, bu təcrübələri öyrəndikdən sonra əsaslı şəkildə, hər bir tərəfin marağına toxunmadan müvafiq normativ-hüquqi sənəd ortaya çıxaraq. Məsələnin qanun çərçivəsində tənzimlənməsinə ehtiyac var, çünki tövsiyə ilə bunu həyata keçirmək mümkün deyil. Gərək qanun olsun ki, hamı da qanun qarşısında bərabər şəkildə öz borcunu yerinə yetirsin" — deyə YAP-çı deputat əlavə edib.

 

540
Teqlər:
Pakistan, İran, Türkiyə, yas mərasimləri, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ), Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, YAP, Yeni Azərbaycan Partiyası, Milli Məclis, Siyavuş Novruzov, Azərbaycan
Əlaqədar
Orucluq vaxtı toy və yas mərasimləri necə keçirilməlidir?
Uşaqlar, arxiv şəkli

İnsan alverinin hər üç qurbanından biri uşaqdır

2
(Yenilənib 17:58 18.01.2021)
Videoçarxı izləməklə insan alveri cinayətindən zərər çəkmiş şəxslərə yardım məqsədilə fəaliyyət göstərən "qaynar xətt", dünyada insan alverindən gələn gəlirin məbləği və digər detallar barədə məlumatları əldə etmək olar.

BAKI, 18 yanvar — Sputnik. İnsan alveri insan hüquqlarının ciddi pozuntusu və cinayətin ağır formalarından biridir. Həm milli, həm də transmilli cinayət xarakteri daşıyan "insan alveri" istismar məqsədilə insanların cəlb edilməsi, daşınması, hədələyərək, güc tətbiq edərək qorxudulması, oğurlanması, aldadılması kimi üsullarla insana qarşı zorakılıq kimi başa düşülür.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, aşkar olunan qurbanlar arasında uşaqların faiz nisbəti artmaqdadır: hər üç qurbandan biri uşaqdır.

İnsan alverinə qarşı mübarizə məqsədilə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən maarifləndirici videoçarx hazırlanıb.

Videoçarxı izləməklə insan alveri cinayətindən zərər çəkmiş şəxslərə yardım məqsədilə fəaliyyət göstərən "Qaynar xətt", dünyada insan alverindən gələn gəlirin məbləği və digər detallar barədə məlumatları əldə etmək olar.

https://www.facebook.com/prokurorluq/videos/118373910083559

2
Laçın şəhərinə mənzərə, arxiv şəkli

Laçının gəzməli-görməli yerləri haqqında videoçarx hazırlanıb

14
Videoçarxda Laçının Ağoğlan qəsri, Dəmirovlu pir məbədi, Məlik Əjdər türbəsi, "Kar günbəz" türbəsi, Həmzə Soltan sarayı haqqında məlumatlar təqdim olunur.

BAKI, 18 yanvar — Sputnik. Dövlət Turizm Agentliyi tərəfindən işğaldan azad edilmiş Laçının gəzməli-görməli yerləri haqqında tanıtım videoçarxı hazırlanıb. Bu haqda Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev rəsmi "Twitter" səhifəsində etdiyi paylaşımla məlumat verib. "Qədim tarixi abidələrə və gözəl təbiətə malik olan Laçında turizmin inkişafı üçün imkanlar genişdir. Növbəti videoçarxımız düşməndən azad olunan Laçınımızın gəzməli-görməli yerlərinə həsr olunub", - deyə Fuad Nağıyev qeyd edib.

Videoçarxda Laçının gəzməli-görməli yerləri, o cümlədən Qafqaz Albaniyasının mədəni irs nümunlərindən IX əsrə aid bazilika Ağoğlan qəsri və XI əsrə aid edilən Dəmirovlu pir məbədi, Elxanilər dövründə tikildiyi güman edilən Məlik Əjdər türbəsi, XVII əsrə aid edilən və tikintisində Albaniya xristian memarlığının təsiri duyulan "Kar günbəz" türbəsi, 1761-ci ildə tikilməsi haqqında məlumat mövcud olan Həmzə Soltan sarayı, rayonun bir və ikitağlı körpüləri, müxtəlif at və qoç fiqurlarından ibarət daş abidələri haqqında məlumatlar təqdim olunur.

Qeyd edək ki, Agentlik tərəfindən bundan əvvəl erməni işğalından azad edilmiş Qubadlı, Zəngilan, Şuşa və Kəlbəcərin gəzməli-görməli yerləri haqqında videoçarx təqdim olunub. Layihə çərçivəsində digər azad edilmiş torpaqlarımızın da turizm potensialını əks etdirən bu növ video çarxların hazırlanması nəzərdə tutulub.

14