Əhali artımı

Azərbaycan əhalisinin sayı 10 milyona yaxınlaşır

48
(Yenilənib 13:21 16.12.2015)
Azərbaycan əhalisinin əksəriyyəti şəhərlərdə yaşayır.

BAKI, 15 dek-Sputnik. Azərbaycan əhalisinin sayı bu ilin əvvəlindən 94 min 300 nəfər artaraq 2015-ci il noyabr ayının 1-i vəziyyətinə 9 milyon 687 min 300 nəfərə çatıb.

Sputnik Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, Azərbaycanda əhalinin sıxlığı bir kvadrat kilometrə 112 nəfərdir. Əhalinin 53,1%-i şəhər, 46,9%-i isə kənd sakinləridir. Əhalinin 49,8%-ni kişilər, 50,2%-ni qadınlar təşkil edir. Hazırda orta hesabla hər 1000 kişiyə 1009 qadın düşür.

Bu ilin yanvar-oktyabr ayları ərzində ölkədə 138,4 min körpə doğulub və əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 17,4 təşkil edib. Doğulan körpələrin 53,3%-ni oğlan, 46,7%-ni qız uşaqları təşkil edir. Doğulan körpələrdən

2516-sı əkiz, 72-si isə üçəmdir.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ilin 10 ayı ərzində 45,5 min ölüm halı qeydə alınıb və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9-dan 5,7-yə qədər azalıb.

48
Teqlər:
əhali artımı, əhali, Ədliyyə Nazirliyi, Dövlət Statistika Komitəsi, Azərbaycan
Əlaqədar
Azərbaycan əhalisinin sayı açıqlanıb
Dünya əhalisinin sayının azaldılmasına hədəflənmiş qida