Elmin İnkişafı Fondunun qrant müsabiqəsi

Elmlə məşğul olanların nəzərinə: 8 milyonluq qrant ayrıldı

69
(Yenilənib 15:12 15.12.2015)
Elmin İnkişafı Fondu 2015-ci il üçün kompleks elmi-tədqiqat proqramları üzrə əsas qrant müsabiqəsini elan edib.

BAKI, 15 dek-Sputnik. Elmin İnkişafı Fondu 2015-ci il üçün kompleks elmi-tədqiqat proqramları üzrə əsas qrant müsabiqəsini elan edib.

Sputnik Fondun mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, müsabiqə akademik və təhsil sistemindəki elmi-tədqiqat müəssisələrinin, bölmə və mərkəzlərinin və elmlə əlaqəli digər qurumların elmi fəaliyyətini stimullaşdırmaq, modern elmi cihaz, avadanlıq və qurğularla təminatını təkmilləşdirmək, elmin ayrıca götürülmüş sahə və istiqamətlərinin (xüsusi olaraq, multidissiplinar araşdırmaların) davamlı inkişafını dəstəkləmək, əhəmiyyətli və rəqabət apara biləcək elmi nəticələr alınmasına şərait yaratmaq və kadr hazırlığını təmin etmək məqsədi daşıyır. Qurumlar tərəfindən təqdim ediləcək kompleks elmi-tədqiqat proqramları üzrə layihələrin böyük maliyyə həcmli qrantlar (100 min — 500 min manat) verilməsi yolu ilə maliyyələşdirilməsi nəzərdə tutulur. Layihələrdə alimlər üçün stimullaşdırıcı əmək haqqı, cihaz, qurğu və avadanlıqların alınması və elmi ezamiyyətlər planlaşdırılıb.

Müsabiqə çərçivəsində qrant maliyyələşdirilməsinin cəmi həcmi 8 milyon manatdır.

Elmi ekspertizanın nəticələri əsasında seçim zamanı multidissiplinar tədqiqatlar üzrə təqdim olunmuş, tətbiqi xarakterli, müxtəlif qurumlardan olan alim və mütəxəssislərin iştirak etdiyi, xüsusilə akademik və təhsil qurumlarının birgə layihələrinə, beynəlxalq əməkdaşlıq çərçivəsində yerinə yetirilməsi planlaşdırılan, həmçinin gənclərin və regionlardan olan alim və mütəxəssislərin iştirak etdiyi layihələrə üstünlük veriləcək.

Müsabiqənin əsas prioritetləri aşağıdakılardır:

Yüksək enerjilər fizikası; Müxtəlif sistemlər üçün kvant hesablamaları; Müdafiə və təhlükəsizlik istiqamətində elmi-texniki tədqiqatlar;
Kosmik tədqiqatlar, Yerin məsafədən zondlanması;
İnformasiya təhlükəsizliyinin təmin olunması;
Alternativ enerji mənbələri;
Molekulyar-genetik tədqiqatlar;
Kənd təsərrüfatı biotexnologiyaları, torpaq münbitliyi və ərzaq təhlükəsizliyi;
Kök-hüceyrə tədqiqatları, herantologiya;
Hidrofob və antibakterial xassəli yeni polimerlərin tədqiqi;
Kimyəvi kinetika və kataliz üzrə tədqiqatlar;
İzotop geologiyası və geoxronologiya;
Azərbaycançılıq ideologiyası: ənənə və müasirlik;
Yeni müstəqillik tarixi;
Multikulturalizm və dini dəyərlər;
Azərbaycan dilinin lüğət tərkibinin inkişafı;
Azərbaycan və Qafqaz tarixinə dair Şərq yazılı mənbələrinin tədqiqi;
Azərbaycan mühacirət ədəbiyyatı;
İqtisadi inkişaf modelləri.

Müsabiqədə iştirak etmək üçün sənəd qəbulu 2015-ci il dekabrın 15-dən 2016-cı il yanvarın 28-i saat 17:00-dək aparılacaq.

Müsabiqənin elmi ekspertiza işi 2016-cı ilin birinci rübündə yerinə yetiriləcək. Sənədlərin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub.

Müsabiqə ilə bağlı ətraflı məlumat www.sdf.gov.az linkindən əldə edilə bilər.

69
Teqlər:
Qafqaz, Multikulturalizm və dini dəyərlər, İzotop geologiyası və geoxronologiya, Kənd təsərrüfatı biotexnologiyaları, Molekulyar-genetik tədqiqatlar, Alternativ enerji mənbələri, İnformasiya təhlükəsizliyi, Kosmik tədqiqatlar, Yüksək enerjilər fizikası, elm, Elmin İnkişafı Fondu
Suqovşan

Su ehtiyatlarının qiymətləndirilməsi sahəsində dönüş yaranır

3
(Yenilənib 12:39 30.11.2020)
Ramiz Məmmədov suvarma sahəsində qabaqcıl, müasir təcrübəyə malik yerli və xarici ölkə fermerlərinə həsr olunmuş müntəzəm televiziya verilişlərinə ehtiyac olduğunu vurğulayıb.

BAKI, 30 noyabr — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyasının akademiki H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun ölkənin su təminatı ilə vəziyyətinə aydınlıq gətirən məqaləsi dərc edilib. AMEA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycanın şirin su ekosistemləri: problemlər və gözləntilər" adlı məqalədə bu ilin yay-payız aylarında Kür çayında yaranmış vəziyyətlə əlaqədar aparılan tədqiqat işlərinin nəticələr yer alıb. Şirin su ilə bağlı problemlərin hələ bir müddət davam edəcəyini proqnozlaşdıran akademik bununla əlaqədar iqtisadiyyatın strateji sahələrinin strukturunda dəyişikliyə ehtiyac olduğunu diqqətə çatdırıb.

Qeyd olunub ki, Türkiyənin təcrübəsindən yararlanaraq, respublikamızın intellektual bazası hesabına "elm-bilik" mərkəzlərinin yaradılması ilə daha az şirin su işlədən emaledici sənayenin, xüsusilə yüksək texnologiyaya əsaslanan sahələrin inkişafını sürətləndirmək olar. Bundan başqa, suvarma sahəsində qabaqcıl, müasir təcrübəyə malik yerli və xarici ölkə fermerlərinə həsr olunmuş müntəzəm televiziya verilişlərinə ehtiyacın olduğu vurğulanıb.

Alim həmçinin bildirib ki, Tərtər çayı üzərindəki Suqovuşan, Araz çayı üzərindəki Xudafərin, Köndələnçaydakı Kaskad su anbarları, bir sıra çaylarımız, vaxtilə qazılmış yüzlərlə subartezian quyuları, İranla müştərək tikilməsi nəzərdə tutulmuş Qız qalası hidroqovşağı su ehtiyatlarının qiymətləndirilməsi və istifadəsi sahəsində bir dönüş yaradacaq.

3
Teqlər:
Kür çayı, təcrübə, Suqovuşan, su

Dağlıq Qarabağda sutka ərzində 100-dən artıq partlayıcı obyekt aşkar edilib video

4
(Yenilənib 11:54 30.11.2020)
Rusiyalı mütəxəssislər Dağlıq Qarabağda rus sülhməramlılarının öhdəliyi altındakı ərazilərdə mühəndis kəşfiyyatı və ərazilərin minalardan təmizlənməsi üzrə işlərini davam etdirir. Daha ətraflı videoda izləyin.

Rusiya sülhməramlılarının əraziləri minalardan təmizləmək ilə məşğul olan mühəndis-istehkamçı hissələri Şuşa-Lısoqorski yolunun təxminən 3 kilometrlik kəsiyini təmizləyib. Sutka ərzində 100-dən artıq partlayıcı obyekt aşkar edilib. Bunlar xüsusi olaraq təchiz edilmiş poliqona aparılaraq məhv edilib.

4